عَنْ أَب۪ي هُرَيْرَةَ قَالَ: قَالَ رَسُولُ اللّٰهِ: «إِنَّ اللّٰهَ تَعَالٰى يَرْضٰى لَكُمْ ثَلَاثًا وَيَكْرَهُ لَكُمْ ثَلَاثًا: فَيَرْضٰى لَكُمْ أَنْ تَعْبُدُوهُ وَلَا تُشْرِكُوا بِهِ شَيْئًا وَأَنْ تَعْتَصِمُوا بِحَبْلِ اللّٰهِ جَم۪يعًا وَلَا تَفَرَّقُوا وَيَكْرَهُ لَكُمْ: ق۪يلَ وَقَالَ وَكَثْرَةَ السُّؤَالِ وَإِضَاعَةَ الْمَالِ»
Əbu Hureyrə (r.a.) Allah Rəsulunun (s.ə.s.) belə buyurduğunu bəyan edir: “Allah üç xüsusiyyətdən razıdır, üç xüsusiyyəti isə xoş görmür. Yalnız Ona qulluq etməkdən, Ona heç bir şeyi heç bir şəkildə şərik qoşmamaqdan və birlikdə Allahın ipinə (dininə) möhkəm sarılıb təfriqəyə düşməməkdən razı olur.
Dedi-qodu etməyi, lüzumsuz yerə çox sual verməyi və (maddi-mənəvi, dünyəvi-uxrəvi bir fayda düşünmədən orada-burada) sərvəti xərcləyib israf etməyi də sevmir”. [Müslim, Aqdiyə 10]
İsraf lüzumsuz istehlak və necə gəldi xərcləməkdir. Dəyərsiz bir məqsəd üçün artıq mal xərcləmək, xərcləmədə həddi aşmaq, lazımlı yerdə lazım olandan artıq xərcləmək də israf sayılır.
Həddi aşmaq və ifrata yol vermək mənasını verən israf lüzumsuz istehlak və necə gəldi xərcləmək deməkdir. Qurani-Kərim israf xəstəliyi ilə əlaqədar möminlərə xəbərdarlıq edir: “Yeyin, için, lakin israf etməyin, çünki Allah israf edənləri sevməz”
Filosoflar “Quran” nuru ilə kainata baxmadıqları üçün bu mövzudakı fikirləri dar və yarımçıqdır.