9. 475 dəfə oxunub ,   0 şərh   Çap et

Sual: Maşınlara “Bismillah” yazmaq, kiçik Quranlar və dua mətnləri asmaq və ya yapışdırmaq doğrudurmu?

Əvvəlcə onu deyək ki, bütün bunlar İslami terminologiyada bidət kateqoriyasına girir. Bidət isə Peyğəmbərimiz (s.ə.s.) dövründə olmayan, sonradan meydana çıxan əməllərdir. Ancaq alimlər bildirirlər ki, bütin bidətlər günah deyil. Məsələn, Rəsulullah (s.ə.s.) dövründə məscidlərin indiki kimi hündür minarələri yox idi, ancaq indi məscidi minarəsiz təsəvvür etmək mümkün deyil. Yəni minarə də bidətdir, ancaq “bidəti-hasənə”, yəni xoş bidətdir, ona görə də günah sayılmır. Ancaq zərərli bidətlər günah sayılır, faydalı bidətlər yox. Rəsulullah (s.ə.s.) dövründə avtomobil də yox idi, ancaq indi həyatı texnikasız təsəvvür etmək mümkün deyil. Kimsə avtomobilinin, ya da traktorunun şüşəsinə “Bismillah” yazdırır və yaxud hansısa dua mətnini yapışdırırsa, burada hörmətsizlik, günah axtarmaq doğru deyil. Əgər o söz çirklənirsə, baxımsız qalırsa, onda bu işin ədəbə uyğun olmadığını iddia etmək olar. Təbii ki, bu təşəbbüsə düşən içində Allah inancı olduğu, Ondan yardım dilədiyi üçün bu addımı atır. Ona görə də ədəbə riayət etməyi bir an belə ağlından çıxarmamalıdır. Başının üstünə Allah adını yazmısansa, Allahı hər an başının üstündə görməyi də öyrənməlisən. “Bismillah” – “Allahın adı ilə” deməkdir. Yəni sən Allahın adını çağıraraq sükan arxasına keçirsən, işə başlayırsan. Deməli, özünü də bu duaya görə tənzimləməlisən. Məsələnin mahiyyəti ondadır ki, işin mahiyyətinə varmağı öyrənməliyik. Əgər gözünün önünə “Bismillah” yazırsansa, bu duanı ilk növbədə düşüncələrinə, davranışlarına da həkk etməlisən. Allahın adını çağırıb yola çıxan, işə başlayan kəs gərək dürüst olsun, tədbiri əldən buraxmasın, qayda-qanuna riayət etsin, başqalarına qarşı haqsız davranmasın.

Maşına gözəl görünsün, müsəlman kimi tanınım deyə hər hansı dini yazı və ya Quran asmaq olmaz. Əgər hər hansı dua yapışdırılıbsa həmin duanı da maşına minərkən oxumaq daha faydalıdır. Oxunmadan maşına yapışdırılan və ya asılan duanın sahibinə heç bir xeyri yoxdur.

Maşının şüşəsindən kiçik Quran asmaq istəyənlərə isə onu xatırladırıq ki, şüşədən oxunması mümkün olmayan kiçik Quran asılmasa daha yaxşıdır. Çünki Quran Allahın kitabıdır və insanlara hər iki dünyada xoşbəxt olmağın yolunu göstərir. Göz önündə kiçik dəmir sandıqda Quran saxlamaqdansa, kökü Quran həqiqətinə söykənən və hər eşidəndə özünümüzü yığışdırdığınız söz və ya sözlər yazmaq daha məqsədəuyğundur: Məsələn: “Allahı unutma!”; “Sən Allahı görməsən də, Allah səni görür”; “Allah bizi pis əməldən qorusun” və s… Yəni özünüz də düşünüb, bu cür sözlər yaza bilərsiniz ki, işinizdə daha dəqiq və daha məsuliyyətli olasınız. Ancaq bu sözləri kənardan başqalarının diqqətini cəlb edə biləcək, həmçinin qəzaya səbəb ola biləcək qədər böyük yazmaq doğru olmadığı kimi, həm də dini baxımdan arzuolunmaz haldır.

Bir məqamı da xatırladaq ki, Qurana qəzadan sığorta kimi baxmaq da səhv düşüncədir. Allah müsəlmana tədbirli olmağı əmr edir və buna zidd getmək günhadır, istəyirsən yanında Quran gəzdir, istəyirsən üstündə dua. Allah bizi işin mahiyyətini düzgün oxumağa təşviq edir, onun zahirinə görə qərar verməyə yox. Bir sözlə, hörmət çərçivəsində evin divarına, maşının şüşəsinə “Bismillah” yaza, Quran asa, dua yapışdıra bilərsiniz. Ancaq unutmayın ki, bunlar qəzadan qaçmaq sığortası deyil. Əsas məsələ o duanı ağlına, könlünə, ruhuna həkk etməkdir.




Bənzər məqalələr

Dua etmək üçün yaradılan varlıq

Varlıq aləmi içərisində insan dua etmək üçün yaradılmışdır. İnsan, yaradılmış hər şeydən fərqlidir. Onun əsas vəzifəsi Allaha qul olmaq, ona ibadət və dua etməkdir.

Bu gecə, o gecə deyilsə…

Kim inanaraq və savabını umaraq ramazanda oruc tutarsa, keçmiş günahları əfv edilər və kim inanaraq və savabını umaraq Qədir gecəsini əhya edərsə, keçmiş günahları bağışlanar

Niyə duamız qəbul olmur

Dua “bəndənin bütün varlığı ilə Uca Yaradana üz tutub Ondan bir şey diləməsi” mənasını verən dini termindir.

İftar duası

İftarda dua etmək Peyğəmbərimizin (s.ə.s.) sünnəsidir. İftar vaxtı edilən dualar rədd olunmayan dualar arasındadır.

Peyğəmbərimizin Ramazan dua və zikrləri

Dua Allahla qul arasında qüvvətli bir bağdır.


Şərh yaz