9. 164 dəfə oxunub ,   0 şərh   Çap et

İnsan yaradılış etibarilə canlılar arasında xüsusi yerə sahibdir. O ən gözəl biçimdə xəlq edilmişdir. Təkcə xarici görünüşcə deyil, daxilən də xariqüladədir. Bəşər övladı başqa canlılardan fərqli olaraq, duyğu, hiss, qəlb və vicdana malikdir.

İnsanın üzü yaradılışındakı gözəlliyi əks etdirən güzgü kimidir. Hər şeyi mükəmməl xəlq edən Rəbbimiz insan üzünü də son dərəcə gözəl yaradaraq camalının təcəllisini onda əks etdirmişdir. (“Biz insanı ən mükəmməl surətdə yaratdıq”)[1]

Məhz bu prinsipə görə Allahın təqdirinə razı olmayıb sırf gözəl görünmək üçün bədənimizdəki hər hansısa üzvə müəyyən əməliyyatlarla müdaxilə etmək, onun şəkil və formasını dəyişdirməyə çalışmaq (təbdil və təğyir) qadağan edilmişdir. Әzəli planda, bizim haqqımızda Qüdrəti sonsuz Rəbbimizin müəyyən təqdirləri vardır. Həyatda hər şey gözəllik deyildir. İkinci olaraq da gözəllik məfhumu şəxsə görə dəyişir. Fitrətə müdaxilə etmək dinimizdə qadağan edilmişdir.

Rəsulullah (s.ə.s) mövzu ilə əlaqəli bir hədisində belə buyurur: “Allah üzündəki tükləri alan və aldıran qadına lənət eləsin[2].  Bu hədisdə qəsd olunanın nə olduğu haqqında fəqehlər müxtəlif fikirlər iləri sürmüşlərdir.. 

İslam fitrət dinidir və əmr etdikləri də insan fitrəti ilə doğru mütənasibdir. Bir qadında kişilərdə olduğu kimi bığ, saqqal yerlərində və boyun ətrafında tüklər çıxmışsa və bu qadın fitrətində olmayan bir şey olduğu üçün bu cür tükləri alması və ya aldırması caizdir.

Həmçinin qadının ərinə gözəl görünmək üçün bəzənməsi, qaşlarının ətrafında (iki qaş arası və ətrafı) dağınıq formada çıxan tükləri al(dır)ması caizdir. Hədisdəki qadağa özünü ərindən başqalarına göstərmək məqsədilə bunları edənlərə aiddir. Ancaq bəzi alimlər bunu doğru hesab etmir və fitrətə müdaxilə olaraq qəbul etdiklərinə görə məkruh sayırlar.

Nəticə olaraq deyilə bilər ki, hormon pozulması və ya müəyyən səbəblərdən qadının üzündə çıxan, digər insanların yanında utanmasına səbəb olan və qadın fitrətinə aid olmayan tükləri aldıra bilər. Ayrıca ərinə gözəl görünmək üçün, onun icazəsi ilə qaşı ətrafındakı dağınıq tükləri aldıra bilər. Ancaq başqalarına gözəl görünmək məqsədilə qaşlarını incəltmək, yuxarı qaldıraraq təbii formasını dəyişdirmək, qaş yerinə tatuaj etdirmək üçün qaşlarını almaq və ya aldırmaq fitrətə müdaxilə olduğu üçün qadağan edilmişdir.


[1] Tin, 95/4.

[2] Buxari, Libas, 84; Müslim, Libas, 120.



Açar sözləri

qaş qaş almaq tük

Şərh yaz