2. 206 dəfə oxunub ,   0 şərh   Çap et

Sual:Əlimə bilmədən 100 manat saxta pul keçdi. Mən də bu pulu hiss etdirmədən başqasına verməyim dini cəhətdən doğrudurmu?

Cavab:İnsanın başqasından aldığı saxta pulu başqasına verməsi caiz ( doğru) deyildir. Çünki burada başqasının haqqı qəsb olunur. Dinimizdə ziyana ziyanla cavab vermək haram sayılmışdır. Məruz qaldığımız ziyanı başqasına da yükləməyə haqqımız yoxdur. Halal yol varsa baş vuraraq, halal yol yoxdursa da qədərimizlə razı olmalıyıq.Mömin düşüncəsi ”bunda da bir xeyir vardır” deyə düşünməkdir . Günahların bağışlanmasına vəsilə olar, sədəqəm olsun deyə düşünər və bu sıxıntıdan qurtularıq.



Açar sözləri

pul saxta pul

Bənzər məqalələr

İcazəsiz ərin cibindən pul götürmək

Sual: Kişinin icazəsi olmadan qadın onun cibindən pul götürə bilərmi? Cavab: Ailədə kişinin öz hüquqları və vəzifələri olduğu kimi, qadının da öz hüquqları və vəzifələri var. Məsələn, ailənin ehtiyaclarını ödəmək kişinin borcudur. İxtisası, elmi dərəcəsi, cəmiyyət içində mövqeyi nə olursa-olsun, kişi bilməlidir ki, evinin halal dolanışığını təmin etmək onun borcudur, istər yük daşısın, istər yer belləsin, istərsə də meyvə satsın… Bunlar əskiklik deyil, əskiklik öz borcunu yerinə yetirməməkdir.

Borc alıb-vermək

Borc alıb vermək təbii hadisədir. Müəyyən ehtiyacları təmin etmək və ya sərmayə qoymaq məqsədilə borca girməkdə bir qəbahət yoxdur. Peyğəmbərimiz (s.ə.s) də ehtiyacı olanda borc almış, hətta bir yəhudidən borca buğda alıb zirehini girov qoymuşdur. Lakin insan “ayağını yorğanına görə uzatmalı”, qaytara bilməyəcəyi ağır borc yükünü üstünə götürməməli və təyin edilən vaxta riayət edərək ödəniş zamanı gəldikdə – üzrlü səbəb yoxdursa – borcu geri qaytarmalıdır.


Şərh yaz