1. 503 dəfə oxunub ,   0 şərh   Çap et

وَلِلّٰهِ عَلَى النَّاسِ حِجُّ الْبَيْتِ مَنِ اسْتَطَاعَ إِلَيْهِ سَب۪يلاً وَمَنْ كَفَرَ فَإِنَّ اللّٰهَ غَنِيٌّ عَنِ الْعَالَم۪ينَ

Onun yoluna (ərzaq, minik, və sağlamlıq baxımından) gücü çatan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur. Kim bunu (bu borcu) inkar edərsə (özü­nə zülm etmiş olar). Əlbəttə, Allah aləmlərə (heç kəsə) möhtac deyildir! {“Ali İmran” surəsi,  3/97}

 عَنْ أَب۪ي هُرَيْرَةَ  قَالَ: خَطَبَنَا رَسُولُ اللِّٰه  فَقَالَ: «يَا أَيُّهَا النَّاسُ إِنَّ اللّٰهَ قَدْ فَرَضَ عَلَيْكُمُ الْحَجَّ فَحُجُّوا» فَقَالَ رَجُلٌ: أَكُلَّ عَامٍ يَا رَسُولَ اللّٰهِ؟ فَسَكَتَ، حَتّٰى قَالَهَا ثَلَاثًا . فَقَالَ رَسُولُ اللّٰهِ : «لَوْ قُلْتُ نَعَمْ لَوَجَبَتْ وَلَمَا اسْتَطَعْتُمْ» ثُمَّ قَالَ: «ذَرُونيِ مَا تَرَكْتُكُمْ فَإِنَّمَا هَلَكَ مَنْ كَانَ قَبْلَكُمْ بِكَثْرَةِ سُؤَالِهِمْ وَاخْتِلَافِهِم عَلٰى أَنْبِيَائِهِمْ فَإِذَا أَمَرْتُكُمْ بِشَيْءٍ فَأْتُوا مِنْهُ مَا اسْتَطَعْتُمْ وَإِذَا نَهَيْتُكُمْ عَنْ شَيْءٍ فَدَعُوهُ ».

Əbu Hureyrə (r.a.) rəvayət edir:

“Allah Rəsulu  (s.ə.s.) bizə xitab etdi: “Ey insanlar! Allah-Təala həcc ibadətini sizə fərz buyurdu və siz də onu layiqincə yerinə yetirin”. Bu əsnada bir səhabə: “Hər il, ya Rəsulallah?” – deyə soruşdu. Peyğəmbərimiz (s.ə.s.) cavab verməyib susdu. O adam sualını üç dəfə təkrar edəndə Peyğəmbərimizin (s.ə.s.) bundan xoşu gəlmədi və “Əgər “bəli” desəydim, həcc sizə hər il fərz olardı və sizin buna gücünüz çatmazdı,” – buyurdu. Arxasınca da hamımıza bunu xatırlatdı: “Mən (yeni bir dini hökmü bildirib) sizi mükəlləf etmədikcə məni özümlə baş-başa qoyun (yəni bu məsələləri soruşmayın). Çünki sizdən əvvəlki ümmətlərin həlakına aparan səbəb peyğəmbərlərinə (əziyyət və sıxıntı verən yerli-yersiz) çox sual vermələri və (ardınca da bu hökmləri yerinə yetirə bilməyib) onlara üsyan etmələri olmuşdur. Ona görə də sizə bir şeyi əmr edəndə, onu gücünüz çatdığı qədər yerinə yetirməyə çalışın. Bir şeyi də qadağan edəndə ondan uzaq olun”. [Müslim, Həcc 412]

 عَنْ أَب۪ي هُرَيْرَةَ : سَمِعْتُ رَسُولَ اللّٰهِ  يَقُولُ: «مَنْ حَجَّ فَلَمْ يَرْفُثْ وَلَمْ يَفْسُقْ رَجَعَ كَيَوْمَ وَلَدَتْهُ أُمُّهُ»

Əbu Hureyrə (r.a.) Allah Rəsulunun (s.ə.s.) belə buyurduğunu nəql etmişdir:

“Kim həcc ibadətini yerinə yetirərkən şəhəvi istəklərinə hakim olub çirkin söz və davranışlardan çəkinər, böyük günah işləməyib kiçik günahları da davam etdirməzsə, dünyaya gəldiyi gün kimi (tərtəmiz, pak və günahsız olaraq həcdən) qayıdar”. [Buxari, Həcc 4; Müslim, Həcc 438]

 عَنْ عَائِشَةَ،  قَالَتْ: قُلْتُ يَا رَسُولَ اللّٰهِ نَرٰى الْجِهَادَ أَفْضَلَ الْعَمَلِ أَفَلَا نُجَاهِدُ؟ فَقَالَ: «لَكُنَّ أَفْضَلُ الْجِهَادِ حَجٌّ مَبْرُورٌ».

Həzrəti Aişə (r.anhə) nəql edir:

“(Mən) Rəsulullaha (s.ə.s.): “Ya Rəsulallah! Cihadı ən fəzilətli əməl bilirik. Biz qadınlar cihada getməyəcəyik?” – deyə sual verdim. Buyurdu: “Sizin üçün ən fəzilətli cihad həcci-məbrurdur (yəni Allah və qul haqqına riayət olunmaqla edilən məqbul həcdir)”. [Buxari, Həcc 4]

 عَنْ عَائِشَةَ  أَنَّ رَسُولَ اللّٰهِ ، قَالَ: «مَا مِنْ يَوْمٍ أَكْثَرَ مِنْ أَنْ يَعْتِقَ اللّٰهُ فِيهِ عَبْدًا مِنَ النَّارِ مِنْ يَوْمِ عَرَفَةَ»

Həzrəti Aişənin (r.anhə) nəql etdiyinə görə, Allah Rəsulu (s.ə.s.) belə buyurmuşdur:

“(İl ərzində) Allahın qullarını Cəhənnəmdən ən çox azad etdiyi gün (Qurban bayramından əvvəlki) Ərəfə günüdür”. [Müslim, Həcc 436]

 عَنِ ابْنِ عَبَّاسٍ   أَنَّ النَّبِيَّ  قَالَ: «عُمْرَةٌ في رَمَضَانَ تَعْدِلُ حَجَّةً أَوْ حَجَّةً مَعِي»

Abdullah ibn Abbas (r.anhumə) Allah Rəsulunun (s.ə.s.) belə buyurduğunu nəql edir:

“Ramazan ayında edilən ümrə bir həccə və ya mənimlə birlikdə edilən həccə bərabərdir”. [Buxari, Ümrə 4; Müslim, Həcc 221]

 عَنْ لَق۪يطِ بْنِ عَامِرٍ  أَنَّهُ أَتٰى النَّبِيَّ  فَقَالَ: إِنَّ أَب۪ي شَيْخٌ كَب۪يرٌ لَا يَسْتَط۪يعُ الْحَجَّ وَلَا الْعُمْرَةَ وَلَا الظَّعَنَ، قَالَ: «حُجَّ عَنْ أَب۪يكَ وَاعْتَمِرْ».

Laqit ibn Amir (r.a.) nəql edir: “Peyğəmbərimizin (s.ə.s.) hüzuruna  gələrək: “Atam bir piri-fanidir (olduqca yaşlı və zəifdir), nə həcc və ümrəyə gedə bilir, nə də səfərə çıxa bilir. Nə etmək lazımdır?” – deyə sual verdim. Buyurdu: “Onda sən atanın yerinə ümrə et”. [Əbu Davud, Mənasiq 25; Tirmizi, Həcc 87]

 عَنِ ابْنِ عَبَّاسٍ   أَنَّ النَّبِيَّ  لَقِيَ رَكْبًا بِالرَّوْحَاءِ فَقَالَ: «مَنِ الْقَوْمُ؟» قَالُوا: الْمُسْلِمُونَ. قَالُوا: مَنْ أَنْتَ؟ قَالَ: «رَسُولُ اللّٰهِ» فَرَفَعَتِ امْرَأَةٌ صَبِيًّا فَقَالَتْ أَلِهٰذَا حَجٌّ؟ قَالَ: «نَعَمْ وَلَكِ أَجْرٌ».

İbn Abbas (r.anhumə) nəql edir:

“Allah Rəsulu (s.ə.s.) ər-Ravha adlı yerdə bir dəstə adamla qarşılaşdı və: “Siz kimsiniz?” – deyə soruşdu. Onlar: “Biz müsəlmanlarıq, bəs sən kimsən?” – dedilər. Peyğəmbərimiz (s.ə.s.): “Mən Allahın Rəsuluyam,” – deyə cavab verdi. Bu vaxt dəstədən bir qadın bir uşağı yuxarı qaldırıb: “Bu uşağa həcc düşür?” – deyə sual verdi. Allah Rəsulu (s.ə.s.): “Bəli, (o, nafilə həcc etmiş sayılır), sənə də ayrıca savab yazılır”. [Müslim,  Həcc 409]




Bənzər məqalələr

Borc alaraq həccə getmək

maddi cəhətdən həcc etmə imkanına sahib olmayan şəxslərin borc alaraq həccə getmələri şərt deyildir. Buna baxmayaraq borc alaraq həccə gedilərsə, həcc ibadəti məqbul sayılır

Zilhiccə orucu

Rəsulullah (s.a.s.) dörd şeyi tərk etməzdi; Aşura orucu, zilhiccənin ilk on günü və hər ayda üç gün oruc tutmağı, sübh namazından əvvəl iki rükət namaz qılmağı.

Həccin tərifi və mahiyyəti

Həcc Məkkə şəhərindəki Kəbəni və ətrafındakı müqəddəs sayılan xüsusi yerləri, müəyyən vaxtda, əvvəlcədən həcc niyyəti ilə ehrama girərək üsuluna görə, yəni vəqfə və təvaf edərək ziyarət etməkdən ibarət, şərtlərindən biri sayılan mal və bədənlə yerinə yetirilən ibadətdir.

Həccin növləri

Dini hökmlər baxımından həcc fərz, vacib və nafilə olmaqla üç yerə bölünür. Həcc fərz olan (yəni Həccə getməyin şərtlərinə cavab verən) Müsəlmanların bir dəfə həccə getməsi fərzdir. Həcc fərz olmayan Müsəlman həcc etməyi nəzir deyərsə, bunu yerinə yetirməsi vacibdir.

Həccin fərz olmasının dəlilləri

Beytullahı Hz. İbrahim (ə.s) və oğlu İsmail (ə.s) inşa etmiş və birinci həcc ibadəti o dövrdə başlamışdır. Aşağıdakı ayələrdə həccin başlanğıcı haqqında belə buyurulur: “Bir vaxtlar İbrahimə, Beytullahın yerini hazırlamış və (ona belə demişdik): “Mənə heç bir şeyi şərik qoşma Beytumi (evimi) təvaf edənlər, namaz qılanlar, rükü və səcdə edənlər üçün yaxşı bir şəkildə təmizlə.”


Şərh yaz