Məhərrəm ayı və aşura günü xristian və yəhudilərdə də müqəddəs sayılırdı. Aşura günü orucu haqqında İbn Abbas (r.a) bunları nəql edir: “Rəsulullah (s.ə.s) Mədinəyə hicrət edəndə yəhudilərin Aşura günü oruc tutduqlarını gördü və: “Bu oruc nədir?” − vdeyə soruşdu. Onlar: “Bu gün çox gözəl gündür. Allah Təala bu gün Hz. Musanı (ə.s) və İsrailoğullarını düşməndən qurtarmışdır. Bu səbəblə Hz. Musa (ə.s) bu gün oruc tutmuşdur”. Peyğəmbərimiz (s.ə.s) də: “Mən Musaya sizdən daha yaxınam”, − buyuraraq bu gün oruc tutmağı əmr etdi”.[1] Bu vəziyyət Ramazan orucu fərz qılınana qədər davam etdi. Ramazan orucu fərz buyrulandan sonra Allah Rəsulu (s.ə.s) insanları Aşura orucu tutub-tutmamaqda sərbəst buraxdı. Yəni istəyən Aşura orucunu tuta bilər, istəyən də tutmazdı. “Bu gün Aşura günüdür. Bu gündə oruc tutmaq sizlərə fərz olmamışdır. Diləyən oruc tutsun, diləyən tutmasın.”[2]
Qəza, kəffarə və müəyyən vaxta bağlı olmayan nəzir orucları üçün gün batdıqdan etibarən ən gec imsak vaxtına qədər niyyət etmək lazımdır. Nafilə və Ramazan ayında tutulan oruc üçün niyyət bir qədər fərqlidir.
Kim Ramazan ayını oruclu keçirər və arxasınca şəvval ayından altı gün oruc tutarsa bütün ili oruc tutmuş kimi olar.
Quranı Kərimdə keçən rabbaniyyun rabbani sözünün cəmidir və mənşəyi rabbi sözünə əsaslanır. Rabbi, “Rəbbin ardınca gedən” deməkdir; Rabbani dedikdə, Rabbi tanıyan və ona itaət edən şəxs nəzərdə tutulur.
Etikaf kişilərin əzan və iqamə oxunan, yəni camaatla beş vaxt namaz qılınan məsciddə, qadınların isə evin namaz otağında və ya otağın bir küncündə etikaf niyyəti ilə bir müddət gözləməsi, oturmasıdır.
Həzrət Peyğəmbər (s.ə.s) Mədinəyə gəldikdən sonra vəfatına qədər Ramazan ayının son on günündə etikafa girərdi. Buna görə etikaf Allah Rəsulunun (s.ə.s) önəmli sünnətlərindən biridir.