2. 480 dəfə oxunub ,   0 şərh   Çap et

 

وَلَا تَمْشِ فِي الْأَرْضِ مَرَحًا

Yer üzündə təkəbbürlə gəzib dolaşma. {“İsra” surəsi, 17/37}

وَلَا تُصَعِّرْ خَدَّكَ لِلنَاسِ وَلَا تَمْشِ في الْأَرْضِ مَرَحًا إنَّ اللّٰهَ لَا يُحِبُّ كُلَّ مُخْتَالٍ فَخُورٍ

Adamlardan təkəbbürlə üz çevirmə, yer üzündə lovğa-lovğa gəzib dolaşma. Həqiqətən, Allah heç bir özündən razını, lovğalanıb fəxr edəni sevməz!  {“Loğman” surəsi, 31/18}

إنَّ قَارُونَ كَانَ مِنْ قَوْمِ مُوسٰى فَبَغٰى عَلَيْهِمْ وَآتَيْنَاهُ مِنَ الْكُنُوزِ مَا إنَّ مَفَاتِحَهُ لَتَنُوءُ بِالْعُصْبةِ أُولِي الْقُوَّةِ إذْ قَالَ لَهُ قَوْمُهُ لَا تَفْرَحْ إِنَّ اللّٰهَ لَا يُحِبُّ الْفَرِح۪ينَ

Həqiqətən, (yoldan azan) Qarun Musa qövmündən (Musanın əmisi oğlu) idi. Onlara (İsrail oğullarına) qarşı (zülm etməkdə, Musanın üzünə ağ olmaqda və özünü yuxarıdan aparmaqda) həddini aşmışdı. Biz ona açarlarını bir dəstə güclü adamın zorla daşıya biləcəyi xəzinələr ver­mişdik. Qövmü ona belə dedi: “(Malınla qürrələnib) sevinmə. Şüb­həsiz ki, Allah qürrələnənləri sevməz! {“Qasas” surəsi, 28/76}

تِلْكَ الدَّارُ الْآخِرَةُ نَجْعَلُهَا لِلَّذ۪ينَ لَا يُر۪يدُونَ عُلُوًّا فِي الْأَرْضِ وَلَا فَسَادًا وَالْعَاقِبةُ لِلْمُتَّق۪ينَ

Biz bu axirət yurdunu yer üzündə təkəbbürlük etməyənlərə və fitnə-fəsad törətməyənlərə qismət edərik. (Ən gözəl) aqibət an­caq Allahdan qorxub pis əməllərdən çəkinənlərindir! {“Qasas” surəsi, 28/83}

 عَنْ عَبْدِ اللّٰهِ بْنِ مَسْعُودٍ  عَنِ النَّبِيِّ  قَالَ: «لَا يَدْخُلُ الْجَنَّةَ مَنْ كَانَ ف۪ي قَلْبِهِ مِثْقَالُ ذَرَّةٍ مِنْ كِبْرٍ» فَقَالَ رَجُلٌ: إِنَّ الرَّجُلَ يُحِبُّ أَنْ يَكُونَ ثَوْبُهُ حَسَنًا وَنَعْلُهُ حَسَنَةً قَالَ: «إِنَّ اللّٰهَ جَم۪يلٌ يُحِبُّ الْجَمَالَ، اَلْكِبْرُ بَطَرُ الحَقِّ وَغَمْطُ النَّاسِ»

Abdullah ibn Məsud  (r.a.) nəql etmişdir: “Peyğəmbərimiz (s.ə.s.): “Qəlbində zərrə qədər kibr (lovğalıq, təşəxxüs) olan adam Cən­nətə girə bilməz,” – buyurdu. Bir nəfər sözə qarışaraq: “Amma insan libas və ayaqqabısının gözəl olmasını arzu edir, buna nə bu­yurursunuz?” – dedi.  Peyğəmbərimiz (s.ə.s.) məsələni belə izah etdi: “Allah Cəmildir (gözəldir, bütün gözəllikləri yaradandır), buna görə də gözəlliyi sevir. Kibr isə haqqı rədd etmək və insanlara xor baxmaqdır”. [Müslim, İman 147]

 عَنْ حَارِثَةَ بْنِ وَهْبٍ  قَالَ: سَمِعْتُ رَسُولَ اللّٰهِ  يَقُولُ: «أَلَا أُخْبِرُكُمْ بِأَهْلِ النَّارِ؟ كُلُّ عُتُلٍّ جَوَّاظٍ مُسْتَكْبِرٍ»

 

Harisə ibn Vəhb (r.a.) rəvayət edir: Allah Rəsulunun (s.ə.s.) belə buyurduğunu eşitmişdim:

“Sizə kimlərin cəhənnəmlik olduğunu xəbər verimmi? On­­lar daşqəlbli, qəddar, kobud, xəsis və lovğalanan təkəbbürlü in­­san­lar­dır”. [Buxari, Eyman 9, Təfsiru surə 68/1, Ədəb 61; Müslim, Cənnət 47]

İzah: Utul – haqqa qərəzli yanaşan, müxatəbin fikrini qəbul etməyən və lüzumsuz yerə düşmənçilik edən, qatı, kobud və qəddar adam mənasındadır.

Cəvvaz – həmişə mal-dövlət yığdığı və əlinə fürsət düşən kimi yeyib-içdiyi halda möhtac insanlara qarşı daşqəlbli, mərhəmətsiz olan, xeyir iş görməkdən xoşlanmayan, yerişindən təkəbbür (kibr) ya­­ğan, qaba və özündənrazı xəsis deməkdir.

Müstəkbir – özünü böyük görüb haqqı qəbul etməyən, insanlara xor baxan, özünü bəyənən lovğa adam deməkdir.

 عَنْ أَب۪ي هُرَيْرَةَ  عَنِ النَّبِيِّ  قَالَ: «ثَلَاثَةٌ لَا يُكَلِّمُهُمُ اللّٰهُ يَوْمَ الْقِيَامَةِ وَلَا يُزَكِّيهِمْ وَلَا يَنْظُرُ إِلَيْهِمْ وَلَهُمْ عَذَابٌ أَل۪يمٌ: شَيْخٌ زَانٍ وَمَلِكٌ كَذَّابٌ وَعَائِلٌ مُسْتَكْبِرٌ»

Əbu Hureyrə (r.a.) Peyğəmbərimizin  (s.ə.s.)  belə buyurduğunu nəql etmişdir:

“Üç zümrə var ki, Qiyamət günü Allah nə onlarla danışacaq, nə onları (günahlardan) təmizləyəcək, nə də onlara rəhmət nəzəri ilə baxacaq. Bütün bunlardan da başqa onlara dəhşətli əzab vardır. Bunlar  zinakar qoca, yalançı hökmdar, lovğa yoxsuldur”. [Müslim, İman 172]

 عَنْ أَب۪ي هُرَيْرَةَ  عَنِ النَّبِيِّ: «قَالَ اللّٰهُ: اَلْعِزُّ إِزَارِي، وَالْكِبْرِيَاءُ رِدَائِي، فَمَنْ يُنَازِعُنيِ ف۪ي وَاحِدٍ مِنْهُمَا فَقَدْ عَذَّبْتُهُ»

Əbu Hureyrənin (r.a.) nəql etdiyinə görə, Peyğəmbərimiz (s.ə.s.) belə buyurmuşdur:

“Qüdrətli və Əzəmətli Allah buyurmuşdu: “İzzət və əzə­mət Mənim izarım, kibriya da ridamdır (Bunlar Özümə xas xü­­su­siy­yətlərdir). Kim bu iki xüsusiyyətimdən birinə şərik olmağa cəhd gös­tərsə, ona əzab verərəm”. [Müslim, Birr 136]

İzah: Hədisdə “Əzəmət” Allahın böyüklüyü, ululuğu, aliliyi de­məkdir. “Kibriya” isə məxluqatın bilib-bilməməsindən asılı ol­mayaraq Allahın zatına aid ucalıqdır. Əzəmət və kibr göstərənlər Uca Allahla bəhs etmiş olurlar.

 عَنْ أَب۪ي هُرَيْرَةَ  أَنَّ رَسُولَ اللّٰهِ  قَالَ: «بَيْنَمَا رَجُلٌ يَمْش۪ي ف۪ي حُلَّةٍ تُعْجِبُهُ نَفْسُهُ مُرَجِّلٌ رَأْسَهُ يَخْتَالُ ف۪ي مِشْيَتِهِ، إِذْ خَسَفَ اللّٰهُ بِهِ فَهُوَ يَتَجَلْجَلُ فِي الْأَرْضِ إِلٰى يَوْمِ الْقِيَامَةِ»

Əbu Hureyrə (r.a.) Allah Rəsulunun (s.ə.s.) belə buyurduğunu nəql etmişdir: “Keçmiş zamanda xudbin və qürurlu bir adam şux libas ge­yinib saçını gözəlcə daramış, lovğa-lovğa yeriyirdi. Birdən Allah onu yerin dibinə batırdı. O, Qiyamətə qədər çırpınacaq, lakin yerin di­binə batmaqda davam edəcək”. [Buxari, Ənbiya 54, Libas 5; Müslim, Libas 49]



Açar sözləri

kibr

Şərh yaz