عَنْ أَب۪ي هُرَيْرَةَ قَالَ: قَالَ رَسُولُ اللّٰهِ : «مَنْ قَالَ ح۪ينَ يُصْبِحُ وَح۪ينَ يُمْسِي: سُبْحانَ اللّٰهِ وَبِحَمْدِهِ، مِئَةَ مَرَّةٍ لَمْ يَأْتِ أَحَدٌ يَوْمَ الْقِيَامَةِ بِأَفْضَلَ مِمَّا جَاءَ بِهِ إِلَّا أَحَدٌ قَالَ مِثْلَ مَا قَالَ أَوْ زَادَ»
Əbu Hureyrə (r.a.) Allah Rəsulunun (s.ə.s.) belə buyurduğunu nəql edir:
“Kim səhər-axşam yüz dəfə “Subhanallahi və bi hamdihi (Sübhansan, ya Rəbb! Həmd və mədh hisləri ilə Səni təsbeh edirəm)” deyərsə, Qiyamət günü heç kimin əməli ondan üstün olmaz. Ancaq bu duanı onun qədər oxuyan və ya ondan daha çox təkrar edən istisnadır (bu təqdirdə həmin zikri və ya duanı onun qədər və ya daha çox təkrar edən ona çatmış və ya onu keçmiş olar)”. [Müslim, Zikr 26]
عَنْ أَب۪ي هُرَيْرَةَ قَالَ: جَاءَ رَجُلٌ إِلَى النَّبِيِّ فَقَالَ: يَا رَسُولَ اللّٰهِ مَا لَق۪يتُ مِنْ عَقْرَبٍ لَدَغَتْنِي البَارِحَةَ قَالَ: «أَمَا لَوْ قُلْتَ ح۪ينَ أَمْسَيْتَ: أَعُوذُ بِكَلِمَاتِ اللّٰهِ التَّامَّاتِ مِنْ شَرِّ مَا خَلَقَ, لَمْ تَضُرَّكَ»
Əbu Hureyrə (r.a.) nəql edir:
“Bir dəfə bir adam Allah Rəsulunun (s.ə.s.) hüzuruna gəldi və “Ya Rəsulallah! Dünən axşam məni əqrəb sancdı, ağrıdan əzab çəkdim,” – dedi. Peyğəmbərimiz (s.ə.s.) onun şikayətinə: “Əgər axşam düşəndə “Əuzu bi-kəlimətilləhit-təmməti min şərri mə xaləq: Məxluqatın şərindən Allahın mükəmməl kəlmələrinə sığınıram” desəydin, sənə heç bir ziyan verməzdi,” – deyə cavab verdi”. [Müslim, Zikr 55]
عَنْ أَب۪ي هُرَيْرَةَ عَنِ النَّبِيِّ أَنَّهُ كَانَ يَقُولُ إِذَا أَصْبَحَ: اَللّٰهُمَّ بِكَ أَصْبَحْنَا وَبِكَ أَمسَيْنَا وَبِكَ نَحْيَا وَبِكَ نَمُوتُ، وَإِلَيْكَ النُّشُورُ» وَإِذَا أَمْسٰى قَالَ: «اَللّٰهُمَّ بِكَ أَمْسَيْنَا، وَبِكَ نَحْيَا وَبِكَ نَمُوتُ وَإِلَيْكَ الْمَص۪يرُ»
Əbu Hureyrənin (r.a.) nəql etdiyinə görə, Peyğəmbərimiz (s.ə.s.) səhərlər belə dua edərmiş:
“Allahummə bikə asbəhnə və bikə əmseynə və bikə nəhyə və bikə nəmutu və ileykən-nuşur: Allahım! Sənin köməyinlə səhərə çıxdıq, Sənin köməyinlə axşama çatdıq. Sənin köməyinlə yaşayır, Sən istəyəndə də ölürük. (O biri aləmdə) Axirət sabahı yenə Sənə oyanacağıq (dönəcəyik)”.
Axşam olanda isə belə dua edərdi: “Allahummə bikə əmseynə və bikə nəhyə və bikə nəmutu və ileykəl-masir: Allahım! Sənin köməyinlə axşama çıxdıq. Biz Sənin köməyinlə yaşayır və Sən istəyəndə də ölürük. Yenə də Sənə dönəcəyik”. [Əbu Davud, Ədəb 101;Tirmizi, Dəavat 13]
عَنِ ابْنِ مَسْعُودٍ قَالَ: كَانَ نَبِيُّ اللّٰهِ إِذَا أَمْسٰى قَالَ: أَمْسَيْنَا وَأَمْسٰى الْمُلْكُ لِلّٰهِ وَالْحَمْدُ لِلّٰهِ، لَا إِلٰهَ إِلَّا اللّٰهُ وَحْدَهُ لَا شَر۪يكَ لَهُ » قَالَ الرَّاوِي: أُرَاهُ قَالَ فِيهِنَّ: « لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ وَهُوَ عَلٰى كُلِّ شَيْءٍ قَد۪يرٌ، رَبِّ أَسْأَلُكَ خَيْرَ مَا ف۪ي هٰذِهِ اللَّيْلَةِ وَخَيْرَ مَا بَعْدَهَا وَأَعُوذُ بِكَ مِنْ شَرِّ مَا ف۪ي هٰذِهِ اللَّيْلَةِ وَشَرِّ مَا بَعْدَهَا، رَبِّ أَعُوذُ بِكَ مِنَ الْكَسَلِ وَسُوءِ الْكِبَرِ، أَعُوذُ بِكَ مِنْ عَذَابٍ فِي النَّارِ وَعَذَابٍ فِي الْقَبْرِ» وَإِذَا أَصْبَحَ قَالَ ذٰلِكَ أَيْضًا: «أَصْبَحْنَا وَأَصْبَحَ الْمُلْكُ لِلّٰهِ»
İbn Məsud (r.a.) nəql edir:
“Peyğəmbərimiz (s.ə.s.) axşam olanda belə dua edərdi:
“Əmseynə və əmsəl-mulku lilləh, vəl-hamdu lilləh, lə iləhə illəllah vahdəhu lə şərikə ləh, ləhul-mulku və ləhul-hamdu və huvə alə kulli şeyin qadir, rabbi əs əlukə xayra mə fi həzihil-leyləti və xayra mə ba`dəhə və əuzu bikə min şərri mə fi həzihil-leyləti və şərri mə ba`dəhə, rabbi əuzu bikə minəl-kəsəli və suil-kibər, əuzu bikə min əzəbin-nar və əzəbil-qabr: Biz və bütün mülk – həqiqi sahibimiz Allaha aid olaraq axşama çıxdıq. Əzəldən əbədə bütün həmd və mədhlər Ona məxsusdur. Allahdan başqa ilah yoxdur, yalnız O, vardır. Onun tayı-bərabəri və şəriki yoxdur. Mülkün həqiqi sahibi O olduğu kimi əzəldən əbədə bütün həmdlər də Ona aiddir. O, hər şeyə qadirdir. Rəbbim! Bu gecə və bundan sonrakı gecələrin xeyrini Səndən istəyir, onların şərindən də yenə Sənə sığınıram. Ya Rəbbi, tənbəllikdən, qocalıqla gələn sıxıntılardan, Cəhənnəm və qəbir əzabından Sənə sığınıram”.
Səhər olanda da: “Əsbəhnə və əsbəhal-mulku lilləh: Biz və bütün mülk – sahibimiz Allaha aid olaraq səhərə çıxdıq,” – deyə başlayar və yuxarıdakı duada keçən “axşam” sözünün yerinə “səhər”, “gecə” sözü yerinə də “gündüz” ifadələrini qoyaraq eyni duanı oxuyardı”. [Müslim, Zikr 74]
عَنْ عَبْدِ اللّٰهِ بْنِ خُبَيْبٍ قَالَ: قَالَ ل۪ي رَسُولُ اللّٰهِ : «اِقْرَأْ قُلْ هُوَ اللّٰهُ أَحَدٌ وَالْمُعَوِّذَتَيْنِ ح۪ينَ تُمْس۪ي وَح۪ينَ تُصْبِحُ ثَلَاثَ مَرَّاتٍ تَكْف۪يكَ مِنْ كُلِّ شَيْءٍ»
Abdullah ibn Xubeyb (r.a.) Allah Rəsulunun (s.ə.s.) ona bu tövsiyələri verdiyini nəql etmişdir:
“Axşama və səhər “Qul huvallahu əhad” ilə “Muavvizəteyn” surələrini (“İxlas”, “Fəlaq” və “Nas” surələrini) üç dəfə oxu! Bu surələri oxumaq səni bütün pisliklərdən qoruyar”. [Əbu Davud, Ədəb 101; Tirmizi, Dəavat 116]
عَنْ عُثْمَانَ بْنِ عَفَّانَ قَالَ: قَالَ رَسُولُ اللّٰهِ : «مَا مِنْ عَبْدٍ يَقُولُ ف۪ي صَبَاحِ كُلِّ يَوْمٍ وَمَسَاءِ كُلِّ لَيْلَةٍ :بِسْمِ اللّٰهِ الَّذ۪ي لَا يَضُرُّ مَعَ اسْمِهِ شَيْءٌ فِي الْأَرْضِ وَلَا فِي السَّمَاءِ وَهُوَ السَّم۪يعُ الْعَل۪يمُ، ثَلَاثَ مَرَّاتٍ، إِلَّا لَمْ يَضُرَّهُ شَيْءٌ»
Osman ibn Affan (r.a.) Peyğəmbərimizin (s.ə.s) belə buyurduğunu nəql edir:
“Bir qul hər gün səhər və hər gecə axşam üç dəfə belə dua edərsə, ona heç nə zərər verə bilməz: “Bismilləhilləzi lə yədurru məasmihi şeyun fil ardi və lə fis-səməi və huvəs-səmiul-alim: O Allahın adı ilə (səhərə və ya axşama çıxdım) ki, Onun adı ilə hərəkət edib Ona sığındıqdan sonra yerdə və göydə heç bir şey zərər verə bilməz. O, hər şeyi eşidən və biləndir”. [Əbu Davud, Ədəb 101; Tirmizi, Dəavat 13]
Rəsulullah sallallahu aleyhi və səlləmin səhər və axşam namazlarında salam verdikdən sonra oxuduğu dualar. PDF olaraq yüklə لَا إِلهَ إِلَّا اللَّهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ يُحْيِي وَيُمِيتُ وَهُوَ عَلٰى كُلِّ شَيْءٍ قَدِيرٌ (10) ( 7 ) اَللَّهُمَّ أَجِرْنِي مِنَ النَّارِ اَللَّهُمَّ أَدْخِلْنَا الْجَنَّةَ، اَللَّهُمَّ اجْعَلْ خَيْرَ عُمُرِي اٰخِرَهُ وَخَيْرَ عَمَلِي خَوَاتِمَهُ وَاجْعَلْ […]
mələk , 18/08/2014 tarixində, saat 13:08
Cox sag olun cox yararlandıq
ayla , 19/08/2014 tarixində, saat 04:08
cox gozel kas her kes sabahlarini Allaha ibadetle acardi
Rafiq , 18/02/2015 tarixində, saat 15:02
ALLAH DUALARINIZI QEBUL ETSIN
Zehracan , 13/03/2015 tarixində, saat 15:03
Ya Allah salamun aleykum Allah razi olsun.
mehemmed , 24/06/2015 tarixində, saat 18:06
Allah razi olsun cox yaxsi dualardi.
nermin , 05/07/2015 tarixində, saat 19:07
Bu gece qedr gecesidir cox sagolun bu dualari oxuyaraq savab qazandiq
Ulvi , 19/07/2015 tarixində, saat 10:07
Allah qebul etsin butun dualari AMIN
heyat , 27/07/2015 tarixində, saat 11:07
Bele duaları men qeyd edib oxıyıram cox maraqlıdı sabahlarınız hemişe bele guzel dualarla acılsın
Nabi , 31/01/2016 tarixində, saat 17:01
Allah razi olsun sizlerden.
Gulya , 28/06/2016 tarixində, saat 21:06
salam bu gun Qedir gecesine oturmusam ALLAH her kesin dualarini qebul etsin icinede menim coox beyenim bu seyfeni gozel dualar var.
Zeri , 16/09/2016 tarixində, saat 22:09
Allah razi olsun