34. 221 dəfə oxunub ,   0 şərh   Çap et

Sual: Kişi və qadın dost ola bilərmi?

Cavab: Bir qadının naməhrəm kişi ilə “dostluq” münasibəti qurmağı caiz deyil. Evlilik məqsədi ilə olan görüşlər istisnadır. Həmin görüşlərdə belə ciddiyyət qorunmalı, görüş üçün ictimai yerlər seçilməlidir. Bu görüşdən valideynlər xəbərdar olmalı və evlililk üçün hazırlıq görülməlidir.

İnsan hissləri olan varlıqdır. Bu səbəbdən münasibətdə olduğu, söhbət elədiyi insanlardan mütləq təsirlənir. Bu təsir bəzən hisslərin ağlın önünə keçməyinə qədər gətirib çıxarır. Bir-birləri haqqında daha çox məlumat sahibi olduqdan, bir-birini daha yaxından tanıdıqdan sonra isə artıq həmin şəxsdən uzaqlaşmaq çətinləşir. Dövrümüzdə qız və oğlanlar arasında “dostluq” adı altında qurulan münasibətlər dinimizdə qadağandır. Belə münasibətlərdə zərərçəkən adətən qızlar olur. Üstəlik yad bir qız və oğlanın “dostluq” adı altında birgə gəzməyi, görüşməyi, saatlarla söhbətləşməyi bizim dəyərlərimizə və mentalitetimizə də ziddir. Həmçinin belə bir münasibət qız və ya oğlan haqqında dedi-qodu və söz-söhbətin ortaya çıxmasına da səbəb olacaq.   

Onların bir-birini evlənmək niyyətilə tanımaq istəyi və ya “Biz sadəcə dostuq, aramızda başqa şey ola bilməz” kimi sözləri belə bir münasibətin doğru olduğu mənasına gəlmir. Real fikirləşsək yad bir qız və oğlan arasında hansı dostluq münasibəti ola bilər ki? Dostluq kəlməsini sadəcə eyni qrupda oxumaq, iş yoldaşı olmaq, ad günündə hədiyyə almaq, saatlarla virtual şəbəkələrdə boş-boş yazışmaq, paylaşılan şəkilləri bəyənmək və şərh yazmaqla məhdudlaşdırmaq olmaz. Bu kimi nəfsə xoş gələn hərəkətlərə “dostluq” donu geyindirməmək lazımdır.

Dostluq ülvi duyğudur. Hər münasibət dostluq sayıla bilməz. Tutaq ki, bir qızla bir oğlan “dost” oldular. Bunlar nə edəcəklər? Bir-birlərini daha yaxından tanımağa çalışacaqlar. Bu isə o deməkdir ki, bir-biri haqqında çox şeyi biləcəklər. Xoşlarına gələn və gəlməyən xüsusiyyətləri olacaq. Bir müddət sonra bu münasibət daha da irəliləyəcək. Artıq sadəcə söhbət eləmək kafi gəlməyəcək. Zarafat və s. buna əlavə olunacaq. Tədricən bir çox qadağalar, dinimizə görə haram olan şeylər görməzlikdən gəlinəcək, “Bizim aramızda heç nə ola bilməz. Biz sadəcə dostuq, bunda nə var ki?” deyilərək edilən hər hərəkətdə doğruluq payı axtarılacaq. “Dostlar” özləri də fərqinə varmadan bir-birinin həyatında müəyyən “dəyər” qazanacaq və bir-birinin həyatına müdaxilə etməyə başlayacaqlar. Bunun nəticəsi isə heç də yaxşı olmayacaq.

Heç bir qadın və ya kişi  həyat yoldaşı olacaq insanın həyatında başqa birinin olmağını istəməz. Başqa biri ilə “dost” olan şəxs bunu ailə quracağı insana necə izah edəcək? Hər şey bir tərəfə, sui-istifadə olunan hisslər nə olacaq? Belə “dostluq” münasibətlərinin qadın psixologiyasına vurduğu mənfi təsirlər saymaqla bitməz. Evli olduğu halda naməhrəm kişi ilə “dostuluğa” davam edən qadın əri tərəfindən xəyanətlə günahlandırılmayacaqmı? Diqqətlə baxanda zahirdə “heç nə yoxmuş” kimi görünən bu “dostluq” münasibətinin cavabsız suallar məcmuəsinə çevrildiyinin şahidi olarıq. Xülasə, sadalanan xüsusları nəzərə alaraq ağıl və məntiqlə düşünsək qadın və kişi arasında “dostluq” münasibətinin mümkün olmadığını görərik.




Bənzər məqalələr

İnsan sevgisi

Möminin çevrəsi ilə sevgi və hörmətə əsaslanan münasibəti necə olmalıdır?

Ailədə nəyi necə etməli?

Ailə ağac kimidir. Bir dəfə əkməklə qurtarmır. Suyunu, qidasını vaxtında vermək lazımdır.

Bəşəri münasəbətlərdə edilən xətalar

İslamı təbliğ etməyə çalışan bəzi müsəlmanlar bəzən ətrafındakılarla sərt rəftar edir, onların xətrinə dəyirlər. Bəşəri münasibətlərdə tarazlığı qorumaq üçün nə etmək lazımdır?

Sacayaq – iki qadın bir kişi

Xoşbəxt ailədə qaynana-gəlin münasibətləri necə olmalıdır? Qaynana-gəlin münasibətləri sadəcə ikin şəxslə yox, bütün cəmiyyətlə əlaqəlidir. İki qadın var ki, onlar üçün sevimli və əziz olan sadəcə bir kişi var. Bu iki qadın kimdir? Biri yaş və həyat təcrübəsi nisbətən çox olan qaynana, digəri də gənc yaşdakı gəlin.

Qadın və kişinin ailədəki vəzifələri

(Kişilərin qadınlar) üzərində hüquqları olduğu kimi, (qadınların da) onlar (kişilər) üzərində hüquqları vardır.


Şərh yaz