2. 196 dəfə oxunub ,   0 şərh   Çap et

 

وَإنَّكَ لَعَلٰى خُلُقٍ عَظ۪يمٍ

Şübhəsiz ki, sən Quran mühtəvalı, ilahi mehvərli ən uca əxlaq üzərindəsən! {“Qaləm” surəsi, 68/4}

وَالْكَاظِم۪ينَ الْغَيْظَ وَالْعَاف۪ينَ عَنِ النَّاسِ

O müttəqilər qəzəblərini udar, insanların qüsurlarını bağışlayarlar. {“Ali İmran” surəsi, 3/134}

 عَنْ أَنَسٍ  قَالَ: مَا مَسِسْتُ د۪يبَاجًا وَلَا حَر۪يرًا أَلْيَنَ مِنْ كَفِّ رَسُولِ اللّٰهِ ، وَلَا شَمِمْتُ رَائِحَةً قَطُّ أَطْيَبَ مِنْ رَسُولِ اللّٰهِ ، وَلَقَدْ خَدَمْتُ رَسُولَ اللّٰهِ عَشْرَ سِن۪ينَ فَمَا قَالَ ل۪ي قَطُّ: أُفٍّ، وَلَا قَالَ لِشَيْءٍ فَعَلْتُهُ لِمَ فَعَلْتَهُ؟ وَلَا لِشَيْءٍ لَمْ أَفْعَلْهُ: أَلَا فَعَلْتَ كَذَا؟

Hz. Ənəs (r.a.) Peyğəmbərimizin  (s.ə.s.)  belə buyurduğunu rəva­yət etmişdir:

“Mən Allah Rəsulunun (s.ə.s.) əllərindən yumşaq nə bir atlas, nə də ipəyə toxunmuşam. Onun qoxusundan xoş ətir qoxulamamışam. Peyğəmbərimizə (s.ə.s.) düz on il xidmət etdim. Mənə bir dəfə də “of” demədi. Gördüyüm bir işə görə “Niyə etdin?”, görmədiyim bir işə görə də ”Niyə etməmisən?” dediyini eşitmədim”. [Buxari, Mənaqib 23; Müslim, Fədail 82]

 عَنْ أَبِي الدَّرْدَاءِ: أَنَّ النَّبِيَّ  قَالَ: «مَا مِنْ شَيْءٍ أَثْقَلُ ف۪ي م۪يزَانِ الْمُؤْمِنِ يَوْمَ الْقِيَامَةِ مِنْ حُسْنِ الْخُلُقِ. وَإِنَّ اللّٰهَ يُبْغِضُ الْفَاحِشَ الْبَذِيَّ»

Əbu Dərdanın (r.a.) nəql etdiyinə görə, Peyğəmbərimiz (s.ə.s.) belə buyurmuşdur:

“Qiyamət günü möminin tərəzisində ən ağır gələn şey gözəl əxlaqıdır. (O, ən çox savabı gözəl əxlaqına görə qazanacaq). Allah-Təala tamam pozulub pis əməllər işləyən, çirkin və pis şeylər dilindən düşməyən adamı sevməz”. [Tirmizi, Birr 61]

 عَنْ عَائِشَةَ  قَالَتْ سَمِعْتُ رَسُولَ اللّٰهِ يَقُولُ: «إِنَّ الْمُؤْمِنَ لَيُدْرِكُ بِحُسْنِ خُلُقِهِ دَرَجَةَ الصَّائِمِ الْقَائِمِ»

Həzrəti Aişə (r.anha) nəql edir:

“Allah Rəsulunun (s.ə.s.) belə buyurduğunu eşitdim: “Mömin gözəl əxlaqı sayəsində gündüzü orucla, gecələri də namazla keçirən insanların məqamına ucalar”. [Əbu Davud, Ədəb 7]

 عَنْ أَب۪ي أُمَامَةَ الْبَاهِلِيِّ  قَالَ: قَالَ رَسُولُ اللّٰهِ: «أَنَا زَع۪يمٌ بِبَيْتٍ ف۪ي رَبَضِ الْجَنَّةِ لِمَنْ تَرَكَ الْمِرَاءَ وَإِنْ كَانَ مُحِقًّا، وَبِبَيْتٍ ف۪ي وَسَطِ الْجَنَّةِ لِمَنْ تَرَكَ الكَذِبَ وَإِنْ كَانَ مَازِحًا، وَبِبَيْتٍ ف۪ي أَعْلٰى الْجَنَّةِ لِمَنْ حَسُنَ خُلُقُهُ»

Əbu Ümamə əl-Bəxili (r.a.) Allah Rəsulunun (s.ə.s.) belə buyurduğunu nəql edir:

“Münaqişə və mübahisədən – haqlı belə olsa – uzaq durana Cənnətin kənarında bir köşk veriləcəyinə zaminəm. Zarafatla da olsa, yalan danışmayana Cənnətin ortasında bir qəsr ayrılacağına zaminəm. Gözəl əxlaqlı insana da Cənnətin ən yuxarı hissəsindən bir köşk veriləcəyinə zaminəm”. [Əbu Davud, Ədəb 7]

 عَنْ جَابِرِ بْنِ عَبْدِ اللّٰهِ  أَنَّ رَسُولَ اللّٰهِ  قَالَ: «إِنَّ مِنْ أَحَبِّكُمْ إِلَيَّ وَأَقْرَبِكُمْ مِنّ۪ي مَجْلِسًا يَوْمَ الْقِيَامَةِ أَحَاسِنُكُمْ أَخْلَاقًا، وَإِنَّ أَبْغَضَكُمْ إِلِيَّ وَأَبْعَدَكُمْ مِنّ۪ي يَوْمَ الْقِيَامَةِ الثَّرْثَارُونَ وَالْمُتَشَدِّقُونَ وَالْمُتَفَيْهِقُونَ.» قَالُوا يَا رَسُولَ اللّٰهِ قَدْ عَلِمْنَا «الثَّرْثَارُونَ وَالْمُتَشَدِّقُونَ» فَمَا الْمُتَفَيْهِقُونَ قَالَ: الْمُتَكَبِّرُونَ

Cabir ibn Abdullahın (r.a.) nəql etdiyinə görə, Allah Rəsulu (s.ə.s.) belə buyurmuşdur:

“Doğrusu, sizin aranızda ən çox sevdiyim və Qiyamət günü məclisimə ən yaxın olan insanlar ən gözəl əxlaqlılardır. Aranızda sevmədiyim və Qiyamət günü məndən ən uzaq olanlar isə (özünü göstərmək üçün) boşboğazlıq edənlər, sözü uzadanlar, (“nə gözəl danışır” desinlər deyə) sözlərini bəzəyənlərdir”. [Tirmizi, Birr 71]

İzah: Səhabələr Peyğəmbərimizə (s.ə.s.) ən çox sevmədiyi və Qiyamət günü Ondan ən uzaq olan adamların üçüncü zümrəsi haqda sual vermiş, Allah Rəsulu (s.ə.s.) da onların kibrlilər, lovğalar olduğunu bildirmişdir”.



Açar sözləri

gözəl əxlaq

Bənzər məqalələr

Helm nədir?

Həlimlik həmçinin xoşagəlməz hallarda səbir etmə, təhrikedici hadisələr zamanı soyuqqanlılığı qoruma, təmkinli və ciddi olma, kədərli mənzərələrlə üzləşəndə özünü ələ alma xüsusiyyətlərini də ehtiva edən gözəl əxlaqdır.


Şərh yaz