7. 340 dəfə oxunub ,   0 şərh   Çap et

Ramazan orucunun fəziləti haqqında ayə və hədislər

“Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə fərz buyurulduğu kimi, sizə də fərz buyuruldu ki, (bunun vasitəsilə) pis əməllərdən çəkinəsiniz! (Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir. (Bu günlərdə) xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyduracaq qədər fidyə verməlidirlər. Kim fidyə miqdarını artırarsa, bu onun üçün daha yaxşı olar. Bilsəniz, oruc tutmaq sizin üçün nə qədər xeyirlidir! İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) Ramazan ayında nazil edilmişdir. Aya (Ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tuta bilmədiyi günlərin sayı qədər başqa günlərdə tutsunlar. Allah sizin üçün çətinlik deyil, asanlıq istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona təzim və şükür edəsiniz.” {“Bəqərə” surəsi,2/183-185}

 Əbu Hüreyrənin (r.a.) nəql etdiyinə gorə, Allah Rəsulu (s.ə.s.) belə buyurmuşdur:

“Qudrətli və Cəlil Allah: “Adəm oğlunun, yəni oruc istisna olmaqla, hər bir əməldə insanın özü üçün ləzzət və mənfəət düşüncəsi vardır. Oruc isə xalis niyyətlə Mənim rizam üçün tutulur, onun savabını da məhz Mən verirəm,” – buyurmuşdur. Oruc (oruc tutanı nəfsani arzu və həvəslərdən qoruyan) bir qalxandır. Oruclu olduğunuz gün pis söz danışmayın və kobud davranmayın. Əgər biri sizi söysə və ya sizinlə münaqişə etməyə cəhd gostərsə, “Mən orucluyam” deməklə kifayətlənin. Məhəmmədin (s.ə.s.) canı qüdrət əlində olan Allaha and olsun ki, oruclunun ağız qoxusu Allah qatında müşk ətrindən daha xoşdur. Oruclunun iki sevinç və həyacan anı var: biri, orucunu açdığı əsnada aldığı ləzzətdir. Digəri də Rəbbinə qovuşarkən orucunun əvəzini (gözlənilməz şəkildə) gorub sevincə qərq olduğu andır.” [Buxari, Savm 9; Müslim, Siyam 163]

İmam Buxarinin qeyd etdiyi başqa bir rəvayət isə belədir: “Uca Alllah buyurdu: “Oruclu yeməyi, içməyi və şəhvani arzuları sırf Mənim üçün tərk edir. Oruc xalis niyyətlə Mənim rizam üçün tutulur, onun savabını da məhz Özüm verirəm. Hər yaxşılığa on qat savab verəcəyimi bəyan etmişəm, amma orucun mukafatını məhz dilədiyim kimi verəcəyəm”. [Buxari, Savm 3]

Müslimin qeyd etdiyi digər rəvayətə gorə isə, Allah Rəsulu (s.ə.s.) belə buyurmuşdur:

“İnsanın hər bir (yaxşı) əməlinə qat-qat savab yazılır. Xeyir niyyəti ilə edilən bir yaxşılığa ən az on misil savab yazılır, bu ta yeddi yuz qata qədər çıxır. Allah-Təala Həzrətləri (bir qudsi hədisdə) belə müjdə verir: “Bu qayda oruca aid deyildir. Cunki o, sırf Mənim üçündür, Mən də onu (dilədiyim kimi)  mükafatlandıracağam.Qulum Mənim rizam üçün şəhəvi istəklərini, yeməyini tərk etdi. Oruclunu sevindirən iki sevinç və həyacan anı var: biri orucunu açarkən aldığı ləzzətdir. Digəri isə Rəbbinə qovuşarkən orucunun mukafatını (gözlənilməz şəkildə) görub sevincə qərq olduğu andır. Oruclunun ağız qoxusu Allah qatında müşk-ənbər ətrindən daha xoşdur”. [Müslim, Siyam 164]

Əbu Hureyrə (r.a.) Allah Rəsulunun (s.ə.s.) belə buyurduğunu nəql edir:

“Kim Allah rizası üçün (mulkundən iki mal (inək, camış), iki qoyun və s.) cüt sədəqə versə, Cənnətin qapılarına “Ey Allahın (rizasını qazanmış) qulu, bu qapıya gəl, burada xeyir və ehsanla qarşılanarsan” sözləri ilə dəvət ediləcək. “Namazları iqamə edib onunla bütünləşənlər Namaz qapısından, (ömrü Haqqa xidmət yarışında keçirən) mucahidlər Cihad qapısından, Allah üçün aclığa, susuzluğa dözən oruc əhli Rəyyan qapısından, daim xeyirxahlıq edən infaq qəhrəmanları da Sədəqə qapısından (Cənnətə) dəvət ediləcək”.

 Əbu Bəkir (r.a.) bu müjdəni eşidəndə soruşdu: “Anam-atam Sənə fəda olsun, ya Rəsulallah! O qapıların birindən dəvət alıb Cənnətə girənin digər qapılara ehtiyacı olmasa da, Cənnətin bütün qapılarından dəvət edilən müstəsna insanlar varmı?”

 Allah Rəsulu (s.ə.s.) cavab verdi: “Əlbəttə, var və inşallah, sən də o bəxtəvərlərdən olarsan,” – buyurdu”. [Buxari, Savm 4; Muslim, Zəkat 85]

Əbu Səid əl-Xudri (r.a.) Allah Rəsulunun (s.ə.s.) belə buyurduğunu nəql edir:

“Elə bir qul yoxdur ki, Allah yolunda (Onun rizası üçün) bir gün oruc tutsun, Allah da həmin oruca görə onun üzünü yetmiş illik məsafədə olan Cəhənnəmdən uzaq etməsin”. [Buxari, Cihad 36;

Muslim, Siyam 167]

 Əbu Hureyrənin (r.a.) rəvayət etdiyinə görə, Allah Rəsulu (s.ə.s.) belə buyurmuşdur:

“Ramazan ayının başlanması ilə Cənnətin bütün qapıları tayba-tay açılır, Cəhənnəmin qapıları arxadan bağlanır və şeytanlar zəncirə vurulur”. [Buxari, Savm 5; Muslim, Siyam 1]

Əbu Hüreyrə (r.a.) Allah Rəsulunun (s.ə.s.) belə buyurduğunu nəql etmişdir:

“Ramazan ayının hilalını görəndə oruca başlayın. Növbəti ayın – Şəvvalın hilanı görəndə də orucu yekunlaşdırıb bayram edin.Əgər Ramazanın ilk günü hava buludlu olduğuna görə hilalı görə bilməsəniz, bu zaman əvvəlki ayı – şabanı otuz günlə tamamlayıb oruca başlayın”.

Muslimin rəvayətində də bu əlavə vardır: “Əgər hava tutqun olduğuna görə bayram üçün gözlədiyiniz hilal Şəvval* ayının başında görünməzsə, Ramazan ayını otuz günə tamamlayaraq oruc tutun.” [Buxari, Savm 11; Muslim, Siyam 4]

 İbn Abbasın (r.a.) nəql etdiyinə görə, Allah Rəsulu (s.ə.s.) belə buyurmuşdur:

“Ramazan ayından (bir ya da iki gün) əvvəl oruc tutmayın.Ramazan ayının hilalını görən kimi oruca başlayın. Növbəti ayın – Şəvvalın hilalını görəndə də orucu qurtarıb bayram edin. Hilalı görməyə bulud mane olarsa və hava tutqun keçərsə, orucu otuz günlə tamamlayın”. [Tirmizi, Savm 5]



Açar sözləri

Ramazan

Bənzər məqalələr

Qəza orucuna niyyət

Qəza, kəffarə və müəyyən vaxta bağlı olmayan nəzir orucları üçün gün batdıqdan etibarən ən gec imsak vaxtına qədər niyyət etmək lazımdır. Nafilə və Ramazan ayında tutulan oruc üçün niyyət bir qədər fərqlidir.

Şəvval yoxsa, qəza orucu?!

Kim Ramazan ayını oruclu keçirər və arxasınca şəvval ayından altı gün oruc tutarsa bütün ili oruc tutmuş kimi olar.

Rabbani olmaq

Quranı Kərimdə keçən rabbaniyyun rabbani sözünün cəmidir və mənşəyi rabbi sözünə əsaslanır. Rabbi, “Rəbbin ardınca gedən” deməkdir; Rabbani dedikdə, Rabbi tanıyan və ona itaət edən şəxs nəzərdə tutulur.

Peyğəmbərimizin etikafı

Etikaf kişilərin əzan və iqamə oxunan, yəni camaatla beş vaxt namaz qılınan məsciddə, qadınların isə evin namaz otağında və ya otağın bir küncündə etikaf niyyəti ilə bir müddət gözləməsi, oturmasıdır.

Etikaf

Həzrət Peyğəmbər (s.ə.s) Mədinəyə gəldikdən sonra vəfatına qədər Ramazan ayının son on günündə etikafa girərdi. Buna görə etikaf Allah Rəsulunun (s.ə.s) önəmli sünnətlərindən biridir.


Şərh yaz