4. 225 dəfə oxunub ,   1 şərh   Çap et

Sual: Bildiyimiz kimi Allahın adı çəkilmədən (bismillahsız) kəsilən heyvanların əti haramdır. Bəs bu şərt dəniz məhsulları yəni balıqlar üçün də keçərlidirmi? Mağazalarda satılan balıqları və digər dəniz məhsullarını yemək caizdirmi?

Cavab: Su içində yaşayıb, su içində ölən balıq və digər heyvanlar təmizdir. Ancaq bu heyvanlardan balığın xaricində digər heyvanların ətinin yeyilməsi İslam alimlərindən bəzilərinə görə caiz deyildir.

Balıq növünə daxil olmaq şərtilə daim suda yaşayan və sudan kənarda yaşaması mümkün olmayan heyvanların hamısı başı kəsilmədən də ölsə halaldır. Lakin İslam alimlərindən bəzilərinə görə, özbaşına ölüb suyun üzünə çıxan balıqlar yeyilməz. Ancaq suyun çox isti və ya çox soyuq olması, buzlar arasında qalması, suyun çəkilməsi səbəbi ilə ölən balıqlar özbaşına ölmüş sayılmır və yeyilə bilər.

Sazan balığı, delfin, ilan balığı, balıq adını daşıyan və balığa oxşar hər cür su heyvanının əti yeyilir. Bundan başqa qalan su heyvanları  ikrah hissi verən heyvanlardan sayılır və “xəbais” (təmiz olmayanlar) çərçivəsinə daxildir və yeyilməsi caiz deyil. Məsələn, yengəc, midyə, molyusk, xərçəng, ilbiz və su tısbağası bunlar arasındadır. Eyni zamanda dəniz atı, dəniz aslanı kimi balıq surətində olmayan heyvanların da əti yeyilməz. Marketlərdə satılan balıqlara gəlincə isə yeyilməsində heç bir problem yoxdur.




1 şərh yazılıb
  1. Emin , 21/04/2014 tarixində, saat 09:04

    Yaxşı olardı ki, mənə e-mail a yazdığınız cavabı bura da yazasınız. Axı həm məqalə həm mənim sualım public-dir.

Şərh yaz