3. 430 dəfə oxunub ,   0 şərh   Çap et

98 – əl-Bəyyinə
əl-Bəyyinə (Açıq-aydın dəlil) surəsi

(Məkkədə nazil olmuşdur, 8 ayədir)

1
Kitab əhlindən (yəhudilərdən və xaçpərəstlərdən) kafir olanlar və müşriklər özlərinə açıq-aşkar bir dəlil gəlməyənə qədər (dinlərindən) ayrılan deyildilər.
2
(Bu açıq-aşkar dəlil isə) pak səhifələri onlara oxuyan, Allah tərəfindən göndərilmiş peyğəmbərdir (Muhəmməd əleyhissəlamdır).
3
O səhifələrdə doğru-dürüst hökmlər vardır.
4
Kitab əhli yalnız özlərinə açıq-aydın dəlil (Peyğəmbər və Quran) gəldikdən sonra (dində) ayrılığa düşdülər (onlardan kimisi Peyğəmbərə iman gətirdi, kimisi onu inkar etdi, kimisi də şəkk-şübhə içində qaldı).
5
Halbuki onlara əmr edilmişdir ki, Allaha – dini yalnız Ona məxsus edərək, batildən haqqa (islama) dönərək – ibadət etsinlər, namaz qılıb zəkat versinlər. Doğru-düzgün din budur!
6
Həqiqətən, kitab əhlindən kafir olanların və müşriklərin yeri cəhənnəm odudur. Onlar orada əbədi qalacaqlar. Onlar yaradılmışların ən pisidirlər.
7
İman gətirib yaxşı əməllər edənlər isə yaradılmışların ən yaxşılarıdır.
8
Onlardan öz Rəbbi yanındakı mükafatı (ağacları) altından çaylar axan Ədn cənnətləridir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır, onlar da Allahdan. Bu (nemətlər) Rəbbindən qorxanlar üçündür!



Açar sözləri

əl-Bəyyinə surəsi

Şərh yaz