2. 227 dəfə oxunub ,   0 şərh   Çap et

Ləfzətullahdakı  ( الله) “ləm” (  ل) hərfinin oxunuş şəkilləri ( احكام الام )

“Ləm” ( ل ) hərfi ümumiyyətlə istifalə hərflərinin hökmünə tabe olmaqla birlikdə, başqa xüsusiyyətlər daşıması baxımından ayrı bir başlıq altında zikr edilməsi labüddür.

Ləfzətullah, (الله) kəlməsinin ləfzi deməkdir. (الله) kəlməsi başındakı vəsl həmzəsi ilə oxunarsa,  (ل) qalın olar.  الله ُ nümunəsində olduğu kimi. Ləfzətullahın başındakı “əlif” vəsl həmzəsidir. Yəni başqa bir kəlmədən bu kəlməyə keçildiyində bu əlif oxunmaz. Bu səbəblə vəsl həmzəsidir. Ləfzətullah bir başa oxunduğunda “ləm” hərfi qalın oxunur.

Vəsl həmzəsi ilə deyil, ondan öncəki hərflə oxunarsa, yəni vəsl həmzəsindən öncə bir hərf varsa və bu hərfdən sonra “ləm” hərfinə keçilirsə aşağıdakı hökümlər meydana gəlir.

1. Bu hərfin hərəkəsi kəsrə isə (ل) incə oxunur. Məsələn:    باِللَّهِ  /   لِلَّهِ

2. Zəmmə və ya fəthə isə (ل) qalın oxunur.   وَاللهِ  /  تَاللهِ  /  نَصْرُ اللهِmisallarında “ləm” hərfləri qalın oxunur.

اَللَّهُمَّ  Ləfzində də yuxarıda qeyd etdiyimiz qaydalar əsas alınır.                             /   قُلِ اللَّهُمَّ      قاَلُوا اللَّهُمّ kəlmələrindəki sağdakı kəlmədə “ləm” qalın, soldakı kəlmədə isə “ləm” incə oxunur.

Sənan Quliyev & Laçın Quliyev



Açar sözləri

ləfzətullah

Şərh yaz