2. 314 dəfə oxunub ,   0 şərh   Çap et

Sual: İnsana verilən maraq hissi müasir dövrdə daha çox gündəlik xəbərlər, siyasi mübahisələr, məşhurların həyatı və s. kimi mövzulara yönəldilir. Maraq hissinin verilməsində hikmət nədir? Bu hisdən necə düzgün istifadə etmək olar?

Cavab: Maraq hissi gerçəyi tapma arzusunu, həqiqət eşqini, araşdırma şövqünü hərəkətə gətirən mühüm faktordur. İnsan bu qədər mühüm amili gərək ali və yüksək qayə üçün istifadə etsin. Yaxşı bəs, insanın ən yüksək və ən ali qayəsi nədir, nə olmalıdır? Məncə, bu qayə onu yoxdan var edən, onu əşrəfi-məxluqat ünvanı ilə şərəfləndirən, dünyanı Cənnətin dəhlizitək önünə sərən, ilahi əsma ilə kainatı bəzəyib axirətin tarlasına çevirən, doğru rəhbərlər göndərərək gözündəki pərdəni götürən və hər şeyi aydın görməsini təmin edən Zati-Əcəlli-Alanı tanımaqdır. Bu səbəbdən insan bir ömür boyu dayanmadan maraq hissi ilə bikəmu-kəf (kəmiyyət və keyfiyyətdən uzaq) Zati-Üluhiyyəti tanımağa can atmalıdır.

Zati-Barini dərk etmək mümkün deyil

Rəsuli-Əkrəmin (sallallahu əleyhi və səlləm) bu bəyanı mühüm əhəmiyyət kəsb edir: “Cənabi-Allahın nemət və qüdrət əsərlərini təfəkkür edin! Amma zinhar Zati-Barini təfəkkür etməyə cəhd göstərməyin, çünki insan Onu dərk edə bilməz” (ət-Təbərani, əl-Mücəmül-övsat 6/250). Ola bilsin ki, bəzi insanlar vicdan ənginliyi, ihsas və ihtisas dərinlikləri ilə bikəmu-kəf Zatı müəyən qədər hiss etsin. Ancaq bu həqiqətlər hər kəsə şamil edilməməlidir. Bu baxımdan insan gərək Allah Rəsulunun təyin etdiyi hüdudlara riayət edib əsma və sifət dairəsindən kənara çıxmasın. Çünki “Gözlər Onu əhatə edə bilməz, O isə bəsar və bəsirəti ilə hər şeyi əhatə edəndir” (“Ənam”surəsi, 6/103) ayəsində də deyildiyi kimi Zati-Barini dərk etmək mümkünsüzdür. O, hər şeydən üstündür, çünki O, mühitdir (hər şeyi əhatə edən). Mühit isə muhat (dövrəyə alınmış, hər tərəfi əhatə olunmuş) ola bilməz. Madam ki hər şeyi əhatə edən Odur, əhatə edilən əhatə edəni əhatə edə bilməz. Bu nöqteyi-nəzərdən insan gərək nəyi, necə, nə qədər öyrənə biləcəyini bilsin və hər kəsə açıq olan sahələrdən kənara çıxmasın.

İnsan tanıdıqca sevər, sevdikcə daha da tanımaq istər

İnsan həyatının qayəsi olan bu uca həqiqəti Bədiüzzaman Həzrətləri bu ifadələrlə diqqətə çatdırır: “Unutma ki, xilqətin ən yüksək qayəsi və fitrətin ən uca nəticəsi imanı-billahdır (Allaha imandır). Və insaniyyətin ən ali mərtəbəsi və bəşəriyyətin ən böyük məqamı imanı-billahdakı marifətullahdır (Allahı tanımaqdır). Cin və insin ən parlaq səadəti və ən şirin neməti o marifətullahdakı muhabbətullahdır (Allah sevgisi). Və bəşər ruhu üçün ən xalis sürur (sevinc) və insan qəlbi üçün ən saf sevinc o muhabbətullahdakı zövqi-ruhanidir (ruhani həzlərdir)”. Hz. Pir burada imanı-billah, marifətullah və muhabbətullahla yanaşı zövqi-ruhanini də qayə kimi göstərmişdir. Siz bunu dünyada istəyə və ya “Allahım, axirətə saxla!” deyib axirətə saxlanılmasını arzu edə bilərsiniz. Lakin bilkməliyik ki, zövqü-ruhani adi bir məsələ deyil. Nə bilmək olar, bəlkə, sizdə zövqü-ruhani təcəlli etsə, “Həl min məzid” (Daha yoxdurmu?) deyə yeni-yeni araşdırmalara can atacaqsınız.

Cənabi-Allahı lazımi səviyyədə tanısaq, zənnimcə, həyatımızı ona əsasən bina edəcək, daim bu istiqamətə yönələcək, bildiyinmiz və hiss etdiyimiz şeyləri başqalarına da çatdırma həyəcanı ilə oturu-duracağıq. Yəqin ki səhabeyi-kiram və həvariyi-fihamın (səhabə və həvarilər) eşq və həyəcanın bünövrəsində də əngin və dərin marifətullah dayanırdı. Bəli, onlar Allahı dərindən dərk edir, Onu vicdanən çox yaxşı duyub hiss edir, beləcə imanda dərinləşdikcə dərinləşirdilər. Bu iman onlarda elə bir həyəcana səbəb olurdu ki: “Bizdə müxtəlif təcəlliləri ilə təcəlli edən və əks-səda meydana gətirən bir Zatı başqasına necə tanıtdırmayaq!” düşüncəsi ilə daim mənən gümrah olurdular.

Allaha imanla yanaşı, imanın digər rükünləri və İslamın əsaslarını da eyni səviyyədə qavradıqca onlara qarşı ciddi maraq oyanacaq. Məsələn, insan əgər Allahın nəzdində İki Cahan Sərvərinin (əleyhissalatu vəssalam) yerini və Onun açdığı yolun bəşəriyyət üçün nə mənaya gəldiyini maraqlanıb öyrənməyə çalışsa, Onu mahiyyəti-nəfsül-əmriyəsinə (həqiqətinə müvafiq, olduğu kimi) uyğun tanımağa cəhd göstərəcək. Onu tanıdıqca sevgisi, ehtiramı da artacaq və tədricən hər işdə yol göstərən bir rəhbər kimi görəcək.

Bəli, insan iman və İslamın əsaslarını nə qədər bilirsə, onların gözəlliyini və təbiətimizlə ahəngini o qədər aydın görür. Bütün bunları vicdanən duyub hiss edən insan: “Sənə qurban olum, Allahım! Yaxşı ki, bizə Özünü və Peyğəmbərimizi tanıtmısan. Həyati əhəmiyyət daşıyan və Sənə yaxınlaşdıran İslamiyyəti bizə nəsib etmisən. Allahım, Sənə minlərlə həmd-səna olsun!” deyəcək, sonra da Piri-Muğanın “Ayətəl-Kübra”sında keçdiyi kimi “Həlmi məzid” deyib marifət torpağını bir az da qazıb mərifətini artırmağa çalışacaq. Əgər dayanmadan bir quyudan su çəkməyə çalışsanız, zənnimcə çəkdikcə quyunun ağzı açılar, su coşub-daşar. Quyunun suyu coşduqca sizin də həyəcanınız coşar. Beləcə doymaq bilməyən bir eşqlə, şövqlə daha da şahlanar və “Həl min məzid” insanı olarsınız.

Maraq elmin müəllimidir

Maraq hissi kainat kitabını oxumaqda da mühüm rol oyanyır. Hz. Pirin sözü ilə desək, “maraq elmin müəllimidir”. Burada “elm” bu gün işlənən dar mənada deyil, zahiri bilgi, batini mərifət, məhəbbət, daha sonra da eşqu-iştiyaq mənasına gələn elmdir. Dolayısilə Cənabi-Allahın Allah Rəsuluna (sallallahu əleyhi və səlləm) buyurduğu: “Ya Rəbbi! Elmimi artır”, de!” (“Taha” surəsi, 20/114) kəlamında keçən elm mücərrəd mənada əşyanın mahiyyətini bilmə deyil, irfana çevrilən, vicdan kültürünə uzanan, nəticəsi məhəbbətullah, dərinliyi eşq və şövq olan bir məfhumdur. “Maraq elmin müəllimidir” ifadəsini bu mənada anlamaq lazımdır.

Bəzi dünyapərəst insanların da kainat kitabını oxumağa müəyyən mənada marağı olur. Bu hissi təqdirlə qarşılamaq lazımdır. Lakin onlar kainata sırf təbiət qanunları çərçivəsində, naturalist və materialist düşüncə ilə yanaşdıqlarına görə metafizikaya keçə bilmirlər. Ola bilsin ki, onların arasında ruh və mənaya meyilli insanlar da var. Hətta bəziləri özlərini parapsixologiyanın ənginliyinə atır. Məsələn, Qərbdə materializmin geniş yayıldığı bir dövrdə ruh-cin çağırma seansları olduqca məşhur idi. Məşhur Viktor Hüqo belə bu işə ciddi maraq göstərirdi. Zənnimcə “Səfillər”i yaxşı tədqiq etsəniz, mətn altında bunu sezə bilərsiniz. Təkcə Viktor Hüqo deyil, bir çox materialist bu cür fəaliyyətlərlə təsəlli tapmağa çalışmışdır. Ancaq müsbət elmlə məşğul olan bu insanların əksəriyyəti ya rəhbərsizlikdən, ya da mənsubu olduğu din anlayışı onları qane etmədiyinə görə müəyyən məsafə qət edəndən sonra yolda ilişib qalmış və ondan o tərəfə keçə bilməmişlər.

Buna baxmayaraq, kainat kitabını ələk-vələk edən, gedə bildiyi yerə qədər gedən bu insanların səylərini alqışlamamaq mümkün deyil. Onlar arasında ömrünü bir heyvanın həyatını öyrənməyə həsr edən çox insan var. Məsələn, biri 20 il əqrəblərin həyatını araşdırdığını deyir. Başqa biri ömrünü kobranın həyatına öyrənməyə həsr etdiyini etiraf edir. Bütün bunlar marağın nəticəsidir. Ancaq ifadə etdiyimiz kimi, metafizikaya dəyər vermədiklərinə görə araşdırmaları təbiət hüduduna qədər gəlmiş, ondan o üzə keçə bilməmişdir. Onlar heç vaxt əşyanın o üzünə keçə bilməmiş, metafizik düşüncələri tuta bilməmişlər. Qəlb və ruha nüfuz edə bilməmiş, “Görəsən, bütün bunlar öz-özünə, bu qədər mükəmməl necə işləyir?” deyib Həqiqi Fail və Həqiqi Müəssiri tapa bilməmişlər. İnsana verilən sonsuzluq arzusunu, onun əbədiyyətə uzanan istəkləri və digər insani ənginliklərini maddi aləmdə müşahidə etmək mümkün deyil. Demək ki, bütün bunlar ona başqa bir aləmdən gəlmiş və başqa bir aləm üçün verilmişdir. Metafizikadan bixəbər elm adamları və araşdırmaçılar bunların heç birini görməmiş, heç birini eşitməmiş, beləcə təfəkkür, təzəkkür və tədəbbürdən uzaq olan ətalətin əsirinə çevrilmişlər.

Onlar pozitivist və materialist düşüncə ilə yollarda qalsalar da, mömin belə olmamalıdır. Çünki o, iman həqiqətləri sayəsində insan, kainat, əşya və hadisələrlə bağlı fikirlərini hər zaman dərinləşdirə bilər, dərinləşdirib təfəkkür, tədəbbür, təzəkkür və təfəkkühlə başqa düşüncələrə yelkən aça bilər.

Şübhəsiz, hər bir insanın özünəxas anlayış və bilik üfüqü vardır. Sufilər insanlar arasında mövcud olan bu fərqi elmül-yəqin, eynül-yəqin və həqqül-yəqin bölgüsü əsasında diqqətə çatdırmışlar. Belə ki, insan elmin izi ilə gedərək yaradılış qanunlarını mütaliə edib şərh etməyə çalışarkən yol boyu kainatın əzəli tərcümanı, qövlü-şarehi və burhanı-vazehi Qurana müntəzəm müraciət etməlidir. Beləcə kainatın zahirən mübhəm məsələlərini doğru anlayıb doğru şərh edə bilər. Bəli, fizika, kimya, astronomiya, antropologiya, zoologiya kimi elmlərlə məşğul olan insan yanlış fikirlərə yol verməmək üçün Haqq rəhbərə – Qurana mütləq müraciət etməlidir. Beləcə elmlərin dili düzgün başa düşüləcək, onların ifadə və işarə etdiyi Zat da daha yaxşı tanınıbdaha çox seviləcəkdir.



Açar sözləri

maraq qayə

Bənzər məqalələr

Yaradılışın qayəsi

Yardılışın qayəsi, yaxud yaradılışın məqsədi. Daha sadə ifadə ilə, biz niyə yaradılmışıq? Bizimlə birlikdə bu dağlar, daşlar, çaylar, göllər, dənizlər, onlardakı balıqlar, heyvanlar, həşəratlar, bitkilər, səma, Günəş, Ay, ulduzlar, qalaktikalar… bütün bunlar niyə var, kimə və nəyə lazımdır?

Qulluq şüuru

İnsanın yaradılması, ona həyat və ruzi lütf edilməsi, hər şeyin onun xidmətinə verilməsi və ən şərəfli varlıq məqamına yüksəldilməsi Haqqı tanımaq və yalnız Ona bəndə olmaq üçündür.

Peyğəmbərlərin göndəriliş qayəsi

Görəsən dünyaya gəlişi və həyatdan gedişi arasında ömür adlanan bir zaman dilimini yaşayan peyğəmbərlərin, xüsusilə də Peyğəmbərimizin (s.ə.s) göndərilməsində hansı məqsədlər olmuşdur?

Allahın varlığının inayət və qayə dəlili

Yaradılışda qüsursuz bir sənət sərgilənmiş və hikmətli faydalar nəzərə alınmışdır. Buna da inayət və qayə dəlili deyilir. Bu dəlil kainatı yaradan Zatın qəsd (məqsəd, niyyət) və hikmətini isbatlayır və təsadüfi yaranma düşüncəsini qəti şəkildə təkzib edir. Çünki mükəmməllik və qəsd iradəsiz və ixtiyarsız ola bilməz.


Şərh yaz