Ləmi-tərifin ( ال ) oxunuşu
Ləmi-Tərif ilə əlaqəli iki mövzu mövcuddur. Bunlardan birincisi idğami-şəmsiyyə, digəri isə izhari-qəməriyyə. Bu iki mövzu, ərəbcədə mərifəlik ədatı olaraq bilinən və çox istifadə olunan ال birləşməsinin digər hərflərlə olan münasibətilə əlaqəlidır. ال birləşməsi özündən sonra gələn hərflərə ya idğam edilir ya da izhar ilə oxunur. İndi bu halları tək-tək incələyək.
1. İdğami-şəmsiyyə
Ləmi-tərif dediyimiz ال birləşməsindən sonra şəmsi hərflərdən biri gələrsə ləmi- tərifin ləminin bu hərflərə idğam edilməsinə, idğami-şəmsiyyə[1] deyilir. İdğami- şəmsiyyədəki idğam tam idğamdır və ل hərfi şəmsi hərflərdə tamamilə itir.
Şəmsi hərflər ( hürufu-şəmsiyyə) on dörd ədəddir. Bunlar; ت ث د ذ ر ز س ش ص ض ط ظ ل ن dur. Bu hərflər yaddaşda daha rahat qalması və daha asan əzbərlənməsi üçün təcvid kitablarında belə yazılır: تُبْ ـ ثُمَّ ـ دَعْ ـ ذَنْباً ـ رَمَى ـ زِدْ ـ سُمْعَةً ـ شِمْ ـ صَدْرَ ـ ضَيْفٍ ـ طاَبَ ـ ظَنَّ ـ لَهُ ـ نَعَمْ.
Şəmsi hərflərin bu şəkildə əzbərlənməsi, tələbələrə də bu şəkildə əzbərlədilməsi, bu hərflərin hafizədə daha uzun müddət qalmasına köməklik göstərir. İndi bu misallarda keçən ال birləşmələrini özlərindən sonra gələn hərflərə idğam edərək oxuyaq: اَلشَّمْسُ – وَالتِّينِ – الرَّحمن – الرَّحِيمُ – الثَّوَبُ – الدِّينُ .
İdğami-şəmsiyyə də öz arasında iki qismə ayrılır.
1) İdğami-şəmsiyyə məal qünnə: bu idğam sadəcə ن hərfinə məxsusdur.ال dan sonra şəmsi hərflərdən “nun” gəldiyi zaman idğami-şəmsiyyə məal qünnə (qünnəli idğami-şəmsiyyə) olur. وَالنَّجْمِ – مِنَ النِّسَاءِ kimi.
2) İdğami-şəmsiyyə bilə qünnə: ال dan sonra “nun” xaric digər şəmsi hərflər gələrsə, idğami-şəmsiyyə bilə qünnə (qünnəsiz idğami-şəmsiyyə) olur. وَالرَّسُولُ – وَالطَّيْرَ kimi.
2. İzhari-qəməriyyə
Ləmi-tərif dediyimiz ال birləşməsindən sonra qəməri hərflər gələrsə, ihzari- qəməriyyə olur. Belə olduqda ال ın “lə” si özündən sonra gələn qəməri hərflərə idğam olunmadan açıq oxunur.
Qəməri hərflər, şəmsi hərflərin xaricində qalan 14 hərfdir. Bu hərflər; أَبْغِ حَجَّكَ وَخَفْ عَقِيمَه kəlmələrindəki hərflərdir. Bu hərfləri açıq şəkildə belə yaza bilərik: ا ـ ب ـ غ ـ ح ـ ج ـ ك ـ و ـ خ ـ ف ـ ع ـ ق ـ ي ـ م ـ هـ . lakin bu hərflər burada yazdığımız şəklilə, kəlmələr halında əzbərlənərsə yaddaşda daha asan və uzun müddət qalar.
وَالْفَجْرِ – وَالْقَمَرِ – وَالْعَصْر kəlmələrində izhari-qəməriyyə mövcuddur. Burada xatırlatmağımız lazım olan bir xüsus da budur. ال birləşməsinin başındakı “əlif” vəsl həmzəsi olduğundan, izharda və idğamda diqqətə alınmamışdır.
[1] İdğami-şəmsiyyə, kəlimə etibarilə günəş idğamı deməkdir. Ləmi-tərif (ال)dəki lamın idğami-şəmsiyyə hərflərinin yanında aşkara çıxıb oxunmaması günəşin ətrafında ulduzların görünməməsinə bənzədilərək bu hərflərə şəmsi hərflər deyilmişdir.
Sənan Quliyev & Laçın Quliyev
Hansı məqsədlə olursa olsun, Quranı oxumağa başlayan adam “أعوذُ باللهِ مِن الشّيطَانِ الرّجِيم” “Qovulmuş şeytandan Allaha sığınıram” ifadəsilə başlamalıdır.
Quranda bəzi kəlmələrin altındakı işarələrin mənası
Vәqf işarәlәri, Quran ayәlәrinin sonuna vә ya ayәnin ortasındakı kәlmәlәrin üstünә qoyulan “dayanacaq işarәlәri”dir.
Səktə, leksik məna etibarilə “susmaq”, “iki kəlmə arasını nəfəs almadan ayırmaq” deməkdir.
Hərflərin bir-birlərinə idğam edilib edilməyəcəyi, məxrəcləri və sifətlərinin bir-birlərinə yaxınlığı ilə əlaqəlidir. Başqa bir ifadə ilə; məxrəc və sifətləri yönündən bir-birinə yaxın olan hərflər idğam edilir. Məxrəc yönündən bir-birinə uzaq olan hərflər və sifətləri yönündən bir əlaqəsi olmayan hərflər isə ızharlı oxunurlar. Bu mövzunu gələcək bölmələrdə izah edəcəyik. Bu əsaslardan yola çıxaraq idğamları “idğami-misleyn, idğami-mütəcaniseyn […]