6. 475 dəfə oxunub ,   0 şərh   Çap et

Səs və titrəşmə gündəlik həyatımızın əsas hadisələrindən biridir. Bunlar bir-biri ilə sıx əlaqəlidir. Səsin əmələ gəlməsi üçün qırtlaqdakı əzələlər, dil, dişlər, damaq, dodaqlar kimi bir çox orqan və hava bir-biri ilə mükəmməl uyğunluq içində işləyir.

İnsan səsini əmələ gətirən ən əsas orqanlar səs telləri və onların bağlandığı əzələlərdir. Bunlar qırtlağın içindəki səs qutusunda yerləşən selik təbəqəsi ilə örtülü bir cüt əzələdir. Qırtlağın ön hissəsində halqa formasında qalxanvari qığırdaqların arxasında yerləşir.

Titrəşmə bir nöqtə ətrafındakı mexaniki yırğalanmadır. Yırğalanma verilmiş sistemin hər hansı bir təsir sayəsində tarazlığının pozulması və onu əvvəlki vəziyyətə qaytarmağa məcbur edən qüvvə nəticəsində yaranan hal dəyişməsidir. Bu fiziki xüsusiyyət yer dəyişdirmək, sürət, təzyiq, istilik və s. ola bilər.  Təsir qüvvəsinə görə: məcburi, xarici qüvvələrin təsiri nəticəsində yaranır, sərbəst, heç bir xarici qüvvə təsir etmədən, ilkin qüvvənin təsirindən sonra öz-özünə həyacanlanır.

Səs dalğaları uzununa dalğalardır. Səs dalğalarının tezliyi 20 Hs-lə 20000 Hs intervalında olub, ixtiyari elastik mühitdə yayılır və insan tərəfindən eşidilir. Səs dalğalarının tezliyi 20000 Hs-dən böyükdürsə belə dalğalara ultrasəs, lakin 20000 Hs-dən kiçikdirsə bu cür dalğalar isə infrasəs dalğalar adlanır.

Quranda səs və titrəşmə ilə əlaqəli bir çox ayə mövcuddur. Məsələn, kafirlərdən bəhs olunan bir çox ayədə onların qulaqlarında ağırlıq olduğu bildirilir. Kəhf surəsinin 57-ci ayəsində “(Quranı) anlamasınlar deyə, Biz onların qəlblərinə pərdə çəkib, qulaqlarına ağırlıq verdik (maneə qoyduq).” – buyrulmuşdur. “Qulaqlarına ağırlıq verdik” ifadəsi başqa ayələrdə də keçməkdədir (Ənam, 25; Loğman, 7; Fussilət, 5; Fussilət, 44). Loğman surəsinin 7-ci ayəsində “Və ayələrimiz ona oxunduğu zaman onları eşitmirmiş, qulaqlarında ağırlıq (karlıq) varmış kimi təkəbbürlə arxasını çevirər.” – buyrulmaqdadır.

Titrəşmə haqqında doğru olan ağırlıq qavramı, kütlənin artmasını, titrəşmə tezliyinin azalmasını bildirir. Səs də yüksək tezlikdə titrəşmədir. İnsan qulağı 20 Hs-lə 20000 Hs intervalında səsləri eşidə bilir. Qulaqda ağırlıq yəni karlıq olduqda isə insan eşidə bilmir. Bu ağırlıq fiziki ağırlıq olmasa da Quranda eşitmək və anlamaq istəməyən kafirlərə fiziki ağırlıq ifadəsilə “karsınız, eşitmirsiniz” deyilmişdir. Bu ayələrin yeni elmi təvillərə ehtiyacı var. Bəlkə də bu ayələr inkişaf edən texonoloji vasitələrə və ya hələ məlum olmayan yeni elmi kəşflərə işarədir.

Mülk surəsinin 13-14-cü ayələrində belə buyrulur: “(Ey insanlar!) İstər sözünüzü gizli saxlayın, istər açıq deyin (heç bir fərqi yoxdur). (Allah) ürəklərdə olanları biləndir! Məgər yaradan (sizin gizli saxladığınız hər şeyi) bilməzmi?! O, (hər şeyi) incəliyinə qədər biləndir, (hər şeydən) xəbərdardır!”. Ola bilsin ki, bu ayələrdə ultrasəs cihazının işləmə prinsipinə işarə vardır. Gizli və açıq söz ifadəsi eşidilən və eşidilməyən səslərə işarə edilmiş ola bilər. Ürəklərdə olan isə insanın düşüncə və daxili aləminə işarədir. Ultrasəs cihazı vasitəsilə qulağımızın eşitmədiyi səs dalğaları bədənimizə ötürülür. Həmin dalğalar sayəsində görüntü əmələ gəlir. Bu görüntü ilə də daxili orqanlarımız haqqında məlumat əldə edilir. Əməliyyat etmədən bir çox məlumatı öyrənmək üçün ultrasəs müayinəsinə ehtiyac vardır və ayədə buna işarə edilməkdədir.

Titrəşmədə əsas rolu rezonans[1] oynayır. Yırğalana bilən hər cismin təbii dalğaları mövcuddur. Əlsində bu həmin cismin kənar müdaxilə və təsir olmadan sərbəst yırğalanmağa məruz qaldığı andakı dalğadır. Rezonansa girmiş sistemdə çox kiçik amplituda[2] ilə böyük hərəkətlər etdirmək mümkündür. Məsələn, 1940-cı ildə ABŞ-da Tacoma Narrows asma körpüsü açıldıqdan qısa müddət sonra belə rezonans nəticəsində yıxılmışdır. Quranda belə rezonansa işarə varmı? Hud surəsinin 94-cü ayəsində “O zülm edənləri isə, dəhşətli (tükürpədici) bir səs bürüdü və onlar öz evlərində diz üstə çöküb qaldılar (bir göz qırpımında məhv oldular).” − buyrulur. Rezonansla insanın daxili orqanlarındakı hüceyrələri parçalayan səs dalğası əmələ gətirmək mümkündür. Belə bir səs dalğası ilə müxtəlif tezlikdə olduğundan binalara və digər əşyalara zərər vermədən birbaşa insanın daxili orqanlarına təsir etmək olur. Bəlkə də, Mədyən xalqının həlakına belə bir səs dalğasının əmələ gətirdiyi rezonans səbəb olmuşdur. Muminun surəsinin 41-ci ayəsində deyilir:“(Bir az sonra) həqiqətən, qorxunc (tükürpədici) bir səs onları bürüdü. Biz onları (sel üstündəki) saman çöpünə döndərdik. Zalım (kafir) tayfa məhv (Allahın rəhmətindən uzaq) olsun!”. Bəlkə də bu ayədə səs dalğalarının rezonansı ilə daxili orqanları və hüceyrələri dağılan insanlar sel üstündəki saman çöpünə bənzədilmişdir. Ənkəbut surəsinin 40-cə ayəsində belə bildirilir: “Biz onların hər birini öz günahı ilə yaxaladıq (hərəyə öz günahına görə cəza verdik). Kiminin başı üstünə (qasırğa ilə) qızmar daş yağdırdıq, kimini dəhşətli (tükürpədici) səs yaxaladı, kimini yerə gömdük, kimini də suya qərq etdik. Allah onlara zülm etmirdi, onlar özləri özlərinə zülm edirdilər.” Həmin surənin 37-ci ayəsində isə Mədyən xalqının həlakı ilə əlaqəli “Amma (mədyənlilər) onu təkzib etdilər. Buna görə də onları (dəhşətli) bir sarsıntı (zəlzələ) bürüdü. Onlar dizüstə çöküb evlərində qaldılar (hamısı həlak oldu).” − buyrulur. Ayədə “sarsıntı” ifadəsini digər ayələrlə birgə düşündükdə Mədyən xalqının şiddətli səs və rezonans nəticəsində həlak olduğu qənaətinə gələ bilərik.

Əraf surəsinin 78-ci ayəsində Səmud xalqının həlakında belə bəhs olunur, “Buna görə də onları dəhşətli bir sarsıntı (yerdən zəlzələ, göydən tükürpədici bir səs) bürüdü, onlar öz evlərində diz üstə düşüb qaldılar (bir göz qırpımında həlak oldular).” Bəzi məallarda Əraf surəsinin 91 və 155-ci ayələrindəki “rəcfəh” kəlməsi “zəlzələ” mənasında səhv tərcümə edilmişdir. Əslində bu kəlmə ilə səs vasitəsilə gerçəkləşən titrəşmə nəzərdə tutulmuşdur. Yasin surəsinin 28-29-cu ayələrində də səs dalğalarının dağıdıcı özəlliyindən bəhs olunmuşdur: “Ondan (Həbib Həccardan) sonra tayfasının üstünə göydən heç bir qoşun göndərmədik və heç göndərən də deyildik. (Onları məhv edən) ancaq dəhşətli bir səs oldu. Onlar birdən sönüb getdilər.” Səs dalğaları vasitəsilə düşmənin məhv edilməsi üzərində araşdırmalar aparılacaq bir mövzudur. Qəmər surəsinin 31-ci ayəsində isə, “Həqiqətən, Biz onlara bircə tükürpədici səs göndərdik və onlar mal-qara ağılında istifadə edilən quru saman kimi oldular.” – deyilməkdədir.

Həşr surəsinin 21-ci ayəsində “Əgər Biz bu Quranı dağa nazil etsəydik, sən onun Allahın qorxusundan boyun əyib parça-parça olduğunu görərdin. Biz bu misalları insanlar üçün çəkirik ki, bəlkə, fikirləşələr.” – buyrulur. Bəlkə də bu ayədə səs dalğası ilə rezonansdan əmələ gələn parçalanmaya işarə edilmişdir. Gələcəkdə dağlardan yollar çəkmək üçün səs dalğaları ilə dağlara rezonans tətbiq olunmaq haqqında araşdırmalar aparmaq olar. Rad surəsinin 31-ci ayəsində “Əgər oxunan bir kitabla dağlar hərəkətə gətirilsəydi və ya onunla yer parçalansaydı və yaxud da onun sayəsində ölülər danışsaydılar (o kitab yenə bu Quran olardı).” – buyrulmaqdadır.

Ənbiya surəsinin 79-cu ayəsində “ Biz dağları və quşları Davudla birlikdə (Allahı) təqdis edib tərifləsinlər deyə ona ram etdik.” − ayəsində Hz. Davudun səsi ilə dağların rezonansa gəlməsi və səs dalğalarını əks etdirməsi möcüzə olaraq bildirilmişdir. Bəlkə də gələcəkdə yeni texnologiyalar vasitəsilə səsləri daha geniş ərazidə yaymaq mümkün olacaq.

Muhamməd surəsinin 30-cu ayəsində “Sən onları danışıq tərzlərindən mütləq tanıyacaqsan. Allah sizin əməllərinizi bilir.” Səsini analiz etmək və yalan dedektorundan keçirməklə şəxsin yalan danışıb-danışmadığını bilmək mümkündür. Bu günkü yalan dedektorları qan təzyiqi və nəbzin hərəkətinə görə adrenalinin təsirini ölçərək işləyirlər.

Məlumdur ki, dağlıq ərazilər zəlzələlərə qarşı daha davamlıdır. Dağlar həm zəlzələ dalğalarının təsirini azaldır, həm də dalğaların yayılma sürətini zəiflədir. Bir çox ayədə buna işarə edilmişdir. Hicr surəsinin 19-cu ayəsində “Biz yeri döşədik, orada möhkəm dağlar yerləşdirdik və orada hər şeydən lazım olduğu qədər yetişdirdik.” Nəhl surəsinin 15-ci ayəsində “O, sizi silkələməsin deyə, yer üzündə möhkəm dağlar və düzgün səmt götürəsiniz deyə, çaylar və yollar yaratdı.” – buyrulmaqdadır.

Paltaryuyan maşınlardakı fırlanan hissə titrəşməyə səbəb olur. Buna görə də həmin hissənin üzərinə ağırlıq yerləşdirirlər ki, titrəşmə azalsın. Yer kürəsindəki titrəşməni azaltmaq vəzifəsi isə dağların üzərinə düşür. Ənbiya 31-ci ayəsində “Yer onları silkələməsin (atıb-tutmasın) deyə, orada möhkəm (durmuş) dağlar yaratdıq; onlar (istədikləri yerə) rahat gedib çata bilsinlər deyə, orada geniş yollar əmələ gətirdik.” − buyrulmaqdadır. Nəml surəsinin 61-ci, Loğman surəsinin 10-cu, Qaf surəsinin 7-ci və Nəbə surəsinin 7-ci ayələrində də bənzər ifadələr işlədilmişdir.

Nəticə olaraq səs və titrəşmə yönüylə Quranın bəzi ayələrinin yenidən yorumlanmasına ehtiyac var. Çünki, yuxarıdakı ayələr mövcud elmi həqiqətlərə işarə etməklə yanaşı, gələcəkdə yeni texnoloji vasitələrin inkişafı haqqında da bilgiləri özündə ehtiva edir.

Sami Polatöz

[1] Rezonans- sistemə təsir edən xarici qüvvənin dəyişmə tezliyi sistemin məxsusi rəqslərin tezliyinə bəraabər olduqda məcburi rəqslərin amplitudunun artaraq maksimum qiymət almasına deyilir.
[2] (Amplituda  (latınca amplitudo – qiymət, meyillənmə, A hərfi ilə işarə olunur)  − yırğalanma və dalğavari hərəkətdə dəyişən kəmiyyətin qiymətinin orta qiymətdən maksimal sürüşməsi və ya dəyişməsidir.



Bənzər məqalələr

Müqabilə nədir?

Müqabilə, qarşılıqlı oxumaq, oxunan mətni izləmək mənasındadır. Termin olaraq isə, Ramazan ayında bir nəfərin səsli oxuması, digərlərinin də oxuyanı izləməsinə “müqabilə” deyilir.

Quran və Sünnənin həyatımızda yeri

Quran öz rəhbərliyini 23 ildə kamil mənada ortaya qoydu və cahalət toplumundan, səhrada yolunun itirənlərin öz yolunu tapdığı, ulduzlara bənzəyən bir səhəbə toplumu ortaya çıxardı. Rəhməti sonsuz Rəbbimizin insanlığa olan mərhəməti bir tək Quranla qurtarmamışdı. Onu həm bəyan edib, açıqlayan, həm də həyatı ilə təfsir edib təbliğ edən, aləmlərə rəhmət olaraq göndərdiyi bir Rəhbər daha seçmişdir. O rəhbər, Həzrət Muhəmməd (s.ə.s) idi.

Dua və Quran oxumaqla müalicə

Sual: Xəstəni dua və Quran oxumaqla müalicə etmək olarmı?
Cavab: Dua ilə müalicə olunmaq caizdir. Allah-Təala “Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik”, – buyuraraq Quranın şəfa olduğunu bəyan edir…

Ayə və hədislərlə ramazan

Kim fəzilətinə inanaraq və qarşılığını yalnız Allahdan gözləyərək Ramazan orucunu tutarsa keçmiş günahları bağışlanar.

Quran oxumağın əhəmiyyəti

Quran kainat kitabının tərcümanıdır. Allahın həm kainatla, həm də qayda-qanunlarla bağlı ayələrinin aynasıdır.


Şərh yaz