وَعَنْ أَب۪ي هُرَيْرَةَ أَنَّ النَّبِيَّ قَالَ: «إِنَّ اللّٰهَ تَعَالٰى يَغَارُ، وَغَيْرَةُ اللّٰهِ أَنْ يَأْتِيَ الْمَرْءُ مَا حَرَّمَ اللّٰهُ عَلَيْهِ»
Əbu Hureyrə (r.a.) Peyğəmbərimizin (s.ə.s.) belə buyurduğunu bəyan etmişdir:
“Allah qeyrətini təcəlli etdirir. Allahın qeyrəti qulun işləyəcəyi haramlara qarşıdır”. [Buxari, Nikah 107; Müslim, Tövbə 36]
İzah: Allah qulun harama girməsinə, haram işləməsinə əsla razı deyil. Allahın əmr və qadağalarının tapdalanması Qeyrətullaha (Allahın qeyrətinə, izzətinə) toxunur.