3. 962 dəfə oxunub ,   0 şərh   Çap et

Əliaçıq adam Allaha yaxındır. İnsanlara yaxındır. Cənnətə yaxındır. Cəhənnəmdən uzaqdır. Xəsis Allahdan uzaqdır, insanlardan uzaqdır, cənnətdən uzaqdır. Cəhənnəmə isə yaxındır”.

(Tirmizi, Birr, 40; Təbərani, Mücəmül-əvsat, III, 27)

Əliaçıqlıq Cənnətdən dünyaya uzadılan bir budaqdır. Sədəqə, qurban, tələbə təqaüdü və hədiyyə kimi vəsilələrlə könülləri sevindirmək, möhtacların köməyinə çatmaqdır. Əliaçıqlıq ağacının bir budağından yapışan bəxtəvərlər Tuba ağacının budağından tutmuş sayılırlar. O, ağaca yapışıb Cənnətə girən və girəcək neçə-neçə xoşbəxt insan vardır.

Zəkat imkanlı müsəlmanlara aid bir mükəlləfiyyətdir və yerinə yetirilməsi fərzdir. Ancaq zəkat əliaçıqlıq üçün ideal deyil. Zəkatı vermək, təbii ki, böyük bir işdir və fərzi yerinə yetirməkdir, amma əliaçıqlıq ruhu ilə hərəkət edənlər malın qırxda birini verməklə  kifayətlənməz, İlahinin razılığını qazanmaq üçün başqa yollara da baş vurarlar. Bu, bəzən  himmət, bəzən qurban, bəzən təqaüd şəklində qarşılarına çıxır və onlar da imkanları səviyyəsində bu fürsətləri dəyərləndirir, Allahın nemətlərinə bir də bu cür şükür edirlər.

İslam tarixi infaq qəhrəmanlarının xeyirxah əməlləri ilə doludur. Səadət əsrindən bu günədək saysız-hesabsız Müsəlman Allah yolunda fədakarlıq etmişdir. Bu ürəkli və hasbi insanlar yeri gələndə bütün mal-mülkünü, ən sevdiyi şeyləri, hətta fabrikinin açarlarını gətirib ortaya qoymuşlar.

Anadoludan nə qədər infaq qəhrəmanı əliaçıq insanlar çıxmışdır. Onlar mal və canı ilə fədakarlıq etmiş, nə qədər imkansız şagird təhsil almasına və neçə-neçə gəncin Haqqın yolunu tutmasına vəsilə olmuşlar.

Əliaçıqlıq ruhi-mənəvi bir zövqdür. İnsan Allah yolunda verməklə mal-mülkünün kirini təmizləyir və günahlardan arınır. Malının bərəkətlənməsini istəyənlər onu əliaçıqlıq suyu ilə suvarmalıdırlar. Əliaçıq insana bol ruzi və xeyirli ömür lütf edilir. Əliaçıqlıq duaların qəbulunda mühüm rol oynayır. Bəlalardan qorunmaq istəyənlər Allahın bəxş etdiyi nemətləri ürəyiaçıqlıqla, bol-bol verməli, axirətin istisində sərin kölgəyə çəkilən bəxtəvərlərdən olmağa çalışmalıdır.

Xəsislik isə küfrə xas xüsusiyyətdir. Hərislik və paxıllıqdan irəli gəlir. Pulu və malı bütləşdirən insanlar xəsis olurlar. Bu xəsislik elə çirkin əxlaqdır ki, hətta insanı imandan da edə bilər. Buna görə də insanın qurtuluşu xəsislikdən uzaq olmasından asılıdır. Çünki Rəbbimiz belə buyurur: “Kim nəfsinin hərisliyindən (tamahından) və mala düşkünlükdən uzaqdırsa, məhz o, nicat tapıb səadətə (Cənnətə) qovuşacaq!” (“Həşr” surəsi, 59/9)

Xəsislik Allahın həqiqi və seçilmiş qullarına yaraşmaz. Quranda “Onlar (mallarını) xərclədikdə nə israfçılıq, nə də xəsislik edər, bu ikisinin arasında orta bir yol tutarlar”, (“Furqan“ surəsi, 25/67) – buyurulur.

Ata-babalarımız “Xəsis olan zəlil yaşayar” və “Xəsis varislərinin gözətçisidir” kimi hikmətli sözlərlə xəsislərin zəlil halını və yanlış yolda olduğunu dilə gətirmişlər. Səhabələr Allah Rəsulundan öyrəndikləri “Xəsislikdən daha pis xəstəlik varmı?” sualını bir-birinə vermiş və əlibərkliyin necə kökləşmiş mərəz olduğunu din qardaşlarına daima xatırlatmışlar. Çünki xəsislik möminlərin izzət, etibar, alicənablıq və mürüvvətini məhv edən çox təhlükəli xəstəlikdir

Allah Rəsulu “Allahım! Xəsislikdən, tənbəllikdən, axır ömrümdə əldən-ayaqdan düşməkdən, qəbir əzabından, Dəccalın fitnəsindən, həyat və ölüm fitnələrindən Sənə sığınıram!” (Buxari, Təfsir, 181) duasını hər gün təkrar edir və xəsisliyi təhlükəli müsibətlərdən sayırdı.

Sözlərimizi Evrən Vəlinin nəsihətləri ilə tamamlayaq.

a. Əliaçıq ol

b. Süfrəni açıq saxla

c. Qapını açıq saxla

d. Gözünü bağla

e. Dilini saxla

f. Belinə sahib ol.



Açar sözləri

əliaçıqlıq tacir ticarət

Bənzər məqalələr

Ticarətdə kar həddi

İslamda alış-verişdə hər hansı kar məhdudiyyəti (həddi) qoyulmamışdır. Yəni Quran və Sünnədə və səhabələrin tətbiqatında buna rast gəlinmir. Ticarətdə hər hansı kar (qazanc) məhdudiyyətinin gətirilməməsi, ticarət həyatının daha canlı olması nöqteyi-nəzərindən olduqca əhəmiyyətlidir. Əgər ticarətdə hər hansı kar həddi qoyulmuş olasaydı bir çox çətinliklər ortaya çıxardı.

İslamda halal qazancın etik prinsipləri

Halal gəlirin ölçüsü könül məmnuniyyətdir. Qurana görə ticarətin məqbul olması qarşılıqlı riza bağlıdır.

İsar nədir?

İnsanın ehtiyacı olduğu halda sırf Allah rizası üçün başqalarının ehtiyacını qarşılaması, fədakarlıq etməsi və əliaçıqlıq göstərməsi, səxavətli, comərd olmasıdır.

Ticarət həyatında dua

“Kim bazara girəndə “Allahdan başqa ilah yoxdur. O, birdir, şəriki yoxdur. Mülk və həmd Ona məxsusdur. Dirildir və öldürür. O, Hayydır, ölməz. Xeyir Onun əlindədir. Onun gücü hər şeyə yetər” deyərsə, Allah ona minlərlə savab yazar, onun minlərlə günahını əfv edər və onu minlərlə dərəcə yüksəldər”.

Müştəriyə fürsət vermək

Kim bir müsəlmanın alış-veriş sövdələşməsini ləğv etmək istəyini qəbul edərsə, Allah da onun günah və xətalarını bağışlayar”.


Şərh yaz