XX əsrin ikinci yarısından sonra bir çox sahədə olduğu kimi, heyvandarlığın inkişafında da yeni üsullar tətbiq olundu. Ətlik və südü çox olan, xəstəliklərə və mövsüm şərtlərinə dayanıqlı hibrid heyvan cinsləri formalaşdırıldı. Nəticədə süni mayalama geniş yayıldı.
Keşmişdə heyvanların süni mayalandırmaq yox idi. Bu səbəbdən ilk dövrlərdə yazılan fiqh kitablarında bu haqda hər hansı məlumat yoxdur. Fiqhdə belə bir qayda var: “Əşyada əsl olan mübahlıqdır.”[1] Yəni bir şey haqqında onu haram və ya qadağan edən hökm yoxdursa, o şey mübahdır, yəni halaldır.
Quranı-Kərim və Sünnədə heyvanların süni mayalanmasını qadağan edən hər hansı hökm yoxdur. Fiqh kitablarında da bunu qadağan edən hökmə rast gəlmirik. Buna əsasən deyə bilərik ki, heyvanların süni mayalandırılması caizdir.
Bu məsələnin fitrətə müdaxilə tərəfi bir az qaranlıq qalır. Quranda Uca Allah buyurur:“Onları hökmən (doğru yoldan) sapdıracaq, (puç) xülyalara salacaq, heyvanlarının qulaqlarını kəsməyi və Allahın yaratdıqlarını dəyişdirməyi əmr edəcəyəm! Allahı atıb Şeytanı özünə dost tutan şəxs, əlbəttə, açıq-aşkar ziyana uğramışdır.”[2] Bu ayəyə əsasən fitrətə müdaxilə etmək qadağandır. Yəni heyvan təbii yolla erkək dana tərəfindən mayalanmalıdır. Fitri olan budur. Beləcə heyvanın fitri olan cinsi ehtiyacı da qarşılanır. Ayrıca süni mayalanmanın heyvana necə təsir etdiyi, doğulacaq balada hansı fitri dəyişikliklərin baş verəcəyi hələ də elmə məlum deyil.
İndiki dövrdə bu sahədə əsas problem cins inəklərin hansı təbii üsulla mayalanmasıdır. Bu gün kənd yerlərində mal-qara xeyli azalıb. Kənd sakinləri inəklərini mayalamaq üçün buğa tapmaqda çətinlik çəkirlər.
Cins inəkləri də təbii yolla mayalamaq ayrı problemdir. Həmçinin dövlət proqramına əsasən insanlar süni mayalama qarşılığında ianə də alırlar. Bu da heyvanların süni mayalanmanı tərcih edilməsinə səbəb olur.
İndiki dövrdə bəzi insanlar süni mayalama ilə övlad sahibi olur. Müəyyən səbəblərdən övlad sahibi ola bilməyən cütlüyün yalnız öz sperma və yumurtalarından istifadə edərək süni mayalanma etməsi caizdir. Belə olan halda inəkləri süni mayalamağın caiz olduğunu deyə bilərik. Qısacası heyvanların süni mayalanması caizdir.
Hər şeyin doğrusunu ancaq Allah bilir.
[1] “Yer üzündə nə varsa, hamısını sizin üçün yaradan, sonra səmaya üz tutaraq onu yeddi qat göy halında düzəldib nizama salan Odur (Allahdır)! O, hər şeyi biləndir!” (“Bəqərə” surəsi 2/29.)
[2] “Nisa” surəsi, 4/119.
Sual:İslami nöqteyi-nəzərdən “süni mayalanma” (döllənmə) yoluna müraciət etmək olarmı? Cavab: Ata-ananın övlad sahibi olmaq istəməsi təbii haqqıdır və bu arzu din tərəfindən də təşviq edilmişdir (Şura, 42/49, 50). Sonsuz olan ər-arvad müalicə götürərək sonsuzluğu aradan qaldırma hüquqları vardır. Məhz bu mövzuda istifadən edilən üsullardan biri də “süni mayalanma” üsuludur. Bu bir növ süni dölləndirmə metodudur […]