803 dəfə oxunub ,   0 şərh   Çap et

1918-ci ilin mart və aprel aylarında ermənilər Bakı Kommunası adı altında ölkəmizin müxtəlif bölgələrində on minlərlə soydaşımızı qətlə yetiriblər.

XIX əsrin əvvəllərindən başlayaraq ermənilər “Böyük Ermənistan” adlı dövlət qurmaq xülyasına düşdülər. Onların əsas hədəflərindən biri də Azərbaycan torpaqlarını işğal yolu ilə həmin dövlətə qatmaq idi.

1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında erməni vəhşiliyi özünü son həddinə çatdırdı. Onlar həm Bakı, həm də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Göyçay, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə böyük qırğınlar törətdilər. On iki mindən çox adam qətlə yetirildi. On minlərlə adam itkin düşdü.

Ermənilər günahsız insanlara müxtəlif vəhşiliklər etdilər. Onlar yaşlı, uşaq, qadın demədən önlərinə çıxan hər kəsi işgəncə verərək qətlə yetirdilər. Mal qaranı, dəyərli əşyaları talan edib yağmaladılar, kəndləri, şəhərləri yandıraraq xarabazarlığa çevirdilər.

Ermənilər törətdiyi dağıntılar zamanı xalqımızın əsrlərdən bəri qoruyub yaşatdığı tarixi memarlıq abidələri öz nəsibini aldı. Onlar məscidləri, tarixi abidələri, məktəbləri, xəstəxanaları, nəşriyyat evlərini yerlə yeksan etdilər.

Sovet hakimiyyəti illərində bu hadisələr birmənalı şəkildə  unutdurulmağa çalışıldı. Xalqımız müstəqillik əldə etdikdən sonra təkrar öz tarixini öyrənməyə başladı. Ulu öndər Heydər Əliyevin 26 mart 1998 tarixli sərəncamı ilə 31 martı “Soyqırım Günü” kimi elan edildi. O tarixdən belə şəhidlərimizin xatirəsi hər il bu gündə yad olunur.

Bizlər də tariximizi yaxşı öyrənməli, yaşanmış hadisələrdən dərs çıxarmalıyıq.

Bütün şəhidlərimizi rəhmətlə yad edirik.




Şərh yaz