Əkinçilik sahəsində yeniliklər ediləcək. Bu islahaltlar nəticəsində iyirmi nəfərlik nar yetişdiriləcək, bir nar qabığının altında bir adam kölgələnə biləcək.[1] Buğda dənələri də bu qədər böyük olacaq. Bunları biz hal-hazırda görməsək də, irəlidə, şübhəsiz, olacaq. İnsanlar bunların gerçəkləşdiyini görüb “Sən Allahın Rəsulusan!” deyərək Ona daha möhkəm bağlanacaq və imanları bir daha qüvvətlənəcək. Çünki əsrlər Onu təsdiqləyir və nə demişsə, bir-bir gün üzünə çıxarır.
“Bizlər dünyaya gələcək bir insanın heyranıyıq. O, tayı-bərabəri olmayan bir məşəldir! O sönsə, həyat əbədi zülmətə qərq olar” Akif, ruhun şad olsun!
[1] Müslim, Fitən 110; Tirmizi, Fitən 59.