4. 605 dəfə oxunub ,   0 şərh   Çap et

Sual: Uşağımın dilində pəltəklik yaranıb. Buna görə cəmiyyət içində utanır, danışmır. Hansı duaları oxumağa tövsiyə edirsiniz

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

رَبِّ اشْرَحْ لِي صَدْرِي وَيَسِّرْ لِي أَمْرِي وَاحْلُلْ عُقْدَةً مِنْ لِسَانِي يَفْقَهُوا قَوْلِي

Bismilləhirrahmanirrahim

[ Rabbişrah lî sadri və yəssir lî əmri. Vəhlul uqdətən min lisəni yəfqahû qavlî ]

“Ey Rəbbim! Açıb genişlət köksümü! Yüngülləşdir işimi! Dilimdəki düyünü aç (pəltəkliyimi götür)! Anlasınlar sözümü! (Taha surəsi 20/25-28)

Bununla yanaşı 4444 dəfə Salatən-təfriciyyə duasını da oxuya bilərsiniz.(http://www.meneviyyat.az/tefriciye-duasi/)

Unutmayaq ki, şəfa Allahdandır.Səmimi qəlbdən edilən dua məqbuldur.Sözlü dua ilə yanaşı, əməli iş də görmək lazımdır. Bir tərəfdən dua etməli, digər tərəfdən də uşağınızı uyğun psixoloq və loqopedə də götürərək, dilindəki yaranmış problemi aradan qaldırmağa çalışmalısınız.

Bununla yanaşı ona dəstək olmaq lazımdır ki, bu əngələ taxılıb içinə qapanmasın. Tanıdığım məşhur insanlar vardır ki, dillərində qüsur olduğu halda, geniş auditoriya qarşısında rahatlıqla çıxış edirlər. Əsl sizlərin, valideyn olaraq onun bu qüsurunu qüsur kimi görməməniz lazımdır. Bu xüsusda gərəkirsə valideynləri olaraq sizin də uşaq psixoloquna müraciət etməlisiniz.

 




Şərh yaz