11. 614 dəfə oxunub ,   0 şərh   Çap et

إِنَّ اللّٰهَ وَمَلَائِكَتَهُ يُصَلُّونَ عَلٰى النَّبِيِّ يَا أَيُّهَا الَّذ۪ينَ آمَنُوا صَلُّوا عَلَيْهِ وَسَلِّمُوا تَسْل۪يمًا

Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər! Siz də ona salavat göndərib (onun üçün salavat deyib) layiqincə salamlayın! {“Əhzab” surəsi, 33/56}

 عَنْ أَوْسِ بْنِ أَوْسٍ  قَالَ: قَالَ رَسُولُ اللّٰهِ : «إِنَّ مِنْ أَفْضَلِ أَيَّامِكُمْ يَوْمَ الْجُمُعَةِ فَأَكْثِرُوا عَلَيَّ مِنَ الصَّلَاةِ فِيهِ فَإِنَّ صَلَاتَكُمْ مَعْرُوضَةٌ عَلَيَّ» فَقَالُوا: يَا رَسُولَ اللّٰهِ وَكَيْفَ تُعْرَضُ صَلَاتُنَا عَليْكَ وَقَدْ أَرَمْتَ؟ يَقُولُ :بَل۪يتَ قَالَ:«إِنَّ اللّٰهَ حَرَّمَ عَلَى الْأَرْضِ أَجْسَادَ الْأَنْبِيَاءِ»

Əvs ibn Əvs (r.a.) demişdir:

“Allah Rəsulu (s.ə.s.): “Sizin ən fəzilətli gününüz, şübhəsiz ki, cümə günüdür. Buna görə də o gün mənə çoxlu salavat gətirin. Çünki sizin salavat və salamlarınız mənə xüsusi təqdim edilir,” – deyəndə səhabələr soruşdular: “Ya Rəsulallah! Axı Sizin vücudunuz məzarda torpağa qarışacaq. O halda salavat və salamlarımız sizə necə təqdim olunacaq?” Allah Rəsulu (s.ə.s.): “Allah ənbiyanın (peyğəmbərlərin) vücudunu çürütməyi torpağa haram (qadağan) etmişdir,” – buyurdu. [Əbu Davud, Salat 201]

İzah: Şüşə, su, hava, aləmi-misal, ruh, ağıl, xəyal, zaman və s. kimi surətlərin təcəllisinə mümkün və məzhər olan çox şey var. Qeyri-şəffaf maddələrin surəti həm münfəsil (fasiləli, ayrı), həm də cansız sayılır. Çünki əsillərindən fərqli olduqları kimi, əsillərinin xüsusiyyətlərindən də məhrumdurlar. Nuranilərin surəti isə əsillərinə uyğundur və onun xüsusiyyətlərini daşıyır, yəni əsillərindən fərqlənmir. Buna binaən, Uca Allah günəşin hərarətini həyat, ziyasını şüur, ziyasındakı rəngləri duyğu kimi yaratmış olsa idi, sənin əlindəki aynada əks olunan günəşin surəti səninlə danışardı. Çünki o, günəşin surətində olduqca hərarəti, ziyası, rəngləri də olardı; hərarəti ilə həyat tapardı; ziyası ilə şüurlu olardı; rəngləri ilə duyğulu olardı. Belə olduqdan sonra səninlə danışa bilərdi. Bu sirrə binaən  Peyğəmbərimiz (s.ə.s.) ona oxunan bütün salavatlardan bir anda xəbərdar olur. (Məsnəviyi Nuriyə, s. 112, Şahdamar Yayınları, İstanbul, 2007)[1]

 

 عَنْ أَب۪ي هُرَيْرَةَ  قَالَ: قَالَ رَسُولُ اللّٰهِ : «رَغِمَ أَنْفُ رَجُلٍ ذُكِرْتُ عِنْدَهُ فَلَمْ يُصَلِّ عَلَيَّ»

Əbu Hureyrənin (r.a.) bəyan etdiyinə görə, Allah Rəsulu (s.ə.s.) belə buyurmuşdur:

“Yanında adım çəkiləndə mənə salavat gətirməyən adam yerlə sürünsün”. [Tirmizi, Dəavat 101]

 عَنْ أَب۪ي هُرَيْرَةَ  قَالَ: قَالَ رَسُولُ اللّٰهِ : «لَا تَجْعَلُوا قَبْر۪ي ع۪يدًا وَصَلُّوا عَلَيَّ فَإِنَّ صَلَاتَكُمْ تَبْلُغُن۪ي حَيْثُ كُنْتُمْ»

Əbu Hureyrə (r.a.) Peyğəmbərimizin (s.ə.s.) belə buyurduğunu nəql edir:

“Qəbrimi (müşriklərin və kitab-əhlinin müəyyən zaman və məkanlarda müəyyən məqsəd üçün toplaşdığı kimi) yığıncaq, mərasim və şənlik yerinə çevirməyin, mənə salavat gətirin. Çünki harada olsanız da, sizin salavatınız mənə çatır”. [Əbu Davud, Mənasiq 97]

 عَنْ فَضَالَةَ بْنِ عُبَيْدٍ  قَالَ: سَمِعَ رَسُولُ اللّٰهِ  رَجُلاً يَدْعُو ف۪ي صَلَاتِهِ وَلَمْ يَحْمَدِ اللّٰهَ تَعَالٰى وَلَمْ يُصَلِّ عَلَى النَّبِيِّ  فَقَالَ رَسُولُ اللّٰهِ : «عَجِلَ هٰذَا» ثُمَّ دَعَاهُ فَقَالَ لَهُ أَوْ لِغَيْرِهِ: إِذَا صَلّٰى أَحَدُكُمْ فَلْيَبْدَأْ بِتَحْم۪يدِ رَبِّهِ سُبْحَانَهُ وَالثَّنَاءِ عَلَيْهِ، ثُمَّ يُصَلّ۪ي عَلَى النَّبِيِّ  ثُمَّ يَدْعُو بَعْدُ بِمَا شَاءَ»

Fədalə ibn Ubeyd (r.a.) nəql edir:

“Allah Rəsulu (s.ə.s.) bir nəfərin namazdan sonra Allaha həmd etmədən və Peyğəmbərə (s.ə.s.) salavat gətirmədən dua etdiyini hiss etdi. Bu vaxt: “Bu adam tələsdi,” – dedi. Sonra onu yanına çağırdı. Həm ona, həm də oradakılara bu tövsiyələri verdi: “Namazdan sonra duaya Allaha həmd və səna ilə başlayın. Sonra Peyğəmbərə (s.ə.s.) salavat gətirin. Daha sonra istədiyiniz şəkildə dua edin”. [Əbu Davud, Vitr 23]

 عَنْ أَب۪ي مَسْعُودٍ الْبَدْرِيِّ  قَالَ: أَتَانَا رَسُولُ اللّٰهِ  وَنَحْنُ ف۪ي مَجْلِسِ سَعْدِ بْنِ عُبَادَةَ  فَقَالَ لَهُ بَش۪يرُ بْنُ سَعْدٍ: أَمَرَنَا اللّٰهُ أَنْ نُصَلِّيَ عَلَيْكَ يَا رَسُولَ اللّٰهِ فَكَيْفَ نُصَلّ۪ي عَلَيْكَ؟ فَسَكَتَ رَسُولُ اللّٰه ، حَتّٰى تَمَنَّيْنَا أَنَّهُ لَمْ يَسْأَلْهُ، ثُمَّ قَالَ رَسُولُ اللّٰهِ ، قُولُوا: اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَعَلٰى آلِ مُحَمَّدٍ، كَمَا صَلَّيْتَ عَلٰى آلِ إِبْرَاه۪يمَ وَبَارِكْ عَلٰى مُحَمَّدٍ وَعَلٰى آلِ مُحَمَّدٍ، كَمَا بَارَكْتَ عَلٰى آلِ إِبْرَاه۪يمَ، إِنَّكَ حَم۪يدٌ مَج۪يدٌ وَالسَّلَامُ كَمَا قَدْ عَلِمْتُمْ»

Əbu Məsud əl-Bədri (r.a.) demişdir:

“Biz Sad ibn Ubadənin (r.a.) yanında idik, bu vaxt Allah Rəsulu (s.ə.s.) yanımıza gəldi. Bəşir ibn Sad: “Ya Rəsulallah! Allah Sənə salavat gətirməyi əmr etdi. Yaxşı, necə salavat gətirməliyik?” – deyə soruşdu. Allah Rəsulu (s.ə.s.) bir qədər səssiz dayandı. O qədər sükut etdi ki, öz-özümüzə: “Kaş soruşmayaydı,” – dedik. Sonra Allah Rəsulu (s.ə.s.): “Siz belə salavat gətirin: “Allahummə salli alə Muhammədin və alə əli Muhamməd, kəmə salleytə alə əli İbrahim və bərik alə Muhammədin və alə ali Muhamməd, kəmə bəraktə alə ali İbrahim, innəkə hamidun məcid,” – dedi və ardınca da: “Salam da bildiyiniz kimidir,” – buyurdu”. [Müslim, Salat 65]

Hədisdəki salavatın məalı: “Allahım! İbrahimin (ə.s.) ailəsinə mərhəmət etdiyin kimi, Məhəmmədə (s.ə.s.) və ailəsinə də mərhəmət elə. Allahım! İbrahimin (ə.s.) ailəsinə xeyir və bərəkət verdiyin kimi, Məhəmmədə (s.ə.s.) və ailəsinə də xeyir və bərəkət ver. Şübhəsiz, Sən Hamid (bütün həmdlərə, mədhlərə layiq) və Məcidsən (bol-bol xeyir və ehsan verən Ucalardan Ucasan)!”

 عَنْ أَب۪ي حُمَيْدٍ السَّاعِدِيِّ  قَالَ: قَالوُا يَا رَسُولَ اللّٰهِ كَيْفَ نُصَلّ۪ي عَلَيْكَ؟ قَالَ: «قُولُوا: اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَعَلٰى أَزْوَاجِهِ وَذُرِّيَّتِهِ كَمَا صَلَّيْتَ عَلٰى إِبْرَاه۪يمَ، وَبَارِكْ عَلٰى مُحَمَّدٍ وَعَلٰى أَزْوَاجِهِ وَذُرِّيَّتِهِ كَمَا بَارَكْتَ عَلٰى إِبْرَاه۪يمَ، إِنَّكَ حَم۪يدٌ مَج۪يدٌ»

Əbu Humeyd əs-Səidi (r.a.) rəvayət edir: “Səhabələr: “Ey Allahın Rəsulu! Sənə necə salavat gətirək?” – deyə Rəsulullaha sual verdilər. Rəsulullah buyurdu: “Allahummə salli alə Muhammədin və alə əzvacihi və zurriyətihi kəmə salleytə alə İbrahim və bərik alə ali Muhammədin və alə əzvacihi və zurriyətihi kəmə bəraktə alə İbrahim, innəkə hamidun məcid”. [Buxari, Dəavat 33; Müslim, Salat 69]

Hədisədəki salavatın məalı: “Allahım! İbrahimin (ə.s.) ailəsinə mərhəmət etdiyin kimi, Məhəmmədə (s.ə.s.), pak zövcələrinə və nəslinə də mərhəmət elə. İbrahimə (ə.s.) xeyir və bərəkət verdiyin kimi, Məhəmmədə (s.ə.s.), pak zövcələrinə və nəslinə də xeyir və bərəkət ehsan et. Şübhəsiz, Sən Hamid (bütün həmdlərə, mədhlərə layiq) və Məcidsən (bol-bol xeyir və ehsan verən Ucalardan Ucasan)!”


[1] Məsnəviyi Nuriyə, s. 112, Şahdamar Yayınları, İstanbul, 2007.



Açar sözləri

salat salavat

Bənzər məqalələr

Salavat gətirməyin hikmətləri

Sual: Bizim salavat gətirməyimizlə Cənabi-Allah Peyğəmbərimizə rəhmətini və salamını endirirmi? Onsuz da Cənabi-Allah Ona rəhmətini lütf edir. Bizim salavat gətirməyimizin hikməti nədir?

Salavat gətirməyin hikməti

Hər fürsətdə Peyğəmbərimizə (əleyhissəlatu vəssalam) səlat və salam göndərmək bir vəfa borcudur. Çünki hər bir səlat və salam həm Onun peyğəmbərliyini bir daha təbrik etmək, həm gətirdiyi əbədi səadət müjdəsinə bir təşəkkür bildirmək və həm də fərmanlarına itaət və beyəti təzələmək mənasına gəlir

Salavat – 1

Allahım, sirlər səmasının günəşi, nurların məzhəri, cəlal dairəsinin mərkəzi, camal aləminin qütbü olan Muhəmmədin ilahi isimlərə əhadiyyət təcəllisinə ən yüksək dərəcədə layiq görülmüş lətif zatına səlat et!

Rəsulullahın (s.ə.s) adı çəkiləndə niyə salət və salam oxunur?

Peyğəmbərimiz (s.ə.s) bir hədisində belə buyurur: “Qiyamət günü mənə ən yaxın insan ən çox salavat gətirəndir”.

Təfriciyə duası

Allahım! Adı ilə bütün düyünlərin açıldığı, sıxıntıların dağıldığı, ehtiyacların qarşılandığı, istəklərin, gözəl nəticələrin əldə edildiyi və mübarək üzü hörmətinə buludlardan yağmurun yağdığı Peyğəmbərimiz Məhəmmədə (s.ə.s.) səlat və salam olsun.


Şərh yaz