“Xöşbəxlik…xöşbəxtlik…xöşbətlik…” yarımçıq qalmış, davamı gəlməyən şerin ilk sətirləri.
İçində yaşadığımız bu dövrdə hər kəs bu həyatdan şikayətçi. Yalan olmasın üzü gülən, sevincli insan görmək çətindir. İçi biz daxil eləyik, kimsə gülmür. Hər kəs beynini məşğul edən dərd və çətinliklər ilə dolaşıb durur.
1974-cü ilk dəfə Herbert Freudenberger tərəfindən adı qoyulan bir xəstəlik var. Daha sonra Ümum Dünya Səhiyyə Təşkilatı tərəfindən xəstəliklər siyahısına da daxil edilmişdir: tükənmişlik sindromu, emosional yanma, burn out, эмоциональное выгорание. Əsas əlamətləri yorğunluq, xəyal qırıqlığı, işdən soyuma, ümidsizlik, bədbinlik, özünü dəyərsiz hiss etmək, yuxusuzluq, diqqət dağılması, unutqanlıq və s.
Emosional yanma sindromu[1] özündən, həyatdan və digər insanlardan gözləntiləri yüksək olan, insanlara əhəmiyyət verən, onların ehtiyaclarını qarşılamağa çalışan, insanlara dəyər verən, işini ən yaxşı şəkildə etməyə çalışan, həyatda yüksək hədəfləri və yüksək idealları olan, etdiyi işə gəlir gətirən bir hadisə olması ilə yanaşı başqa mənalar da yükləyən, yaşadığı hər problemdə özünü günahlandırmağa və özünü mənfi qiymətləndirməyə meyilli, insanlara asanlıqla xeyir, yox deyə bilməyən, ümidləri tez qırılan insanlarda daha çox görülür.
Digər tərəfdən insanlar yaşadığı həyatdan bezmiş, tükənmiş hala gəlir. İnsanlardan qaçmağa, uzaqlaşmağa çalışır. Tək yaşayan, tənha yaşayan insan ilə yalnız yaşayan insan eyni məfhumlar deyil. Yalnız insan, insanlardan uzaqlaşan insandır.
Bəzən həyatdan bezib, tükənmişlik yaşayan bu cür insanlar intihar etməyi belə düşünürlər. Bu şəkildə hər cür yükdən qurtulmağa düşünürlər.
Bunun altında yatan ən böyük səbəb nədir? “Bu dünyada əsl var olma qayəmizin nə olduğunu unutmaq” desək yanılmarıq. Həyatın qayəsini, insanın vəzifəsini bilmirik. Bu qədər gözəl bəzədilmiş, hər şey bir növ bizim üçün, insan üçün işləyən dünyada əsl məqsəddən çox yayınmışıq. Yerində istifadə etmədiyimiz üçün ruh maşınımız xarab olur, düzgün işləmir. Bunun yerini də dərd, kədər, sıxıntılar, “çətinliklər”, ümidsizliklər doldurur. İnsan bu dünyaya nə üçün gəldiyini unudunca yaşama sevinci də əlindən çıxır.
Bir də məsələnin pərdə arxasından baxaq. Xoşbəxtlik nədir? Rahat ev, gözəl yemək, musiqi, əyləcə, oyun. Budurmu həyatın qayəsi? Buna xoşbəxtlik demək olarmı? Bunlara sahib olan, hətta şəxsi lüks yaxtaları olan şəxslərin həyatına nəzər salsaq, onların belə xoşbəxt olmadıqlarını görürük.
Sanatoriya, idman, parkda gəzmə, əylənmək, fərqli yeməklər yemək, qrup halında domino və s oynamaq, saatlarla sosial mediada gəzinmək (Tik-tok, Youtube və s); çipsi ilə filim izləmək; yatmaq; saxta, içi boş özkimilərlə “əylənmək, gülmək.” Bütün bunların hamısı insanın bədəni ilə əlaqədar şeylərdir. Ruhumuz xəstədir, ancaq biz bədənimizə yatırım edirik.
Bu dünyada varoluş qayəm nədir?
Uca Allah hər bir varlığı fitrət toxumu yerləşdirmişdir. Qaz balası yumurtadan çıxınca suya tərəf gedir. Digər bir çox canlıda da bu şəkildədir. İnsana da dərc olunmuş fitrət çəyirdəyi isə Allahı tanımaq və bilməkdir. وَمَا خَلَقْتُ الْجِنَّ وَالْإِنْسَ إِلَّا لِيَعْبُدُونِ “Cinləri və insanları yalnız Mənə ibadət etsinlər deyə yaratdım.” (Zariyət 51/56.)
Bütün kainatın qayəsi insanı yaşatmaq, insanın da qayəsi Allahı tanımaq, Ona iman etməkdir.
Bir şey yaradılma, var olma məqsədi nə qədər ifa edərsə, o nisbətdə də qiymətlidir. Lampa işıq verirsə dəyərlidir, ancaq yanmasa çıxarıb atarıq. Qiymətdən düşər. Insanın da dəyəri imanı, Allaha intisabı, Ona güvəni nisbətindədir.
وَمَنْ أَعْرَضَ عَنْ ذِكْرِي فَإِنَّ لَهُ مَعِيشَةً ضَنْكًا وَنَحْشُرُهُ يَوْمَ الْقِيَامَةِ أَعْمَى قَالَ رَبِّ لِمَ حَشَرْتَنِي أَعْمَى وَقَدْ كُنْتُ بَصِيرًا قَالَ كَذَلِكَ أَتَتْكَ آَيَاتُنَا فَنَسِيتَهَا وَكَذَلِكَ الْيَوْمَ تُنْسَى
“Kim Zikrimdən (Qurandan) üz çevirərsə, şübhəsiz, onu (bu dünyada) məşəqqətli bir həyat gözləyir və qiyamət günü onu kor olaraq həşr edəcəyik. (Kor olaraq həşr olunan kəs) belə deyəcək: ‘Ey Rəbbim! Nə üçün məni kor olaraq həşr etdin? Halbuki mən (dünyada ikən) görürdüm.’ Allah deyəcək: ‘Elədir! Sənə ayələrimiz gəlmişdi, ancaq sən onları unutdun. Sən də bu gün eyni şəkildə unudulursan’.” (Taha 20/124-126)
İnsan fitrətinin şüurlu yanı olan vicdan, səadəti- əbədiyəyə, axirət yurduna baxar, onu göstərər. Bəli, kim öz oyanmış vicdanını səsini dinləyərsə, “Əbəd, əbəd!” səsini eşidəcəkdir. Bütün kainat o vicdana verilsə, əbədi həyatın qarşılığı olan ehtiyacının yerini doldura bilməz. (Əl-Kəlimat, 522)
İnsanın yardılış qayəsinin ən uca nöqtəsi Allaha imandır. Bəşəriyyət içərisində ən ali məqama ucalanlar iman pəncərəsindən baxaraq Allahın həqiqi mənada tanıyanlardır. Məsuliyət sahibi iki varlıq cin və insanların həyatda ikən əldə edəcəkləri ən gözəl nemət Allah sevgisidir. İnsan ruhu üçün ən xalis xoşbəxtlik və qəlbi üçün ən saf sevinc, o sevgi içindəki ruhani ləzzətdir.
Bu dünyada həqiqi səadət, şirin nemət və saf ləzzət, əlbəttə Allahı tanımaqda (mərifətullah), Ona sevgi ilə (muhabbətullah) bağlanmaqdadır. İman bu iki qanaddan məhrum yaşaya bilməz. O, manqalda yanan köz kimidir, bəslənməzsə sönər, ya da əriyib kül olar, gedər. Allahı tanıyan və sevən şəxs maddi mənəvi nemətlərə məzhər olar. Onu həqiqi mənada tanımayan, sevməyən şəxs isə, həmişə maddi-mənəvi çətinliklərdən şikayət edər, əziyyət çəkər, qorxular içində qıvrılır. İnsan sahibini tanıyıb, ona güvəndiyi nisbətdə min bir təhlükənin qol gəzdiyi dünyada, arxayın dolaşar, harada olmasına baxmayaraq firavan həyat yaşayar.
İçində yaşadığımız qalmaqallı dünyada insan bütün dünyanın sərvətinə sahib olsa da nə dəyəri olar? Kəfənin cibi olmur. Ölümlə hər şey əldən çıxır. Demək elə bir həyat yaşmalıyıq ki, ölümü də gülə-gülə qarşılyaq. Bax budur, imanla insan bu dünyadan köçərsə hər kəs onun başı üstündə ağlayar, o isə gülər.
Çox insan Allahı tanımadan bilmədən ibadət edir. Ancaq Quranın ilk əmri “Oxu”-dur. İman etmədən Allahı tanıya bilmərik. Marifətullahdan öncə iman gəlir. Ancaq Allahı tanımadan da Ona məhəbbət, sevgi olmaz. İnsan da bir şeyi sevməyə başlayınca onun sevgisini qazanmaq üçün nə edə bilərəm sualını özünə verər. Min bir neməti bizə ikram edərək özünü bizə sevdirən Rəbbimizin sevgisini qazanmağın yolu da ibadət etməklə əldə olunar.
Burada bir dövrü-daim əmələ gəlir. Tanıdıqca daha çox sevirik, sevdikcə də daha çox tanımaq istəyirik. Məsələn, insan nişanlılıq dövründə evlənəcəyi şəxsi hər dəfə tanıdıqca ona bağlılığı daha da artır. Artdıqca da daha çox sevməyə başlayır. İnsan, anasının özünə qarşı göstərdiyi şəfqət qarşısında onu sevir, ona bağlanır.
“Allah, rəhmətini yüz paya ayırdı. Doxsan doqquz payını Öz nəzdində saxladı, bir payını da yer üzünə endirdi. Varlıqlar bu bir parça rəhmət səbəbi ilə bir-birinə acıyar. Hətta heyvanlar, balasının üzərinə basacaq qorxusu ilə ayağını çəkib qaldırar.” Başqa rəvayətdə isə belə buyurulur: “Uca Allah rəhməti yüz hissədir. Bunlardan birini insanlar, cinlər, heyvanlar və həşəratlar arasına endirib. Onlar bu səbəblə bir-birlərini sevər və bir-birlərinə acıyarlar. Vəhşi heyvan balasına bu səbəblə şəfqət göstərir. Allah, o doxsan doqquz rəhməti qiyamət günü qullarına mərhəmət etmək üçün yanında saxlamışdır.” (Buxari, ədəb 19; Müslim, Tövbə 17, 19 bax. Tirmizi, Dualar 99; İbn Macə, Zöhd 35
Hədisdən öyrənirik ki, anamıza bu şəfqət duyğusunu verən Rəbbimizdir. O bizə anamızdan da mərhəmətlidir. Ona sevgimiz bir qat daha artır. Meyvəyə baxırıq şüursuz, odun olan ağac bizə dadlı, ətirli, faydalı meyvə verir. Nemətdən həqiqi Münimə, o neməti bizə verən Əsl Sahibinə yönəlirik.
İnsan tanımadığı bir əlin onun başını oxşadığını hiss edərsə narahat olar. Ancaq başımızı oxşayan anamız olarsa o zaman məsələnin rəngi dəyişər. Bəli, anamız bizim başımızı sığallayır, əslində bizim başımızı sığal çəkən rəhməti sonsuz Rəbbimizdir. Eləcə də uşaq vaxtı yediyimiz şillədən sonra da anamızın sinəsinə qısılır, orada ağlayarıq. Çünki onun bizə qarşı sevgi və şəfqəti var. Bunun kimi həyatda qarşılaşdığımız çətinliklər, xoşumuza gəlməyən hadisələr, faciəvi mənzərələrin də bir hikməti var. dünya imtahan yurdudur. Heç kimsə məxluqatına qarşı Allahdan daha çox mərhəmətli ola bilməz. Hər şeyin bir hikməti var. O hadisə içərisində bizim üzərimizə nə məsuliyyət düşür onu gücümüz çatan nisbətdə yerinə yetirməkdir. Həm özümüzün, həm də digər insanları qarşılaşdığı problemlərə bu gözlə baxarsaq hadisələrin rəngi də dəyişər.
Gəlsə calalından cəfa,
Yaxud camalından vəfa,
İkisi de cana səfa,
Narın da xoş, nurun da xoş,
Qəhrin də xoş, lütfün da xoş. (Yunis Əmrə)
Piri Muğan şam dağında tələbələri ilə dolaşırkən gözü bir çiçəyə ilişir. Gözləri yaşlı bu kəlmələr tökülər dilindən: “Baxın, gözəl Rəbbim bizi sevdiyi üçün, yenə bizim xoşumuza gedən bu gözəllikdə çiçək yaradıb, Onu sevək deyə.” Bu baxış bucağı çox önəmlidir. Hər gün gördüyümüz günəş işıqları prizmadan keçərkən sınır, gözümüzdə adiləşən günəşin şüası bu səfər fərqli gözəlliyi bürünür, ondan zövq alırıq.
Almanı alma kimi görüb yesək, o zaman bir mənası olmur. Heyvan da bizim aldığımız cismani ləzzəti alır. Ancaq insan almadan Münimə ( onu bizə bəxş edən Rəbbə) gedərsə işin şəkli dəyişər. Qış vaxtdır, xəstələnirik. Həkimə gedirik deyir ki, bol-bol vitamin qəbul etməlisən. Təbii vasitələrə üzr tuturuq. Ən ucuzu, bol olanı almadır. Düşünün ki, alma qara rəngli, kələ-kötür, dadsız, qoxusuz bir şey olsa ondan nə qədər yeyərdik. Hər halda bir-iki dişlək alar, bugünkü vitamin ehtiyacımı aldım deyərək yeməzdik. Eynisini mandarinə, portağala da bağlamaq olar. Sual yaranır: Niyə Allah Təala bu meyvələri ətirli, rəngarəng, xüsusi formada, içində min bir fayda dərc edərək və yeməklə doymayacağımız gözəlliklər ilə yaradıb?! Özünü tanıtmaq və sevdirmək üçün.
İnsanın da yaradılma qayəsi Allahı tanımaq, bilmək, iman etmək olduğu üçün ancaq imandan gələn ləzzətlər ilə könlü rahat olur/olar.
الَّذِينَ آمَنُواْ وَتَطْمَئِنُّ قُلُوبُهُم بِذِكْرِ اللّهِ أَلاَ بِذِكْرِ اللّهِ تَطْمَئِنُّ الْقُلُوبُ
“Onlar iman gətirən və Allahı zikr etməklə qəlbləri rahatlıq tapan kimsələrdir. Bilin ki, qəlblər (ancaq) Allahı zikr etməklə rahatlıq tapar.” (Rad 13/28)
Ləzzət almaq, sevinc, xoşbəxt olmaq arzusunu maddi şeylər arasında axtarmaq bihudə, mənasız çırpınışdır. Bəzi insanlar bədəninə qulluq adına bir xeyli məsrəf edir. Döymə, tatu etdirir; sırğa taxmaq üçün qulağın altına, üstünə, burnuna, qaşına dəlik açdırır; bədəni bronzlaşdırmaq, saçının fərqli şəkillərdə boyamaq üçün pul xərcləyir. Saçı düz olan saçının buruq olmasını istəyir, buruq olan düzləşdirir. Estetik əməliyyatlar da ayrı mövzudur. Günün modasına görə geyinmə, paltar ilə ayaqqabının rənginin eyni olması (Afrikada kola şüşəsindən ayaqqabı düzəldib geyinirlər), marka geyinmək, ona görə çanta, aksesuar, ən son model telefon, və s… hər kəs maddi imkanı nisbətində maddi ləzzətlərin arxasınca qaçır. Heç biri ilə insan ruhu, qəlbi aram tapa bilmir, bilməz də. Yuxarıda qeyd etdik ki, yaradılan hər şeyin ləzzət alacağı şeylər onların fitrətlərinə yerləşdirilib. İnsanın da ləzzət ala biləcəyi şeylər mənəvi şeylərdir. Allah xatir kimə isə yardım edərkən, ağlayan insanın göz yaşını silərkən aldığımız ləzzətin, sevincin həddi-hüdudu olmur, olmaz da.
Nəticə. Hər bir insan bu dünyada xoşbəxt olmaq üçün can atır. İnsanın xoşbəxtliyi də imanda, Allaha bağlılıqda yatır. Allah hər bir şeyə fitrət toxumu yerləşdirib. İnsan fitrətinə də əkilən toxum ibadət etmək, Allaha qulluq etmək, Onun istədiyi, cızdığı kimi həyata yaşamaqdır. İnsan bu cizgidən ayrılıb başqa şeylərin ardına düşüncə xoşbəxtliyi də əlindən qaçır. Saxta xoşbəxt edici şeylərin ardınca qaçır. Və bir gün yorulur. Vaxt var ikən itirdiyimiz xöçbəxtliyi axtaraq tapaq.
[1] Emosional yanma haqqında daha ətraflı məlumatı buradan oxuya bilərsiniz. https://az.wikipedia.org/wiki/T%C3%BCk%C9%99nmi%C5%9Flik_sindromu
http://pcc.az/blog/?p=82
Bu səpkidə yazılmış bir digər yazımız: https://www.meneviyyat.az/qelb-huzuru/
Qəlb hüzuru, daxili rahatlığı əldə etmək hər bir insanın həyatının qayəsidir. Daxili hüzuru əldə etmək maddi imkanlara sahib olmaq deyildir. Daxili hüzur baqşqalarına faydalı olmaq, sahib olduğu şeylərə qane olmağa bağlıdır. İnsan onu məşğul edən problemlərdən qaçaraq deyil, onları çözərək hüzuru əldə edə bilər.