50. 010 dəfə oxunub ,   0 şərh   Çap et

Oxunuşu: ət-təhiyyətu lilləhi vəssaləvətu vəttayyibət. Əssələmu aleykə əyyuhən nəbiyyu və rahmətullahi və bərakətuh. Əssələmu aleynə və alə ibədilləhis salihin. Əşhədu əl lə iləhə illəllah və əşhədu ənnə Muhammədən abduhu və rasuluh.

Mənası: Bütün təriflər və (dil, bədən və mal ilə edilən) ibadətlər yalnız Allah üçündür. Ey məqamı uca olan Nəbi Məhəmməd! Allahın  mərhəməti, bərəkəti və salamı Sənə olsun. Salam və salamatlıq bizə və Allahın yaxşı qullarına olsun! Şahidlik edirəm ki, Allahdan başqa ilah yoxdur, yenə şahidlik edirəm ki, Məhəmməd Onun qulu və Rəsuludur.

ət-Təhiyyatu duası meracdan bəhs edir. Nə qədər ibadət etsək də, bizdən əvvəl gəlib keçən, iz qoyan və bir yol açan Peyğəmbərimizə baş çəkmədən, Ona salam verib Onun vasitəçiliyini təmin etmədən Haqq-Təalanın hüzuruna çıxmaq qeyri-mümkündür. Onun üçün də: “ət-təhiyyətu lilləhi vəssaləvətu vəttayyibət” Rəbbimizə qarşı təhiyyatımızı, yəni sözlə, bədənlə və maddi imkanlarımızla (pulumuz və malımız) yerinə yetirdiyimiz bütün ibadətləri Onun üçün etdiyimizi ifadə edirik.

əttəhiyyatu: Sözlə edilən bütün ibadətlər,

vəssaləvətu: Və bədənlə edilən bütün ibadətlər,

vət-tayyibətu: Və mal-mülklə edilən bütün ibadətlər Allaha məxsusdur.

Bundan sonra Rəsuli-Əkrəmə (s.ə.s.) salam verir:

“Əssələmu aleykə əyyuhən nəbiyyu və rahmətullahi və bərakətuh” deyirik. Bunun təsəvvüfi mənası günah və xətalarla Allahın hüzuruna gedərkən Rəsulullahın arxasında səf tutma və bu şirin mükalimədə danışılanlara diqqətlə qulaq asma, nə deyildiyini anlamağa çalışmaqdır. Orada meracın bir meyvəsi olan namazın fərz buyurulmasından və ümməti-Məhəmmədə necə hədiyyə edilməsindən bəhs edilir. Orada əvvəl Peyğəmbərimiz (s.ə.s.): “ət-təhiyyətu lilləhi vəssaləvətu vəttayyibət” “Təhiyyat, tayyibat və salavat Allah üçündür”, yəni bədənimizin zərrələri ilə etdiyimiz bütün ibadətlər, qazandığımız maldan sərf etdiyimiz şeylər Sənədir və Sənin razılığın üçündür, Allahım! Mən beləcə sözümü və Sənə bağlılığımı dilə gətirmək üçün hüzuruna çıxır, bu sözlərlə Səni salamlayıram,” – deyir və Allaha salam verir. Allah-Təala da Onu bu şəkildə salamlayan Sevgili Peyğəmbərin “əssələmu aleykə əyyuhən nəbiyyu və rahmətullahi və bərakətuh” Ey Nəbi! Salam, Allahın rəhmət və bərəkəti Sənin üzərinə olsun” sözləri ilə cavab verir və sanki: “Ey şanı uca Nəbi! Salamına müqabil Sənə də salam olsun!” – deyir.

Bu mükalimə cərəyan edərkən mələklər:

“Əssələmu aleynə və alə ibədilləhis salihin” yəni “Salam bizə və Allahın saleh qullarına da olsun!” – deyir və bu sözləri dinləyirlər. Son olaraq Cəbrail (ə.) bu nəğməyə şirin bir hava və ahəng qatır, ərş və fərşi lərzəyə gətirəcək şəkildə:

Əşhədu əl lə iləhə illəllah və əşhədu ənnə Muhammədən abduhu və rasuluh. “Şəhadət edirəm ki, Allahdan başqa ilah yoxdur, yenə şəhadət edirəm ki, Məhəmməd Allahın qulu və Rəsuludur!” – deyir, Allahın yeganə haqq ilah, Peyğəmbərimizin isə şanı uca Nəbi olduğunu bütün yer və göy əhlinə hayqırır.

Digər bir görüş isə “əttəhiyyatu”nu belə izah edir:

Peyğəmbərimizin üç sözünün təhiyyat, salavat, tayyibat) müqabilində Uca Yaradan,  salam, rəhmət və bərəkətdən ibarət üç kəlmə ilə nemət və hədiyyələrini bol-bol ehsan buyurmuşdur. Bunun müqabilində Peyğəmbərimiz (s.ə.s.) də Allahın yaratdıqlarının ən şərəflisi və ən səxavətlisi olduğu üçün Allahdan gələn bu bolluq və ehsanlardan bütün peyğəmbər qardaşlarının, mələklərin, insan və cin möminlərin, salehlərinin də istifadə etməsi üçün:

Əssələmu aleynə və alə ibədilləhis salihin. Yəni “salam bizim üzərimizə və Allahın saleh qullarının üzərinə olsun)” buyurmuşdur. Bunu eşidən Uca aləmlərin bütün mələkləri və xüsusilə, Həzrət Cəbrail Allahın vəhy və ilhamı ilə:

“Əşhədu əl lə iləhə illəllah və əşhədu ənnə Muhammədən abduhu və rasuluh”  yəni “şəhadət edirik ki, Allahdan başqa ilah yoxdur və şəhadət edirik ki, Məhəmməd Allahın qulu və rəsuludur” deyə kəlimeyi-şəhadət gətirmişdir.

Bir səhabə belə deyir: “Allah Rəsulu ilə birlikdə namaz qılarkən Onun arxasında: “Salam Allahın üzərinə, salam Cəbrail və Mikail üzərinə və filankəslərin üzərinə olsun,” – deyərdik. Rəsulullah (s.ə.s.) bunun ardınca: “Salam Allahın üzərinə olsun” deməyin. Çünki Allah Salamın özüdür (Salam Onun adlarından biridir). Ancaq belə deyin… deyərək namazlarda oxuduğumuz və qısaca şərhini verdiyimiz “Təhiyyat” duasını onlara öyrətmiş və axırda belə buyurmuşdu: “Əgər bu duanı oxusanız, yer və göylərdəki Allahın bütün saleh qullarını nəzərdə tutmuş olarsınız”.[1] Bundan başqa, rəvayətlərdə bildirilir ki,  Peyğəmbərimiz “Təhiyyat” duasını Quran surəsi kimi öyrədərmiş.

İbn Məsud (r.a.): “Ovcum Rəsulullahın (s.ə.s.) ovucları içində, O, mənə əttəhiyyat duasını bir Quran  surəsi kimi öyrətdi,” – demiş[2] və şərh etdiyimiz duanı oxumuşdur.


[1] Buxari, Əzan, 148, 150; Müslim, Salət, 55-61; Əbu Davud, Səlat, 182.
[2] Buxari, Əzan 148, 150; Müslim, Salət, 55-61; Əbu Davud, Salət, 182.

 




Bənzər məqalələr

Peyğəmbərimiz və səhabələrin namazı

Möminin meracı sayılan namaz imanın əkiz qardaşı kimidir. Başqa sözlə, imanın əməli şəkli namaz, namazın da nəzəri şəkli imandır.

Nə üçün namaz?

İnsan yaradılış baxımından çox zəifdir. Hər şey ona təsir edib əziyyət verir. İnsan həm də acizdir. Düşmənləri və bəlaları saysız-hesabsızdır. İnsan xəstəliklər, təbiətdəki fəlakətlər, ölüm qarşısında gücsüzdür.

hacet
“Dəli”nin namazı

“Dəli”nin namazı

Beş vaxt namazın əhəmiyyəti

Namaz qəlbin nuru, ruhun qidası, möminin meracı, insanın uca Yaradanla vasitəsiz bağlılığıdır. Namaz həddi-büluğa çatmış, ruhi xəstə olmayan hər bir müsəlman kişi və qadına fərzdir.

Dua etmək üçün yaradılan varlıq

Varlıq aləmi içərisində insan dua etmək üçün yaradılmışdır. İnsan, yaradılmış hər şeydən fərqlidir. Onun əsas vəzifəsi Allaha qul olmaq, ona ibadət və dua etməkdir.


Şərh yaz