2. 677 dəfə oxunub ,   0 şərh   Çap et

Fəqihlər bu mövzuda aşağıdakı hadisəyə əsaslanaraq müəyyən hökmlər vermişlər. Cahiliyyə dönəmində Kulab adlı vadidə baş verən döyüşdə Arfəcənin burnu kəsilmiş və  burnunun yerinə gümüşdən burun düzəldilmişdi. Lakin bundan iy gəldiyi üçün Rəsulullah (s.ə.s) ona qızıldan burun düzəltməyi əmr etmişdir. (Əbu Davud, Xatəm 7; Tirmizi, Libas 31.) İmam Azam isə bunun sadəcə Arfəcə üçün olduğunu, qızıldan diş düzəltdirməyin isə caiz olmadığını söyləmişdir. Lakin İmam Muhamməd dişləri qızıl tellə bağlamağı caiz görmüşdür. Ancaq məsələ müctəhid imamlarımızın zamanında günümüzdə olduğundan fərqli idi.

Müasir alimlərdən də qızıl və gümüşün məcburiyyət qarşısında və ya ehtiyaca görə dişlərin müalicəsində istifadə oluna biləcəyini deyirlər. Ancaq bu bəzək və zinət üçün olarsa caiz deyildir. Bundan başqa günümüzdə dişlərin müalicəsində qızılın yerini tutacaq başqa maddələr olduğu və həkimlərimiz də sağlamlığımız baxımından onların istifadəsinin heç bir əks təsirinin olmadığını dedikləri üçün qızılın yerinə onların istifadəsi daha məqsədə uyğun olacaqdır.

Qısacası, dişlərin qızıldan düzəldilməsinə cəvaz verənlər olsa da, ehtiyatlı davranıb qızıldan istifadə etməmək daha yaxşı olar.




Şərh yaz