7. 819 dəfə oxunub ,   0 şərh   Çap et

Sual:Ramazan ayında tutulmayan orucların qəzası mütləq növbəti Ramazana qədər tutulmalıdırmı?

Cavab: Ramazan orucunun qəzasının üzr olsun və ya olmasın ömür boyu tutulması mümkündür. Lakin buna baxmayaraq, şübhəsiz ki, imkan daxilində ən tez müddətdə tutulması müstəhəbdir. Bundan başqa, şafeilərə görə, qəzaya qalan bir oruc gələn ramazana qədər qəza edilməlidir. Əks təqdirdə bu ramazan ayından sonra həm orucun qəzası edilməli, həm də fidyə verilməlidir. Onu da qeyd etmək lazımdır ki, fəqihlərin əksəriyyətinə görə, oruc qəzası olan şəxs vaxt darlığı, xəstəlik, yolçuluq və ya həddən artıq yaşlılıq kimi bir üzr səbəbilə orucunu qəza edə bilmədən ölərsə, bu oruc borcu onun boynundan düşmüş sayılır. Çünki bunda onun hər hansı qəbahəti yoxdur.

Dr. Anar Qurbanov




Şərh yaz