3. 061 dəfə oxunub ,   0 şərh   Çap et

Qəlqələ sifəti  cəhr və şiddət sifətlərinin birləşməsindən meydana gələn bir sifəti-lazimədir. Hərfləri beşdir: (قُطْبُ جَدٍ)

İbnül-Cəzəriyə görə qəlqələ iki qisimdir. Gizli və aşkar qəlqələ.[1] Gizli qəlqələ, qəlqələ hərflərinin hərəkəli hallarında var olduğu qəbul edilən və açıq şəkildə ifadə edilə bilməyən qəlqələdir. Çünki bu hərflər hərəkə ilə oxunduğu zaman cəhr və şiddət sifətinin əsəri olaraq xəfif bir tərpənmə his edilir.

Aşkar qəlqələ sakin olan qəlqələ hərflərindədir və ikiyə ayrılır:

1. Vəsl halında olduğunda: يَجْعَلُ , يَدْخُلُونَ  kimi. Bu halda qəlqələ açıqdır. Buna Bəyan deyilir.

2. Vəqf halında olduğunda:  وَلَمْ يُولَدْkimi. Burada qəlqələ daha da açıqdır. Buna Əbyan deyilir.[2]

Qəlqələnin termin mənası belədir: “Özündən qüvvətli bir səs gəlincəyə qədər məxrəci tərpətməkdir”.[3]

Qəlqələ edərkən dörd şeyə diqqət etmək lazımdır:

1. Qəlqələ edərkən vəqfdən sonra artıq bir həmzə tələffüz etməmək. Məsələn: أحَدْ kəlməsini أحَدَا kimi söyləmək kimi.

2. Qəlqələ edərkən sakin oxunması lazım olan hərfə hər hansı bir hərəkə verməmək. Məsələn: أحَدَُِ kimi.

3. Şəddələməmək أحَدّ kimi.

4. Mübaliğədən (səsi bu hərflərin sakinləri üzərində lazımından daha çox tərpətməmək.)

Bir şeyə də diqqət etmək lazımdır. Sakinlər əvvəllərindəki hərəkəyə tabedir. Buna görə də qəlqələ edilərkən əvvəlindəki hərəkənin rəngi biraz his edilməlidir.



[1] Qalqalənin gizli və aşkar olması, aşkar qalqalənin vəsl və vəqfdəki dərəcələri təcvid kitablarında göstərilməmişdir.

[2] Bu səbəbdən ixlas surəsi oxunarkən diqqət edilməlidir.    لَمْ يَلِدْ وَلَمْ يُولَدْ    ayəsində birinci qalqalə ikinci qalqaləylə eyni olmamalıdır. Yəni ikinci qalqalə daha da qüvvətli olmalıdır.

[3] Burada üç görüş vardır: 1. Məxrəcin tərpənməsi 2. Səsin tərpənməsi 3. Məxrəclə bərabər səsin tərpənməsi. Mizanül-huruf, qalqalə babı, s.41

 

Sənan Quliyev & Laçın Quliyev



Açar sözləri

qəlqələ

Şərh yaz