212. 521 dəfə oxunub ,   0 şərh   Çap et

İlk hazırlıq

Tərs yoldan (anus dəliyindən) əlaqədə olmamaq

Yaxınlıq zamanı çox danışmamaq lazımdır

Qadınla nəzakətlə davranmaq

Başqasını xəyalına gətirməmək

Cinsi ehtiyacını insanın özünün qarşılaması (masturbasiya/istimna)

Qadın cinsi ehtiyacını təmin edənə kimiərinin onunla olması

Uşaqların yanında yaxınlıq etməmək

İnsan fitrətinin gərəklərindən biri də cinsi münasibtdə olmadır. İslam dini insanın bu təməl ehtiyacın halal yolla, öz həyat yoldaşı ilə qarşılanmasını əmr edir. Ancaq öz halalımızla birlikdə olarkən dinimizin müəyyən etdiyi çərçivəyə diqqət etməmiz gərəkir.

İlk hazırlıq… 

Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) belə buyurur: “Sizdən biriniz arvadı ilə heyvan kimi yaxınlıq etməsin. Arada bir vasitə olsun”. Səhabələr: “O vasitə nədir elə, ya Rəsulallah?”– deyə soruşduqda Həzrət Peyğəmbər: “Öpmək və danışmaqdır”,– şəklində cavab verir[1].

Bəli, yaxınlıq etməmişdən qabaq öpmək, oxşamaq və danışmaq insanı həm fiziki, həm də psixoloji olaraq hazırlayır və daha çox zövq almağı təmin edir. Bir başqa hədisində Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) üç şeyin kişinin zəifliyindən irəli gəldiyini buyurur. Halbuki bunlar olmamalıdır, yəni yol verilməzdir. Bu üç şeydən birisi də kişinin qadını ilə danışmadan, nəvaziş göstərmədən onunla cinsi əlaqədə olması və nəticədə, həyat yoldaşının ehtiyacını qarşılamadan yalnız öz ehtiyacını təmin edərək qalxmasıdır[2].

Üstünə örtük çəkmək

Örtüksüz və çılpaq şəkildə cinsi əlaqədə olmaq məkruhdur. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) bu barədə buyurur: “Yaxınlıq etmək istəyənlər örtünsünlər. Çöl eşşəkləri kimi soyunmasınlar![3]” Örtülü şəkildə cinsi əlaqədə olmağın ən münasib forması yatmaqdır. “Əraf” surəsinin 189-cu ayəsində “təğaşşəhə”, yəni “kişi arvadını ağuşuna aldı” ifadəsindən də əlaqə zamanı örtünmək üçün yatmağın daha münasib olduğunu başa düşmək olar[4]. Təsəttür, yəni örtünmək işi təmin olunacağı təqdirdə ayaq üstə, yaxud oturaraq da yaxınlıq etmək mümkündür. Əlbəttə ki, ədəbi gözləmək şərtilə bunların hamısı caizdir.

Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) xanımı ilə yaxınlıq edərkən səsini alçaldar, ona da səs çıxarmamağı tövsiyə edirdi[5]. Deməli, cinsi əlaqə zamanı çıxarılan səsləri kimsənin eşitməməsi də çox önəmlidir. Belə ki, insanın ağlına pis fikirlər sala biləcək şeylərdən hər vəchlə qaçmaq lazımdır.

Tərs yoldan (anus dəliyindən) əlaqədə olmamaq

Quran və sünnədə bəyan olunduğuna görə, tərs yoldan cinsi əlaqədə olmaq haramdır. Ayədə bu cür buyurulur: “Qadınlarınız sizin tarlanızdır. Tarlanıza istədiyiniz şəkildə yaxınlaşın”[6]. Tarla dedikdə spermanın yeridildiyi və nəticə alındığı ön tərəf nəzərdə tutulur. Arxa tərəfdən, yəni anus dəliyindən bu cür nəticənin alınması mümkün deyil. Dolayısilə, tərs yoldan cinsi əlaqə haramdır. “Bəqərə” surəsinin 222-ci ayəsində isə Allah-Təala buyurur: “Onlar təmizləndikdən sonra isə Allahın sizə buyurduğu yerdən onlara yaxınlaşın”.

Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) isə bu haram işi görənlər haqqında belə buyurur: “Arvadı ilə arxa tərəfdən (anus dəliyindən) yaxınlıq edən kəs lənətlənmişdir![7]”

Yaxınlıq zamanı çox danışmamaq lazımdır

Yaxınlıq zamanı çox danışmaq məkruh sayılır[8]. Çünki o an zövq almaq lazımdır. Danışmaq isə zövqün qaçmasına səbəb ola bilər.

Qadınla nəzakətlə davranmaq

Qadın həm bədəncə, həm də ruhi baxımdan zərif məxluqdur. Ona görə də cinsi əlaqə zamanı sərt hərəkətlər edilməməli və qadının fitrəti mütləq nəzərə alınmalıdır. Yaxınlıq etməmişdən qabaq kişinin xanımı ilə bir qədər danışması, xoş sözlər deməsi və onu öpüb oxşaması da qadınla nəzakətlə davranmağın əlamətlərindəndir.

Tutmaq və baxmaq məsələsi

Ərlə arvad bir-birinin bədənlərinin bütün hissələrinə baxa, toxuna bilərlər. Ancaq ədəbi gözləmək, sözsüz ki, gözəldir. Xüsusilə, tənasül üzvlərinə baxmaqda diqqətli olmaq lazımdır. Hədis qaynaqlarında keçməsə də, ancaq ədəb-ərkandan bəhs edən kitablarda Həzrət Aişə anamızdan belə bir söz rəvayət edilir: “Allah Rəsulu (s.ə.s) mənim bir yerimi görmədi, mən də Onun”[9]. Burada övrət yeri nəzərdə tutulur. Bir hədisdə isə Peyğəmbərimiz buyurur: “İnsanlardan daha çox Allahdan utanmaq lazımdır”[10].

Başqasını xəyalına gətirməmək

Cinsi əlaqə zamanı ərlə arvadın başqa bir kişini, yaxud qadını xəyalına gətirməsi caiz deyil. Əslində normal vaxtda da bunu etmək caiz deyil. Yaxınlıq zamanı isə ümumiyyətlə yol verilməzdir. Bu həm əxlaq baxımdan doğru deyil, həm də ərlə arvadın bir-birinə qarşı vəfasızlığına dəlalət edir. Bu sanki su içərkən xəyalında içkini təsəvvür etməyə bənzəyir ki, hədis-şərifdə qadağan edilmişdir[11].

Bəzi vasitələrdən istifadə etmək

Əslində, Allahın insana verdiyi, orqanizmin ifraz etdiyi mayelər yaxınlıq üçün yetərlidir. Bunlarla kifayətlənmək lazımdır. Ancaq hər hansı səbəbə görə çətinlik çəkilirsə, o zaman tərkibində donuz piyi kimi haram maddələr olmayan və insan səhhəti üçün zərərsiz kremlərdən və s. istifadə etmək mümkündür.

Cinsi ehtiyacını insanın özünün qarşılaması (masturbasiya/istimna)

Qadının və ya kişinin öz əlləri ilə cinsi ehtiyaclarını qarşılamalarına istimna, yaxud masturbasiya deyilir. Əksər fiqh alimləri bunu caiz hesab etmirlər. Ancaq kişi arvadının əli və ya başqa bədən üzvü ilə cinsi ehtiyacını ödəyə bilər. Eyni şey qadınlara da aiddir.

Qadın cinsi ehtiyacını təmin edənə kimiərinin onunla olması

Qadın da cinsi əlaqədən özünə görə bir zövq alır, lakin o, kişidən daha gec vəcdə gəlir və kişiyə nisbətən daha gec orqazm olur. Buna görə də kişi rahatlandıqdan sonra əlaqəni bitirməyə tələsməməli, fədakarlıq edib xanımının da orqazm olmasını gözləməlidir. Qadının rahatlanması ya halından, ya da sözündən bəlli olur. Öz ehtiyacını ödədikdən sonra xanımının rahatlanmasını gözləmədən kişinin cinsi əlaqəni bitirməsinə Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) münasibəti heç də yaxşı deyil. Allah Rəsulu bu barədə buyurur: “Sizdən biriniz xanımı ilə yaxınlıq etdiyi zaman onunla nəzakətlə və sevgi ilə davransın. Öz ehtiyacını ödədikdən sonra isə xanımı rahatlanana kimi tələsməsin”[12].

Cinsi əlaqədən sonra bir şey yeyib-içdikdə dəstəmaz almaq

Cinsi münasibətdən sonra qüsl almadan bir şeyler yeyilib-içile bilər. Ancaq dəstəmaz almaq Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) tövsiyələrindən biridir. Bir hədis-şərifində Allah Rəsulu belə buyurur: “Sizdən biriniz xanımı ilə yaxınlıq etdiyi vaxt bunu təkrarlamaq istədikdə dəstəmaz alsın”[13]. Bir şey yeyib içmek gərəkirsə əl-üz yuyulmalı, ağız çalxalanmalıdır. Uşaq əmizdirən xanım da bunlardan əlavə süd vermədən döşünü yuması uyğun görülmüşdür.

Gecənin əvvəlində cinsi əlaqəyə girildikdən sonra yuyunmaq və ya dəstəmaz alıb elə yatmaq məsləhətdir.

Cinsi əlaqədən sonra qüsl almadan, namaz dəstəmazı kimi dəstəmaz alıb yatmaq sünnədir. Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) yaxınlıq etdikdən sonra qüsl almadan yatmışdır[14]. Lakin yuxudan qüslsüz qalxan insan şeytanın vəsvəsələrinə daha çox məruz qaldığından cinsi əlaqədən sonra qüsl almaq tövsiyə olunur. Ancaq Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) dinin ruhundakı rahatlığı göstərmək üçün bəzən qüsl almağı sübh namazına qədər gecikdirmişdir. Yəni cinsi yaxınlıqdan sonra dərhal yuyunula bilər, ancaq qüslü sabah namazına qədər gecikdirmək də bir rüsxətdir. Bir xüsusa da diqqət etmək lazımdır, qüsl aldıqdan sonra cinsiyyət orqanından axıntı gələrsə qüsl pozular, təkrar qüsl almaq gərəkir. Ona görə də cinsi münasibətdən sonra bir müddət gözlənilməli, bədən dinçlik tapdıqdan sonra qüsl alınmalıdır.

Qadının  bədəni zəifdirsə cinsi əlaqəyə məcbur etməmək lazımdır

Qadın bədəncə zəifdirsə və ya hər hansı xəstəliyə görə cinsi əlaqəyə girə bilmirsə, onu buna məcbur etmək caiz deyil.

Ər və arvadın sirlərini qoruması

 Həyat yoldaşları şəxsi həyatları ilə bağlı məsələləri sirr saxlamalıdırlar. Bu sirlərin ailədən kənara çıxarmaq, hətta ana-ataya da danışmaq caiz deyil. Hədis-şərifdə buyurulur: “Qiyamət günündə Allah qatında əmanətə xəyanətin ən böyüklərindən biri eyni yastığa baş qoyduqdan sonra ərin öz arvadının sirrini yaymasıdır”[15]. Bir başqa hədisdə bu cür kişi Allah qatında insanların ən şərlisi adlandırılır[16]. Daha bir hədis-şərifində Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) yataq məsələlərini ona-buna danışan ər-arvadı küçənin ortasında cinsi əlaqədə olan şeytanlara bənzətmişdir[17].

Uşaqların yanında yaxınlıq etməmək

Uşaqların gözləri qarşısında yaxınlıq etməmək barədə Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) xəbərdarlıq edir. Əlbəttə, beyinləri hələ saf olan uşaqların ana-atalarını o vəziyyətdə görmələri çox pis haldır. Bu, uşaqların psixikasına mənfi təsir göstərər. Xüsusən, cinsi əlaqənin nə demək olduğunu artıq başa düşən uşaqlar üçün bu lap pis olar. Hətta yatdıqları vaxt onların yanında yaxınlıq etmək caiz deyil.


[1]İmam Qəzzali, “İhyau-Ulumiddin”, II, 50.
[2]İmam Qəzzali, “İhyau-Ulumiddin”, II, 323.
[3] İbn Əbi Şeybə, “Müsənnəf”, 17919; Vəhbə Züheyli, “əl-Fiqhul-İslami və Ədillətuhu”, IV, 2646.
[4] Fəxrəddin Razi, “Məfatühul-qeyb” əsəri, sözügedən ayənin təfsiri.
[5] Münavi, “Feyzül-Qədr”, V, 115; Qəzzali, “İhyau-Ulumiddin”, II, 49.
[6]“Bəqərə” surəsi, 2/223.
[7] Tirmizi, “Təharət”, 102; İbn Macə, “Nikah”, 29.
[8] Vəhbə Züheyli, “əl-Fiqhül-İslami və Ədillətuhu”, IV, 2645.
[9] Əldül-Muhsin, “Şərhü Sünəni Əbi Davud”, XXII, 463.
[10]Buxari, “Vudu”, 99.
[11] İbn Abidin, “Haşiyəti Rəddil-Muxtar”, VI, 372.
[12] Münavi, “Feyzül-Qədr”, 1/418; Əli əl-Müttəqi, “Kənzül-Ummal”, hədis. nöm: 44837.
[13] Beyhaqi, “əs-Sünənül-Kübra”, I, 203, VII, 192; Əli əl-Müttəqi, “Kənzül-Ummal”, XVI, 343.
[14]Tahavi, “Şərhü Məanil-Əsar”, I, 125.
[15]Müslim, “Nikah”, 124.
[16]Müslim, “Nikah”, 123.
[17]Əbu Davud, “Nikah”, 48-49.


Açar sözləri

cinsi həyat əlaqə

Bənzər məqalələr

Orucu pozan hallar

Orucu pozan hallar iki cürdür: Oruc pozularkən yalnız günə-gün qəza tələb edən hallar. Oruc pozularkən həm qəza, həm də kəffarə tələb edən hallar.


Şərh yaz