Sual: Protez göz və ya gözdən axan iltihab dəstəmazı pozarmı?
Qüsl və dəstəmaz alarkən gözlərin içinin yuyulması gərəkmir. Bu mövzuda İslam alimləri ittifaq etmişlər. (Mövsili, əl-İxtiyar, I, 40, 57; İbn Abidin, Rəddul-Muxtar, I, 97; Nəvəvi, əl-Məcmu, I, 369). Buna görə də gözə taxılan protezlər, linzalar dəstəmaza və qüslə mane deyildir.
Gözə taxılan protezin özü dəstəmaza mane olmadığı kimi, protezə görə gözdən axan gözyaşı dinimizə görə təmiz sayıldığı üçün dəstəmazı pozmaz. Hədisdə: “Gözyaşından və burun axıntısından ötrü dəstəmaz almaq lazım deyildir.” (Abdurrəzzaq, əl-Musannəf, I, 146, hədis No: 559) buyurulur. Ancaq gözdən, dinən nəcis sayılan qan, irin və iltihab kimi şeylərin çıxması ilə Hənəfi məzhəbinə görə dəstəmaz pozulur (Mərğinani, əl-Hidayə, I, 17).
Şafei məzhəbinə görə isə ön və arxa xaric vücudun digər yerlərindən çıxan şeylərdən dolayı dəstəmaz pozulmur. Buna əsasən gözdən axan iltihab, qan və b. mayelərə görə dəstəmaz pozulmur. (Maverdi, əl-Havi, I, 199-200; Şirbini, Muğnil-muhtac, I, 64).
Qaynaq: DİB Fetvalar, Ankara, 2018, səh. 83)
Göz damcısı orucu pozmur.
İndi gözləriniz hərflər üzərində hərəkət edir. Gördükləriniz beyninizə ötürüldükdə beyninizdə sirlərlə dolu elm aləminə səyahət başlayır. Bəs görəsən oxuyub-anlamaq necə baş verir? Beyində digər mərkəzlər kimi oxuma mərkəzi də varmı?
Dəstəmazda, namazda, orucda və bütün digər ibadətlərdə bizim sağlamlığımız üçün bir çox faydalar mövcuddur. Yəni biz ibadət etməklə, dəstəmaz almaqla, əslində, özümüzə yaxşılıq etmiş, mənəvi və fiziki sağlamlığımızı qorumuş oluruq. Gündə beş dəfə axar və təmiz su ilə üzünü-gözünü yuyan adam traxoma xəstəliyinə tutulmaz.