3. 878 dəfə oxunub ,   0 şərh   Çap et

Sual: Cümə günü günorta namazını camaatla qılmaq olar?

Hənəfi məzhəbinə görə, cümə günü üzrlü səbəbdən cüməyə gedə bilməyənlər cümə namazından əvvəl və ya sonra günorta namazını camaatla qıla bilməzlər. (Mərğinani, əl-Hidayə, I, 84) Qılınması təhrimən-məkruhdur. Çünki həmin vaxtda sadəcə cümə namazını camaatla qılmaq olar. Üzrlü səbəblərdən cümə namazına gedə bilməyən şəxslər günorta namazını olduqları şəhərdə cümə namazı qılındıqdan sonra qılmalıdırlar.

Hənəfilər xaric digər alimlərə görə isə, üzrlü səbəbdən cüməyə gedə bilməyən və ya cümə namazı qılmaqla mükəlləf olmayanların cümə günü günorta namazını camaatla (camaat namazı savabını qazanmaq üçün) qılması sünnətdir. (Şirbini, Muğnil-muhtac, I, 540; Ətraflı məlumat üçün bax: Vehbe Zuhayli, İslam fıkhı ansiklopedisi, II, 410-411)




Bənzər məqalələr

Xütbə oxunarkən danışmaq və duaya Amin demək

İmam xütbə oxuyarkən səssizcə xütbəyə qulaq asmaq lazımdır. Bu əsnada başqa işlərlə məşğul olmaq söhbət etmək olmaz. Allah Rəsulun (s.ə.s) adı çəkildiyi zaman səssizcə ona salavat gətirmək, imamın duasına “Amin” demək olar.

Cümə gününün sünnətləri

Cümə həftənin ən bərəkətli və fəzilətli günüdür.

məscid namaz dua
Toplu halda zikr etmək olarmı?

Sual: Camaatla zikr etməyin bidət olduğu haqqında bir rəvayətin olduğu söylənilir. Bu rəvayət haqqında məlumat verə bilərsinizmi?

Xütbə oxunarkən namaz qılmaq olar?

Hənəfi məzhəbinə görə, cümə günü imam minbərdə xütbə oxuyarkən ilk sünnət və ya məscid salamlama (təhiyyətul-məscid) namazı qılmaq olarmı?

Təkbaşına namaz qılana tabe olmaq

Sual: Təkbaşına namaz qılan şəxsin çiyninə toxunaraq ona camaat kimi qoşulmaq olar? İmamın hansı namazı qıldığını tam olaraq bilirsiniz və bundan əminsinizsə onun çiyninə toxunaraq camaat ola bilərsiniz. İmam əvvəlcədən “mən fərzə durdum sən arxadan gəl camaat ol” dedikdə ona tabe olmaq olar. Bunun xaricində aşağıdakılara diqqət eləmək lazımdır:  İmam və ona tabe olan şəxs […]


Şərh yaz