1. 610 dəfə oxunub ,   0 şərh   Çap et

Peyğəmbərimizə şirin su gətirilməsi

 Həzrəti Aișə demişdir: “Rəsulullah (s.ə.s.) üçün Suqyadan (Məkkə ilə Mədinə arasında bir yer) șirin su gətirilirdi”.[1]

 Peyğəmbərimiz ayaq üstə bir şey içmişdir?

 İbn Abbasın (r.a.) rəvayəti: “Peyğəmbərimiz (s.ə.s.) zəmzəmi ayaq üstə içmișdir”.[2]

Əmr b. Şüaybın atasından və babasından rəvayət edir: “Rəsulullahın (s.ə.s.) ayaq üstə və oturaraq su içdiyini gördüm”.[3]

Həzrəti Aișədən: “Peyğəmbərimiz (s.ə.s.) oturaraq da, ayaqüstə də su içmișdir. O, ayaqyalın da, ayaqqabılı da namaz qılmıșdır. O, sağ tərəfdən də, sol tərəfdən də çevrilmişdir”.[4]

Su içilən qaba üfürməmək

 Əbu Səid əl-Xudri (r.a.) rəvayət edir: “Peyğəmbərimiz (s.ə.s.) su içilən qabın içinə üfürməyi qadağan etdi. Bu vaxt bir nəfər: “Qabın içində çör-çöp var,” – dedi. Rəsulullah (s.ə.s.): “Onları kənara tök!” – buyurdu. Həmin adam: “Bir nəfəsə içməklə doymuram,” – deyincə Rəsulullah: “Onda ağzını su qabından uzaqlașdır və nəfəs al,” – buyurdu”.[5]

İbn Abbasın (r.a.) rəvayəti: “Rəsulullah (s.ə.s.) su içilən qaba üfürməyi və qabın içinə nəfəs almağı qadağan etdi”[6]

 Rəsulullah  suları necə içərdi?

 Rəbiyə ibn Əksən nəql edir: “Rəsulullah (s.ə.s.) misvaqdan istifadə edərkən onu sağa-sola hərəkət etdirər, içdiyi șeyi soraraq içər və: “Bu, daha xoș, daha sürətli və faydalıdır,” – deyərdi”.[7]

 Su və digər mayeləri üç dəfəyə içib iki dəfə nəfəs almaq

 İbn Abbasın (r.a.) rəvayəti: “Peyğəmbərimiz (s.ə.s.) bir qabdan su içərkən iki dəfə nəfəs alardı”.[8]

 Su paylayan ən axırıncı özü içir

 Əbu Qatadə (r.a.) Peyğəmbərimiz (s.ə.s.) belə buyurduğunu rəvayət edir: “İnsanlara su paylayan șəxs ən axırıncı özü içər”.[9] Bir bașqa rəvayətdə Ənəs (r.a.) nəql edir: “Rəsulullah (s.ə.s.) səhabələrinə su verirdi. Ona:

– Ya Rəsulallah! Özünüz içsəniz, – dedilər. Rəsulullah (s.ə.s.):

– Camaata su paylayan ən axırıncı içər, – deyə buyurdu”.[10]

Allah Rəsulu şirin və sərin şeyləri xoşlardı

 Hz. Aișədən (r.a.) rəvayət olunur: “Rəsulullahın (s.ə.s.) ən çox șirin və soyuq suları xoşlayırdı”.[11]

Hz. Zuhri (r.a.) rəvayət edir: “Rəsulullaha (s.ə.s.) “Hansı mayelər daha ləzzətlidir?” sualını verdilər. O da buyurdu: “Şirin və soyuq olanı”.[12]

Ubadə ibn Vəlid Cabir ibn Abdillahın bu sözlərini nəql edir: “Bir ənsar Rəsulullah (s.ə.s.) üçün köhnə bir tuluqda su soyudardı”.[13]

Həzrəti Aișə: “Peyğəmbərimizin (s.ə.s.) soyuq və șirin sulardan xoșu gəlirdi”.[14]

Peyğəmbərimizin su içdiyi qab

 İsa ibn Tahman Hz. Sabitin belə dediyini nəql edir: “Ənəs bin Malik bizə ağacdan düzəldilmiș, dəmir halqalı bir bardaq göstərdi və: “Sabit! Bu, Rəsulullahın bardağıdır.[15] Bütün suları – su, bal, quru üzüm şirəsi və südü – Rəsulullaha (s.ə.s.) bu bardaqda verdim,”– dedi”.[16]

Məhəmməd ibn İsmail nəql edir: “Ənəsin yanına girdim. Evində taxtadan düzəldilmiș bir bardaq vardı. O belə dedi:

“Peyğəmbərimiz (s.ə.s.) ondan su içər və dəstəmaz alardı”.[17] İbn Abbasın rəvayəti: “İsgəndəriyyənin sahibi (hökmdarı) Rəsulullaha (s.ə.s.) büllur bir su bardağı göndərmișdi. Rəsulullah (s.ə.s.) onda su içərdi”.

İçmə sırası sağ tərəfdən başlayır və davam edir

 Ənəs ibn Malik (r.a.) rəvayət edir: “Rəsulullaha (s.ə.s.) bir qab su qatılmış süd gətirdilər. Rəsulullahın (s.ə.s.) sağında bir bədəvi, solunda isə Əbu Bəkir dayanmışdı. Rəsulullah (s.ə.s.) (bir qədər) içib  sağındakı bədəviyə verdi və: “Sağdan sıra ilə içilsin,” – buyurdu”.[18] İbn Sad rəvayət edir: Rəsulullaha içməyə bir șey gətirdilər və O da bir qədər içdi. Sağında bir ușaq, solunda isə yașlılar vardı. Rəsulullah (s.ə.s.) ușağa:

– İzin ver, bunu əvvəlcə yaşlılara verim? Ușaq:

– Vallah, Səndən gələn qismətimi heç kəslə dəyișmərəm, – dedi. Bunu eşidən Rəsulullah (s.ə.s.) qabı ușağa verdi”.[19]


  [1]. İbn Sad, Tabaqatul-Kübra, 1/109

[2]. Tirmizi, 4/301; Müslim, 3/1601; İbn Macə, 2/1132

 [3]. Tirmizi, 4/301

 [4]. Əhməd b. Hənbəl, 1/101, 104, 114

 [5]. Tirmizi, 4/303; Darimi, 2/161.

 [6]. Tirmizi, 4/304; Əbu Davud, 3/338.

 [7]. Buxari 1/69, 5/2133; Müslim 3/1602; Tirmizi 4/302; Əbu Davud 2/364

 [8]. Tirmizi 4/303

 [9]. Müslim 1/472; Əbu Davud 2/364

 [10]. Tirmizi 4/307; İbn Macə 2/1135; Əhməd b. Hənbəl, 4/382

 [11]. Əhməd b. Hənbəl, 1/338

 [12]. Əhməd b. Hənbəl, 6/38, 40

 [13]. əl-Hindi, Kənzül-Ummal, Hədis: 18222

 [14]. Tirmizi 4/307

[15]. Şəmail, 1/162

 [16]. Şəmail, 1/163; Əbu Yala, Müsnəd, 6/421

 [17]. Buxari. 1/83

 [18]. Əhməd b. Hənbəl, 1/245

 [19]. Buxari. 2/829; Tirmizi. 5/506

 




Şərh yaz