عَنِ النُّعْمَانِ بْنِ بَش۪يرٍ أَنَّ أَبَاهُ أَتٰى بِهِ رَسُولَ اللّٰهِ فَقَالَ: إِنّ۪ي نَحَلْتُ ابْنِي هٰذَا غُلَامًا كَانَ ليِ فَقَالَ رَسُولُ اللّٰهِ: «أَكُلَّ وَلَدِكَ نَحَلْتَهُ مِثْلَ هٰذَا؟» فَقَالَ: لَا فَقَالَ رَسُولُ اللّٰهِ: «فَارْجِعْهُ »
وَف۪ي رِوَايَةٍ: فَقَالَ رَسُولُ اللّٰهِ: «اِتَّقُوا اللّٰهَ وَاعْدِلُوا ف۪ي أَوْلَادِكُمْ»
فَرَجَعَ أَب۪ي فَرَدَّ تِلْكَ الصَّدَقَةَ.
Ən-Numan ibn Bəşir (r.a.) nəql edir:
“Atam məni Allah Rəsulunun (s.ə.s.) hüzuruna aparıb: “Bir köləmi bu oğluma bağışladım,” – dedi. Allah Rəsulu (s.ə.s.): “Numan kimi o biri övladlarına da hədiyyə verdinmi?” – deyə soruşdu. Atam: “Xeyr!” – dedi. Peyğəmbərimiz (s.ə.s.): “Onda köləni ona bağışlama!” – buyurdu.
Digər bir rəvayətdə isə: “Allahdan qorxun və övladlarınız arasında ədalətli olun,” – buyurmuşdu.
Hədisin ravisi və hadisənin canlı şahidi Həzrəti ən-Numan deyir: “Allah Rəsulu (s.ə.s.) belə buyurandan sonra atam mənə verdiyi hədiyyəni geri alıb bağışlamaqdan vaz keçdi”. [Müslim, Hibat 13[
“Günlər arasından təkcə cümə gecələrini əhya etməyin. Eyni şəkildə günlər arasından oruc tutmaq üçün təkcə cümə gününü müəyyən etməyin. Ancaq tutduğunuz oruc cümə gününə rast gələrsə, bunda bir maneə yoxdur”
“Allah Rəsulu (s.ə.s.) səhabələrə savmi-visalı (bir günün orucunu iftar etmədən ertəsi günün orucuna qataraq orucu davam etdirməyi) qadağan eləmişdi.
“Qəbrin üstündə oturmaqdansa, paltarları yandıran və istiliyi dəridən içəri işləyən isti köz üstündə otursanız, daha yaxşıdır”.
“Allah Rəsulu (s.ə.s.): “İnsanların lənət və etirazını qazanan iki əməldən çəkinin,” – buyurdu.
Axırzaman insanlarına tövsiyyələr عَن النَّوَّاسِ بْنِ سَمْعَانَ t قَالَ: ذَكَرَ رَسُولُ اللّٰهِ الدَّجَّالَ ذَاتَ غَدَاةٍ فَخَفَّضَ فِيهِ وَرَفَّعَ حَتّٰى ظَنَنَّاهُ ف۪ي طَائِفَةِ النَّخْلِ فَلَمَّا رُحْنَا إِلَيْهِ عَرَفَ ذٰلِكَ ف۪ينَا فَقَالَ: «مَا شَأْنُكُمْ؟» قُلْنَا: يَا رَسُولَ اللّٰهِ ذَكَرْتَ الدَّجَّالَ الْغَدَاةَ فَخَفَّضْتَ فِيهِ وَرَفَّعْتَ حَتّٰى ظَنَنَّاه ف۪ي طَائِفَةِ النَّخْلِ فَقَالَ: «غَيْرُ الدَّجَّالِ أَخْوَفُنِي عَلَيْكُمْ إِنْ يَخْرُجْ وَأَنَا […]