قُلْ لِلْمُؤْمِن۪ينَ يَغُضُّوا مِنْ أَبْصَارِهِمْ
(Ya Rəsulum!) Mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər! {“Nur” surəsi, 24/30}
إِنَّ السَّمْعَ وَالْبَصَرَ وَالْفُؤَادَ كُلُّ أُولٰئِكَ كَانَ عَنْهُ مَسْؤُلاً
Qulaq, göz və ürək – bunların hamısı sorğu-sual olunacaqdır. {“İsra” surəsi, 17/36}
يَعْلَمُ خَائِنَةَ الْأَعْيُنِ وَمَا تُخْفِي الصُّدُورُ
Allah gözlərin xain baxışını və ürəklərin gizlədiyi bütün şeyləri bilir! {“Ğafir” surəsi, 40/19}
إِنَّ رَبَّكَ لَبِالْمِرْصَادِ
Şübhəsiz ki, Rəbbin (bəndələrinin bütün əməllərini) görür. {“Fəcr” surəsi, 89/14}
عَنْ أَب۪ي هُرَيْرَةَ عَنِ النَّبِيِّ قَالَ: كُتِبَ عَلٰى ابْنِ آدَمَ نَص۪يبُهُ مِنَ الزِّنَا مُدْرِكٌ ذٰلِكَ لَا مَحَالَةَ: الْعَيْنَانِ زِنَاهُمَا النَّظَرُ وَالْأُذُنَانِ زِنَاهُمَا الاِسْتِمَاعُ وَاللِّسَانُ زِنَاهُ الْكَلَامُ وَالْيَدُ زِنَاهَا الْبَطْشُ وَالرِّجْلُ زِنَاهَا الْخُطَا وَالْقَلْبُ يَهْوٰى وَيَتَمَنّٰى وَيُصَدِّقُ ذٰلِكَ الْفَرْجُ أَوْ يُكَذِّبُهُ»
Əbu Hureyrə (r.a.) Peyğəmbərimizin (s.ə.s.) belə buyurduğunu nəql edir:
“İnsanın zinadan payına düşən hissə yazılmışdır və hər bir halda ona verilir. Gözlərin zinası baxmaqla, qulaqların zinası dinləməklə, dilin zinası danışmaqla, əlin zinası tutmaqla, ayaqların zinası da gəzməklə olur. Qəlbə (nəfsə) gəldikdə o arzu edir, istəyir. Cinsiyyət üzvü də ya bu zina düşüncəsini həyata keçirir, ya da həyata keçirmir”. [Buxari, Qədər 9; Müslim, Qədər 20]
İzah: Allah-Təala Qurani-Kərimdə: “Zinaya yaxınlaşmayın. Çünki o, çox çirkin bir əməl və pis bir yoldur!” {“İsra” surəsi, 7/32} – buyuraraq zinaya aparan yollara düşməmək üçün insanlara diqqətli olmağı əmr edir. Hədisin başında zikr edilən bütün zina növləri insanın çox vaxt qeyri-iradi məruz qaldığı xüsuslardır. İlk mərhələdə nəfsin xoşuna gələn şeyləri digər mərhələyə keçirməmək insan iradəsinə həvalə edilmişdir. İradəsini ortaya qoyan insan ən zəif yeri olan şəhvət tələlərinə boyun əymədən qulluq yolunda addımlamağa davam edər, başlanğıcda zina kimi görünən günahları əməli zinaya çevirməzsə, bəzi dərvişlərin qırx ildə əldə edə bilmədiyi mənəvi tərəqqini bir anda əldə edə bilər.
عَنْ أَب۪ي سَع۪يدٍ الْخُدْرِيِّ عَنِ النَّبِيِّ قَالَ: «إِيَّاكُمْ وَالْجُلُوسَ فِي الطُّرُقَاتِ» قَالُوا: يَارَسُولَ اللّٰهِ مَالَنَا مِنْ مَجَالِسِنَا بُدٌّ نَتَحَدَّثُ فِيهَا. فَقَالَ رَسُولُ اللّٰهِ : «فَإِذَا أَبَيْتُمْ إِلَّا الْمَجْلِسَ فَأَعْطُوا الطَّر۪يقَ حَقَّهُ» قَالُوا: وَمَا حَقُّ الطَّر۪يقِ يَارَسُولَ اللّٰهِ؟ قَالَ: «غَضُّ الْبَصَرِ وَكَفُّ الْأَذٰى وَرَدُّ السَّلَامِ وَالْأَمْرُ بِالْمَعْرُوفِ وَالنَّهْيُ عَنِ الْمُنْكَرِ»
Əbu Səid əl-Xudri (r.a.) Allah Rəsulunun (s.ə.s.) belə buyurduğunu nəql etmişdir: “Peyğəmbərimiz (s.ə.s.): “Yollarda (küçələrdə, bazarlarda, eyvanlarda) oturmaqdan çəkinin,” – buyurdu. Səhabələr: “Ey Allahın Rəsulu! Biz oralarda olmasaq olmaz, çünki vacib işlərimizi oralarda danışıb müzakirə edirik,” – dedilər. Allah Rəsulu (s.ə.s.): “Mütləq olmaq məcburiyyətindəsinizsə, onda haqqını verin,” – buyurdu. Bundan sonra səhabələr: “Yolun haqqı nədir ki, ya Rəsulallah?” – deyə soruşdular. Allah Rəsulu (s.ə.s.) belə buyurdu: “Naməhrəmə baxmamaq, gəlib gedənlərə əziyyət verməmək, verilən salamı almaq, yaxşı işləri tövsiyə edib pis işlərdən çəkindirməkdir”. [Buxari, Məzalim 22; Müslim, Libas 114]
عَنْ أُمِّ سَلَمَةَ قَالَتْ: كُنْتُ عِنْدَ رَسُولِ اللّٰه وَعِنْدَهُ مَيْمُونَةُ فَأَقْبَلَ ابْنُ أُمِّ مَكْتُومٍ وَذٰلِكَ بَعْدَ أَنْ أُمِرْنَا بِالْحِجَابِ فَقَالَ النَّبِيُّ : «احْتَجِبَا مِنْهُ» فَقُلْنَا: يَا رَسُولَ اللّٰهِ أَلَيْسَ هُوَ أَعْمٰى لَا يُبْصِرُنَا وَلَا يَعْرِفُنَا؟ فَقَالَ النَّبِيُّ : «أَفَعَمْيَاوَانِ أَنْتُمَا أَلَسْتُمَا تُبْصِرَانِهِ؟»
Ümmü Sələmə (r.anha) nəql edir:
“Mən Meymunə ilə birlikdə Allah Rəsulunun (s.ə.s) yanında idim. Bu vaxt İbn Ümmi Məktum içəri girdi. (Bu hadisə (hicab) əmrindən sonra olmuşdu) Onun içəri girməsi ilə birlikdə Allah Rəsulu (s.ə.s.) bizə: “Örtünün!” – dedi. Biz ikimiz: “Ya Rəsulallah! O, kor deyilmi? O, bizi nə görür, nə də tanıyır,” – dedik. Bunu eşidən Rəsulullah buyurdu: “Düzdür, o, kordur, sizi görə bilməz, siz də kor deyilsiniz ki? Onu görmürsünüz?” [Əbu Davud, Libas 34; Tirmizi, Ədəb 29]