3. 437 dəfə oxunub ,   0 şərh   Çap et

Sual: Lisenziyasız proqramlardan istifadə etmək olarmı?

Müəllif hüqularının qorunması haqqında İslam alimlərinin bir arya gələrək verdikləri dəqiq bir hökm yoxdur.

Əgər istifadə olunacaq proqram şifrəlidirsə, deməli, onun icazəsiz istifadə edilməyini istəmirlər. Belə proqramlardan istifadə etmək caiz deyildir. Hər hansı proqramı yükləmək üçün müəyyən ödəniş tələb olunursa həmin ödəniş ödənildikdən sonra  proqramdan istifadə etmək olar.

Əgər proqramın qiyməti həddindən çox bahadırsa, istifadəçi onu ticarət məqsədilə yox cəmiyyətə yararlı işlər üçün istifadə edəcəksə müəyyən qədər həmin proqramdan istifadə etmək olar. Lisenziyalı proqramların icazəsiz istifadəsi haqqında İslam hüquqçuları ortaq qərar verməmiş olsa belə, istifadə olunduğu təqdirdə qul haqqına girmə ehtimalı vardır. Çünki ortada çəkilmiş bir əziyyət var və yaxud proqramı hazırlayanlar dolanışığını onun satışıyla təmin edirlər. Sərhədləri müəyyən edilməmiş bir mövzuda qəti söz söyləmək çətindir. Diqqət etmək lazımdır. Bu mövzuda qərarı vicadımızın səsini dinləyərək verməliyik.

Əgər lisenziyalı proqram istehsalçısı böyük şirkətlər proqramın kopya olub-olmadığına nəzarət eləmirlərsə bu onların həmin proqramların kopyasından istifadəyə razı olduqlarını göstərir.

İntetnetdə hər kəsin istifadəsi üçün icazə verilən proqramlardan istifadə etməkdə isə hər hansı problem yoxdur. Çünki həmin proqramlar hamının istifadəsi üçün yerləşdirilmişdir.



Açar sözləri

lisans lisenziya program

Şərh yaz