6. 239 dəfə oxunub ,   1 şərh   Çap et

Sual:Dini nigah nədir ? Dini nigah kəsdirmədən əvvəl, ər arvad bir birinə toxuna bilərmi? Belə eliliklərdə problem olurmu?

Cavab:Evlənənlərin bir birinə toxunması, təkbaşına qalması, ancaq nigaha girdikdən sonra caiz olur. Nigah kəsilmədən öncə nə  nişanla, nə üzükle bunlar caiz olar. Nigahı mollanın kəsməsi də nəticəyi dəyişdirməz. Dövvlətin aidiyyəti orqanlarının bagladıkları nikah müqaviləsi mötəbərdir. İmam nigahı, hem rəhmətə və duaya vvəsilə olsun, hem de nigahda istifadə olunan ifadələr və şərtlər yerini tutsun deyə əlavə olaraq ediləbilər. Keçmişdə nigahı dövlətin təyin etdiyi mollalar kəsərdi və evlənənlərin əlinə möhürlü kəbin kağızı verərdilər. Bir problem çıxdıqda da qaziyə,yəni məhkəməyə müraciət olunurdu.

Günümüzdə bu adət davam etdirilir. İnsanlar toy ərəfəsi baş başqa adətləri ifa etdikləri kimi bunu da davam etdirərlərsə gözəl olar. Nigahı bağlayan molla da onlara gözəl bir öyüd nəsihət verər, dua edər.




1 şərh yazılıb
  1. Mehman , 30/01/2014 tarixində, saat 18:01

    Salam Aleykum, mən şərh yox sual vermək istəyirəm, mən yoldaşımla 8 ildir evliyik və 2 evladımız var,bizim rəsmi nigahımız var amma kəbinimiz yoxdur,yəni dini yolla kəbinimiz yoxdur,yoldaşım və evladlarım mənə indi dinimizə görə haram sayılabilərmi,və gec də olsa kəbin kəsdirsəm mənim bu cahilliyim bağışlanabilərmi,öncədən təşəkkürümü bildirirəm,Salam Aleykum.

Şərh yaz