3. 374 dəfə oxunub ,   0 şərh   Çap et

Oruc bədənin bütün sistemlərinə müsbət təsir göstərir. Ancaq oruc, sağlamlıq və pəhriz saxlamaq üçün yox, sırf Allah əmr etdiyi üçün tutulmalıdır.

Sinir sistemi

Oruclu insanın orqanizmi qida fəaliyyətinin azalması nəticəsində qeyri-iradi olaraq bir çox lüzumsuz yorğunluqdan xilas olur. Eyni zamanda hər fərd maddi imkanı səviyyəsində iftar və sahurda müəyyən miqdarda qida və vitamin qəbul edir; digər tərəfdən isə şəhvət və cinsi istəyin sabit və sakit vəziyyətdə olması, bir növ istirahət etməsi bütün sinir sisteminə gümrahlıq gətirir. Bəzi şəxslərin oruclu vaxtlarda əsəbi olmasının sinir sistemi ilə əlaqəsi yoxdur. Bu, nəfsə aid xüsusiyyətdir.

Oruc tutularkən qaraciyər istirahət etdiyi üçün bir çox zəhərli maddələri məhv edərək sinir sisteminin yorğunluq problemini yoluna qoyur.

Qan dövranı

Oruclu vaxtlarda gündüzlər qanda xolesterin səviyyəsi azalır. Damarların daxili divarında yığılan köhnə xolesterin artıqlarının yavaş-yavaş qan dövranına qarışması nəticəsində damarlar sərtliyi aradan qalxır. Bundan başqa, xüsusilə, günortadan sonra təzyiq düşür, damarlar tamamilə rahatlayır. Beləliklə, hal-hazırda ən qorxunc xəstəliklərdən biri olan “arterioskleroz” (ürək  damarlarında tıxanma və infarkt) oruc və dəstəmazın birgə təsiri ilə, demək olar ki, aradan qalxır.

Həkimlərdən biri deyir ki, “Mən oruclu və müntəzəm dəstəmaz alan 300 yaşlı insanın qan təzyiqi üzərində apardığım araşdırma zamanı onlarda arterioskleroz xəstəliyinin əlamətlərinə və fəsadlarına rast gəlmədim və yaşları 65-dən yuxarı olsa da, təzyiqin 12-dən yuxarı qalxmadığını müşahidə edəndə heyrətimi gizlədə bilmədim”.

Ürəyə gəlincə üç hal ona mənfi təsir edir: damar sərtliyi (arteriosklerozla nəticələnir), sinir yorğunluğu və mədənin müntəzəm təzyiqi. Bu üç hal da oruc tutanlarda avtomatik olaraq aradan qalxır.

Həzm sistemi

Doğumdan ölümə qədər dayanmadan işləmək məcburiyyətində olan həzm sistemi oruc zamanı orta hesabla gündə ən azı dörd saat istirahət edir. Başqa sözlə, zərər görmüş, aşınmış, dağılmış hissələrini təmir etmə imkanı əldə edir.

Oruc sağlamlıq baxımından ən bariz təsirini qaraciyərə göstərir. Qaraciyərin bədənin müxtəlif yerləri ilə bağlı olan yüzlərlə funksiyası vardır. Yağları əridən ödün ifrazından xəstəliklərə qarşı müqavimət (immunitet) maddəsinin hazırlanmasına qədər bütün işlər, daha doğrusu, orqanizmin bütün kimyəvi prosesləri qaraciyərdə gedir. Çox nadir hallarda xəstələnir və həddən artıq yüklənəndə bəzi funksiyalarını natamam yerinə yetirir. Müasir tibb bir çox xəstəliklərin başlanğıc səbəbini (bədən müqavimətinin zəifləməsi, immunitet sisteminin bərpa edilməməsi halları) qaraciyərlə və onun həddən artıq yüklənməsi ilə izah edir.

Oruc isə qaraciyəri gündə üç-dörd saatlıq istirahətlə təmin edir. Hərçənd qaraciyər funksiya və fəaliyyətini dayandırmır, lakin bu vaxtlarda müəyyən yavaşlama müşayiət olunur.

Beləliklə, hər orqanda olduğu kimi, qaraciyərdə də istirahət zamanı ümumi yenilənmə baş verir. Bununla da immunitet, qan tərkibi və həzm sistemi özünün ən ideal formasını bərpa edir.

Qan tərkibi

Orqanizmin ən mühüm kimyəvi prosesləri qanda cərəyan edir. Müxtəlif qida maddələri, immunitet maddələri və  tənəffüs fermentləri birbaşa qanın tərkibi ilə bağlıdır. Bu maddələrin artması orqanizmin işini çətinləşdirir, bunları “yerbəyər etmək” üçün var gücü ilə işləməyə məcbur olur. Oruclu insanlarda bu maddələr ən aşağı səviyyəyə düşür. Yəni qanda cərəyan edən kimyəvi proseslər zəifləyir, bir növ sabitləşir.

Zəif olduğu üçün oruc tutmayanlar bilmir ki, əslində onları bu hala gətirən səbəb orucsuzluqdur. Çünki arıq və zəif insanlarda qanın tərkibi heç cür sabitləşə bilmir.

Sidik-cinsiyyət sistemi

İstər sinir sisteminin sakitləşməsi, istərsə də cinsi istəyin müəyyən qədər qarşısını alan “şəhvət” pəhrizi cinsi həyat üçün böyük əhəmiyyət kəsb edir.

Böyrəklərin qidaların yanma maddələrini süzdüyünü və bu funksiyanı müntəzəm icra etdiyini nəzərə alsaq, oruc zamanı dörd saatlıq istirahətin faydasını daha yaxşı anlayarıq. Sanki insan sağlamlığının qorunması vəzifəsi oruca verilərək, ilahi əmr kimi lütf edilmişdir.




Bənzər məqalələr

Qəza orucuna niyyət

Qəza, kəffarə və müəyyən vaxta bağlı olmayan nəzir orucları üçün gün batdıqdan etibarən ən gec imsak vaxtına qədər niyyət etmək lazımdır. Nafilə və Ramazan ayında tutulan oruc üçün niyyət bir qədər fərqlidir.

Şəvval yoxsa, qəza orucu?!

Kim Ramazan ayını oruclu keçirər və arxasınca şəvval ayından altı gün oruc tutarsa bütün ili oruc tutmuş kimi olar.

Rabbani olmaq

Quranı Kərimdə keçən rabbaniyyun rabbani sözünün cəmidir və mənşəyi rabbi sözünə əsaslanır. Rabbi, “Rəbbin ardınca gedən” deməkdir; Rabbani dedikdə, Rabbi tanıyan və ona itaət edən şəxs nəzərdə tutulur.

Peyğəmbərimizin etikafı

Etikaf kişilərin əzan və iqamə oxunan, yəni camaatla beş vaxt namaz qılınan məsciddə, qadınların isə evin namaz otağında və ya otağın bir küncündə etikaf niyyəti ilə bir müddət gözləməsi, oturmasıdır.

Etikaf

Həzrət Peyğəmbər (s.ə.s) Mədinəyə gəldikdən sonra vəfatına qədər Ramazan ayının son on günündə etikafa girərdi. Buna görə etikaf Allah Rəsulunun (s.ə.s) önəmli sünnətlərindən biridir.


Şərh yaz