وَإِذَا سَأَلْتُمُوهُنَّ مَتَاعًا فَاسْأَلُوهُنَّ مِنْ وَرَاءِ حِجَابٍ
Onlardan (Peyğəmbərin zövcələrindən) bir şey soruşduqda pərdə arxasından soruşun. {“Əhzab” surəsi, 33/53}
عَنْ عُقْبَةَ بْنِ عَامِرٍ أَنَّ رَسُولَ اللّٰهِ قَالَ: «إِيَّاكُمْ وَالدُّخُولَ عَلَى النِّسَاءِ» فَقَالَ رَجُلٌ مِنَ الْأَنْصَارِ أَفَرَأَيْتَ الْحَمْوَ؟ قَالَ: «الْحَمْوُ الْمَوْتُ»
Uqbə ibn Amir (r.a.) nəql edir:
“Peyğəmbərimiz (s.ə.s.) buyurdu: “Amandır, yanında məhrəmi olmayan qadınlarla bir yerdə tək qalmayın”. Bunu eşidən bir ənsar: “Ya Rəsulallah! (Qadının atası, babası və ya uşaqları kimi evlənmək haram olanlar istisna) qardaşı, xalası, dayısı, bibisi, qardaşı və bacısı uşaqları, əmisi və əmisi uşaqları kimi qohumların vəziyyəti necədir? Onlarla təkbaşına qalmaq olar?” – deyə soruşdu. Allah Rəsulu (s.ə.s.) buyurdu: “Belə qohumlarla təkbaşına qalmaq ölüm deməkdir (yad adamlara nisbətən fitnə-fəsada daha yaxındır)”. [Buxari, Nikah 111; Müslim, Salam 20]
İzah: Hədisdə yanında əri, anası, atası, oğlu, qardaşı, xalası, süd qardaşları kimi bir məhrəmi olmayan qadınlarla bir yerdə olmaqdan, onlarla oturmaqdan çəkinməyin vacibliyi vurğulanır. Kişinin öz bacısı, qızı, bibisi və ya xalası yanında olarsa, qadının məhrəmi var imiş kimi sayılır və bu hallarda eyni yerdə olmaq mümkündür.