1. 560 dəfə oxunub ,   0 şərh   Çap et

 

 عَنِ ابْنِ عُمَرَ   قَالَ: قَالَ رَسُولُ اللّٰهِ  «لَايُقِيمَنَّ أَحَدُكُمْ رَجُلًا مِنْ مَجْلِسِهِ ثُمَّ يَجْلِسُ فِيهِ وَلٰكِنْ تَوَسَّعُوا وَتَفَسَّحُوا» وَكَانَ ابْنُ عُمَرَ إِذَا قَامَ لَهُ رَجُلٌ مِنْ مَجْلِسِهِ لَمْ يَجْلِسْ فِيهِ.

İbn Ömərin (r.anhumə) nəql etdiyinə görə, Allah Rəsulu (s.ə.s.) belə buyurmuşdur:

“Heç kim başqasını yerindən qaldırıb yerində oturmasın. Belə vəziyyətdə yeni gələnlər üçün halqanı genişləndirmək və yer açmaq lazımdır”. Buna görə də İbn Ömər (r.anhumə) qalxıb yerini ona ve­rənlərin yerində oturmazdı”. [Buxari, İstizan 31; Müslim, Salam 28]

 عَنْ أَب۪ي هُرَيْرَةَ  قَالَ: قَالَ رَسُولُ اللّٰهِ: «مَنْ جَلَسَ ف۪ي مَجْلِسٍ فَكَثُرَ فِيهِ لَغَطُهُ فَقَالَ قَبْلَ أَنْ يَقُومَ مِنْ مَجْلِسِهِ ذٰلِكَ: سُبْحَانَكَ اللّٰهُمَّ وَبِحَمْدِكَ أَشْهَدُ أَنْ لَا إِلٰهَ إِلَّا أَنْتَ أَسْتَغْفِرُكَ وَأَتَوبُ إِلَيْكَ، إِلَّا غُفِرَ لَهُ ماَ كَانَ ف۪ي مَجْلِسِهِ ذٰلِكَ»

Əbu Hureyrə (r.a.) Allah Rəsulunun (s.ə.s.) belə buyurduğunu rəvayət edir: “Kim bir məclisdə oturub orada olduğu müddətdə boş, mənasız şeylər danışandan sonra məclisi tərk etmədən: “Allahım, Səni Sənə layiq həmdlə hər cür nöqsandan tənzih edirəm. Səndən başqa məbud olmamasına şəhadət gətirir, Səndən əfv diləyir və (günahlarıma görə) tövbə edirəm,” – deyərsə o məclisdə (faydasız sözlər danışmaqla) işlədiyi günahı bağışlanar”. [Tirmizi, Dəavat 39]

 عَنِ ابْنِ عُمَرَ   قَالَ: قَلَّمَا كَانَ رَسُولُ اللّٰهِ  يَقُومُ مِنْ مَجْلِسٍ حَتّٰى يَدْعُوَ بِهٰؤُلَاءِ الدَّعَوَاتِ «اَللّٰهُمَّ اقْسِمْ لَنَا مِنْ خَشْيَتِكَ مَا تَحُولُ بِهِ بَيْنَنَا وَبَيْنَ مَعْصِيَتِكَ وَمِنْ طَاعَتِكَ مَا تُبَلِّغُنَا بِهِ جَنَّتَكَ وَمِنَ الْيَق۪ينِ مَا تُهَوِّنُ بِهِ عَلَيْنَا مَصَائِبَ الدُّنْيَا. اَللّٰهُمَّ مَتِّعْنَا بِأَسْمَاعِناَ وَأَبْصَارِناَ وَ قُوَّتِنَا مَا أَحْيَيْتَنَا وَاجْعَلْهُ الْوَارِثَ مِنَّا وَاجْعَلْ ثَأْرَنَا عَلٰى مَنْ ظَلَمَنَا وَانْصُرْنَا عَلٰى مَنْ عَادَانَا وَلَا تَجْعَلْ مُص۪يبَتَنَا ف۪ي د۪ينِنَا وَلَا تَجْعَلِ الدُّنْيَا أَكْبَرَ هَمِّنَا وَلَا مَبْلَغَ عِلْمِنَا وَلَا تُسَلِّطْ عَلَيْنَا مَنْ لَا يَرْحَمُناَ»

Abdullah ibn Ömər (r.anhumə) demişdir ki, Allah Rəsulu (s.ə.s.) adətən bu duanı oxumadan bir məclisdən qalxmazdı: “Allahım, bizə elə bir xəşyət və məxafət (Allah qorxusu) hissi lütf et ki, nə vaxt Sənə üsyana cəhd göstərsək, qarşımıza çıxıb bizə mane olsun. Bizi Cənnətinə aparan ibadət və qulluqda müvəffəq et. İmanımızı yəqin mərtəbəsinə yüksəlt ki, dünya müsibətləri (məşəqqətləri) gö­zümüzdə yüngülləşsin. Allahım, bizi yaşatdığın müddətdə qulaqlarımızdan, gözlərimizdən və gücümüzdən yararlanmağı  nə­sib et. (Sənin yolunda bu nemətlərdən düzgün istifadə etməyi nə­sib elə). Vəfat edənə qədər də bizləri onlardan məhrum etmə. Bizə haqsızlıq edib zülm edənlərə həddini bildir və düşmənlərimizlə mübarizədə bizə yardım elə və bizi müzəffər et. Bizi (ən böyük müsibət olan) dini müsibətlərə məruz qoyma. Dünyanı ən böyük qayəmiz, kədərimiz və elmimizin son məqsədi etmə. Bizi zalım, mərhəmətsiz, haqq-hüquq tanımayan insafsızların əlinə vermə!”  [Tirmizi, Dəavat 80]




Bənzər məqalələr

Dəstəmaz

Dəstəmaz nədir? Dəstəmazın növləri hansılardır? Dəstəmazın fərzləri və sünnələri, Dəstəmaz necə alınır? Dəstəmazı pozan hallar hansılardır? Üzrlü şəxs necə dəstəmaz almalıdır.

Valideynlərlə münasibətin ədəbi

Əvvəlcə Qurani-Kərim ayələrinə baxaq. Allah “İsra” surəsində buyurur

Qəbir ziyarəti ədəbi

Qəbir ziyarəti müsəlman kişi və qadınlar üçün məndubdur.

Tualet ədəbləri

Tualetə girərkən barmaqda Allah və Hz Muhəmmədin (s.ə.s) adı yazılı üzük, ciblərdə Quran ayəsi yazılı səhifə və ya Quranın tamamı və bir hissəsi olan kitab varsa, bunlar bayırda bir yerə qoymalıdır.

Rəsulullahın səfər ədəbi

Səfər – yol getmək, bir yerdən başqa yerə gedib-gəlmək, səyahət, yolçuluq və s. mənalarını verir. Səfərlər insan həyatının ayrılmaz parçasıdır. İnsanlar adətən ticarət etmək, elm öyrənmək, qohum-əqrəbaları ziyarət etmək, dinin vacib əmrlərini yerinə yetirmək məqsədi ilə səfərə çıxırlar. Səfərdə əsas meyar dinin halal saydığı bir məqsədə xidmət etməsi və bu məqsədin Allahın rizasına zidd olmamasıdır.


Şərh yaz