1. 512 dəfə oxunub ,   0 şərh   Çap et

Valideylərlə münasibətə dair ədəb qaydaları adı ilə çağırmamaq da daxil olmaqla, alimlərə də aiddir. Çünki alimlər Peyğəmbərlərin varisləridir. Ona görə də böyüklər uşağın görüb götürməsi üçün alimlərə qarşı ədəbli və təvazökar olmalı, onların qulluğunda durmalı, yanlarında ucadan danışmamalı, onlarla münasibətdə nəzakətli davranmalıdır.

Yəhya ibn Muaz alimlərin fəziləti haqqında deyir: “Alimlər İslam ümmətinə ana-atalardan daha mərhəmətlidir.” Bunun necə olduğunu soruşulanda da belə cavab verir: “Çünki ana-ata övladını dünya əziyyətlərindən, alimlər isə cəhənnəm əzabından qoruyur.”[1]

Bütün bunlar alimlərin hörmətin, onlara qarşı ədəbli olmağın vacibliyini göstərir.

Ubadə ibn əs-Samit də Rəsulullahın (sallallahu əleyhi və səlləm)belə buyurduğunu rəvayət edir: “Yaşlılarımıza və böyüklərimizə hörmət etməyən, kiçiklərimizə mərhəmət göstərməyən və alimlərimizin qədir-qiymətini bilməyən mənim ümmətimdən deyildir.”[2]

“Alimlərin qarşısında öyünmək, cahillərlə mübahisə etmək, xalqın diqqət və hörmətini qazanmaq üçün elm öyrənən insanın sonu cəhənnəmdir.”[3]

Uşaqların alimlərlə ədəbli davranışından nümunələr

Səid bin əl-Müseyyəb iki rükət namaz qılar, sonra da oturardı. Bu vaxt ənsar və mühacir səhabələrin uşaqları onun ətrafına toplanardı. Heç kim ondan bir şey soruşmağa cəsarət etməzdi. Əl Müseyyəbə bir hədis oxuyub söhbətə başlayandan sonra nəsə soruşa bilirdilər.[4]

İbn Abbas (radiyallahu anh) uşaqlıq illərində səhabədən elm (hədis) öyrəndiyini nəql edir. Bu, onun əshabla necə ədəbli davrandığını göstərir.

“Allah Rəsulu (sallallahu əleyhi və səlləm) vəfat edəndə[5] bir ənsara:

“Gəl Rəsulullahın (sallallahu əleyhi və səlləm) səhabələrindən bəzi şeyləri soruşub öyrənək. Çünki bu gün onların sayı çoxdur”, – dedim. O da mənə: “Sənə təəccüb edirəm, İbn Abbas! Elə sanırsan ki,  Rəsulullahın əshabı sağkən camaatın gələcəkdə sənə ehtiyacı olacaq?” – dedi və uzaqlaşdı. Mən  isə təkbaşına  səhabələrdən bəzi şeyləri soruşub öyrənməyə başladım. Bir səhabənin bir hədis bildiyini eşidən kimi onun qapısına gedər və o, evində günorta yuxusunu alanda mən də əbamı başımın altına yastıq eləyib qapıda yatardım. Külək də üst-başımı toz-torpaq edərdi. O da çölə çıxanda məni bu halda görüb: “Ey Rəsulullahın (sallallahu əleyhi və səlləm) əmisi oğlu! Xeyir ola, nə üçün gəldin? Xəbər göndərəydin, özüm gələydim!” – deyərdi. Mən də:

“Xeyr, mənim gəlməyim daha doğrudur, uyğundur”, – deyər və ondan öyrənmək istədiyim  hədisi soruşardım.

Həmin ənsar xeyli yaşadı. Nəhayət bir gün insanların ətrafıma yığışıb məndən nə isə soruşduğunu gördü və: “Bu gənc məndən daha ağıllıdır”, – dedi.[6]

 Həsən əl-Bəsri də oğluna alimlərin məclislərində ədəbli olmağı tövsiyə edir:

“Oğlum, alimlərlə bir yerdə oturanda danışmaqdan çox dinlə! Gözəl danışmağı öyrəndiyin kimi yaxşı dinləməyi də öyrən. Danışan susanacan, uzun danışsa belə, yenə də sözünü kəsmə!”

Nəhayət, Səmurə ibn Cündəbin Rəsulullahın (sallallahu əleyhi və səlləm) hüzurunda göstərdiyi ədəbi xatırlatmaq yerinə düşər. O deyir ki:

“Rəsulullahın (sallallahu əleyhi və səlləm) sağlığında uşaq idim və Ondan eşitdiklərimi əzbərləyirdim. Orada mənim danışmağıma mane olan yeganə səbəb vardı, o da məclisdə məndən böyük adamların olmasıydı.”

[1]. Qazali, Əhyau ülumud-din, 1/11.

 [2]. Tirmizi, Birr 73, Əhməd ibn Hənbəl, Müsnəd, 5/323.

 [3]. Tirmizi, Kütübi-sittə müxtəsəri, 16/550.

[4]. Səmani, Ədəbül-imla vəl-istimla,  s. 36.

 [5]. Mənbələr Rəsulallah (s.a.s.) vəfat edəndə İbn Abbasın 13 və ya 15 yaşında olduğunu bildirir.  15 yaşında olduğunu bildirən rəvayətlər isə daha səhih hesab olunur. Bax. İbn Kəsir əl-Bidayə vən-Nəhayə, 8/296; Əhməd ibn Hənbəl, Müsnəd 1/373.

 [6]. Əbdülfəttah Əbu Ğuddə, Safahat min səbril-uləma, s. 37.

 



Açar sözləri

ədəb

Bənzər məqalələr

Dəstəmaz

Dəstəmaz nədir? Dəstəmazın növləri hansılardır? Dəstəmazın fərzləri və sünnələri, Dəstəmaz necə alınır? Dəstəmazı pozan hallar hansılardır? Üzrlü şəxs necə dəstəmaz almalıdır.

Valideynlərlə münasibətin ədəbi

Əvvəlcə Qurani-Kərim ayələrinə baxaq. Allah “İsra” surəsində buyurur

Qəbir ziyarəti ədəbi

Qəbir ziyarəti müsəlman kişi və qadınlar üçün məndubdur.

Tualet ədəbləri

Tualetə girərkən barmaqda Allah və Hz Muhəmmədin (s.ə.s) adı yazılı üzük, ciblərdə Quran ayəsi yazılı səhifə və ya Quranın tamamı və bir hissəsi olan kitab varsa, bunlar bayırda bir yerə qoymalıdır.

Rəsulullahın səfər ədəbi

Səfər – yol getmək, bir yerdən başqa yerə gedib-gəlmək, səyahət, yolçuluq və s. mənalarını verir. Səfərlər insan həyatının ayrılmaz parçasıdır. İnsanlar adətən ticarət etmək, elm öyrənmək, qohum-əqrəbaları ziyarət etmək, dinin vacib əmrlərini yerinə yetirmək məqsədi ilə səfərə çıxırlar. Səfərdə əsas meyar dinin halal saydığı bir məqsədə xidmət etməsi və bu məqsədin Allahın rizasına zidd olmamasıdır.


Şərh yaz