472 dəfə oxunub ,   0 şərh   Çap et

Günah insanın daxili aləmində deformasiyaya səbəb olur. Hər bir günah içində küfrə gedən bir yol var. O günah, istiğfarla qısa zamanda təmizlənməsə, qurd deyil, bəlkə kiçik, mənəvi ilan olaraq qəlbi sancar, zəhərləyər.

وَمَنْ يَعْمَلْ سُوءًا أَوْ يَظْلِمْ نَفْسَهُ ثُمَّ يَسْتَغْفِرِ اللَّهَ يَجِدِ اللَّهَ غَفُورًا رَحِيمًا

“Kim pis bir iş görər və ya özünə zülm edər, sonra da Allahdan bağışlanma diləyərsə, Allahın bağışlayan və mərhəmətli olduğunu görər.” (Nisa 4/110)

اِنَّمَا التَّوْبَةُ عَلَى اللّٰهِ لِلَّذينَ يَعْمَلُونَ السُّوءَ بِجَهَالَةٍ ثُمَّ يَتُوبُونَ مِنْ قَريبٍ فَاُولٰئِكَ يَتُوبُ اللّٰهُ عَلَيْهِمْۜ وَكَانَ اللّٰهُ عَليمًا حَكيمًا

“Allahın qəbul etdiyi tövbə yalnız nadanlıqla pis bir iş görən, sonra da dərhal tövbə edənlərin tövbəsidir. Allah onların tövbəsini qəbul edər. Allah hər şeyi biləndir, hikmət sahibidir.” (Nisa, 4/17)

وَالَّذينَ اِذَا فَعَلُوا فَاحِشَةً اَوْ ظَلَمُوا اَنْفُسَهُمْ ذَكَرُوا اللّٰهَ فَاسْتَغْفَرُوا لِذُنُوبِهِمْۖ وَمَنْ يَغْفِرُ الذُّنُوبَ اِلَّا اللّٰهُۖ وَلَمْ يُصِرُّوا عَلٰى مَا فَعَلُوا وَهُمْ يَعْلَمُونَ اُولٰئِكَ جَزَاؤُهُمْ مَغْفِرَةٌ مِنْ رَبِّهِمْ وَجَنَّاتٌ تَجْري مِنْ تَحْتِهَا الْاَنْهَارُ خَالِدينَ فيهَاۜ وَنِعْمَ اَجْرُ الْعَامِلينَۜ

“O (müttəqilər) ki, bir günah işlədikləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb günahlarının bağışlanmasını istəyərlər. Günahları Allahdan başqa kim bağışlaya bilər? Onlar etdikləri əməllərdə (günahlarda) biləbilə israr etməzlər. Onların mükafatı Rəbbi tərəfindən bağışlanmaq və (ağacları) altından çaylar axan cənnətlərdir. Onlar orada əbədi qalacaqlar. (Yaxşı) əməl sahiblərinin mükafatı nə gözəldir!” (Ali İmran 3/135-136)

إن العبد إذا أخطأ خطيئة نكتت في قلبه نكتة سوداء فإذا هو نزع واستغفر وتاب صقل قلبه وإن عاد زيد فيها حتى تعلو قلبه وهو الران الذي ذكر الله { كلا بل ران على قلوبهم ما كانوا يكسبون}

İnsan bir günah işlədikdə qəlbində qara bir nöqtə, ləkə əmələ gələr. O günahı tərk edib, tövbə-istiğfar edərsə, qəlbi cilalanar, təmizlənir. Əgər təkrar günah işləyərsə, bu qara ləkə daha da çoxlar və  (günahların işlənməsinə paralel olaraq) qəlbin hər tərəfini sarmağa başlayar. Quranda كَلَّا ۖ بَلْ ۜ رَانَ عَلَىٰ قُلُوبِهِمْ مَا كَانُوا يَكْسِبُونَ  Xeyr! Əksinə, qazandıqları günahlar onların qəlblərini bürümüşdür (kirlətmişdir).” (Mütaffifin, 83/14) ayəsi ilə buna işarə edilmişdir.” (Tirmizi, Təfsir, 75)

Günah insanın daxili aləmində deformasiyaya səbəb olur. Hər bir günah içində küfrə gedən bir yol var. O günah, istiğfarla qısa zamanda təmizlənməsə, qurd deyil, bəlkə kiçik, mənəvi ilan olaraq qəlbi sancar, zəhərləyər.

Misal üçün, utandıracaq, üz qızardacaq bir günahı gizlin edən şəxs, başqa adamların xəbərdar olmasından, bilməsin utandığı, qorxduğu zaman, mələklərin və ruhanilərin varlığı ona çox ağır gəlir.

Məsələn, Cəhənnəm əzabını nəticə verəcək böyük günah işləyən bir adam, Cəhənnəmin təhdidini eşitdikcə istiğfarla ona qarşı cəbhə almazsa, bütün ruhu ilə Cəhənnəmin yoxluğunu arzu edər, kiçik bir işarə və bir şübhə, Cəhənnəmin inkarına cəsarət verir.

Bir başqa misal verək, fərz namazını qılmayan və qulluq vəzifəsini yerinə yetirməyən bir adam, iş çoxluğu, tənbəllik və ya idarəçinin sıxışdırması ilə öz-özünə, “kaş bu ibadət olmasaydı”-deyər! Bu istək, mənən inkar arzusu oyandırar. Əgər şübhə böyüyüb qəlbə yerləşsə, sanki qəti dəlilmiş kimi ona yapışar, beləliklə həlak qapısı önünə açılar. Bədbəxt adam bilmir ki, namaz kimi insanı ucaldan bir ibadət nəfsinə ağır gəldiyi üçün tərk etməyə qarşılıq, inkar edərsə minlərlə dərd-sıxıntı onu saracaq. Yağışdan qaçıram deyib yağmura düşər.  

Allah qorusun, iman əsaslarından birini inkar etmək insanı imansız edər, küfrə düşürər.




Şərh yaz