2. 304 dəfə oxunub ,   0 şərh   Çap et

وَيَخِرُّونَ لِلْأَذْقَانِ يَبْكُونَ وَيَز۪يدُهُمْ خُشُوعًا

Onlar (Quran  oxunarkən) üzüstə səcdəyə qapanıb ağlayar, (Qurandakı öyüd-nəsihət isə) onların (Allaha) itaətini daha da artırar. {“İsra” surəsi, 17/109}

أَفَمِنْ هٰذَا الْحَد۪يثِ تَعْجَبُونَ  وَتَضْحَكُونَ وَلَا تَبْكُونَ

İndi siz bu kəlama (Qurana) təəccübmü edirsiniz? Həm də gülürsünüz, heç ağlamırsınız! {“Nəcm” surəsi, 53/59-60}

 عَنْ أَب۪ي مَسْعُودٍ  قَالَ: قَالَ لِيَ النَّبِيُّ: «اِقْرَأْ عَلَيَّ الْقُرْآنَ» قُلْتُ: يَا رَسُولَ اللّٰهِ أَقْرَأُ عَلَيْكَ وَعَلَيْكَ أُنْزِلَ؟ قَالَ: «إِنِّي أُحِبُّ أَنْ أَسْمَعَهُ مِنْ غَيْرِي» فَقَرَأْتُ عَلَيْهِ سُورَةَ النِّسَاءِ حَتَّى جِئْتُ إِلٰى هٰذِهِ الْآيَةِ {فَكَيْفَ إِذَا جِئْنَا مِنْ كُلِّ أُمَّةٍ بِشَه۪يدٍ وَجِئْنَا بِكَ عَلٰى هَؤُلَاءِ شَه۪يدًا} قَالَ: «حَسْبُكَ الْآنَ» فَالْتَفَتُّ إِلَيْهِ فَإِذَا عَيْنَاهُ تَذْرِفَانِ.

İbn Məsud  (r.a.) nəql edir:

Allah Rəsulu (s.ə.s.): “Mənə bir az Quran oxu, dinləyim,” – buyurdu. Mən də: “Ya Rəsulallah, Quran Sənə nazil ola-ola mən sənə necə oxuya bilərəm?” – dedim. Allah Rəsulu: “Mən başqa adamdan Quran dinləməyi sevirəm,” – buyurdu. Bundan sonra “Nisa” surəsini oxumağa başladım. “(Ya Rəsulum!) Hər ümmətdən (peyğəmbərini) bir şahid gətirəcəyimiz və səni də onlara şahid təyin edəcəyimiz zaman (onların halı) necə olacaq?” {“Nisa” surəsi, 4/41} ayə­sinə gələndə: “Hələlik kifayət edər,” – buyurdu. Baxdım ki, gözləri dolub ağlayır”. [Buxari, Fədailul-Quran 33; Müslim, Salatul-Müsafirin 247]

 عَنْ أَب۪ي هُرَيْرَةَ  قَالَ: قَالَ رَسُولُ اللّٰهِ: «لَايَلِجُ النَّارَ رَجُلٌ بَكٰى مِنْ خَشْيَةِ اللّٰهِ حَتّٰى يَعُودَ اللَّبَنُ فِي الضَّرْعِ وَلَا يَجْتَمِعُ غُبَارٌ ف۪ي سَب۪يلِ اللّٰهِ وَدُخَانُ جَهَنَّمَ»

Əbu Hureyrə (r.a.) Peyğəmbərimizin (s.ə.s.) belə buyurduğunu nəql edir:

“Allah qorxusundan ağlayan insanın Cəhənnəmə getməsi sa­ğılmış südün yelinə qayıtması kimi qeyri-mümkündür. Allah yo­­lun­da əzmlə görülən işlərin tozu ilə Cəhənnəm tüstüsü heç vaxt bir yerdə olmaz”. [Tirmizi, Fədailul-cihad 8; Zühd 9]

 عَنْ عَبْدِ اللّٰهِ بْنِ الشِّخّ۪يرِ  قَالَ: أَتَيْتُ رَسُولَ اللّٰهِ  وَهُوَ يُصَلّ۪ي وَلِجَوْفِهِ أَز۪يزٌ كَأَز۪يزِ الْمِرْجَلِ مِنَ الْبُكَاءِ.

Abdullah ibn əş-Şixxir (r.a.) belə demişdir:

“Allah Rəsulu (s.ə.s.) namaz qılarkən hüzuruna gəlmişdim. O əsnada elə ağlayırdı ki, sinəsindən qaynayan qazan kimi səs gəlirdi”. [Əbu Davud, Salat 158]

 عَنْ إِبْرَاه۪يمَ بْنِ عَبْدِ الرَّحْمَنِ بْنِ عَوْفٍ أَنَّ عَبْدَ الرَّحْمَنِ بْنَ عَوْفٍ  أُتِيَ بِطَعَامٍ وَكَانَ صَائِمًا فَقَالَ: قُتِلَ مُصْعَبُ بْنُ عُمَيْرٍ  وَهُوَ خَيْرٌ مِنّ۪ي فلَمْ يُوجَدْ لَهُ مَا يُكَفَّنُ فِيهِ إِلَّا بُرْدَةٌ إِنْ غُطِّيَ بِهَا رَأْسُهُ بَدَتْ رِجْلَاهُ وَإِنْ غُطِّيَ بِهَا رِجْلَاهُ بَدَا رَأْسُهُ، ثُمَّ بُسِطَ لَنَا مِنَ الدُّنْيَا مَا بُسِطَ أَوْ قَالَ: أُعْط۪ينَا مِنَ الدُّنْيا مَا أُعْط۪ينَا قَدْ خَش۪ينَا أَنْ تَكُونَ حَسَنَاتُنَا عُجِّلَتْ لَنَا. ثُمَّ جَعَلَ يَبْكيِ حَتّٰى تَرَكَ الطَّعَامَ.

Əbdürrəhman ibn Avfın oğlu İbrahim demişdir:

“Atam Əbdürrəhman (r.a.) oruc tutmuşdu. İftar süfrəsi hazır­lananda (ah çəkərək) belə dedi: “Musab ibn Umeyr (r.a.) Uhud sa­vaşında şəhid edildi. O, məndən daha xeyirli insan idi. Ancaq üst paltarından başqa bir örtük tapılmadı ki, ona kəfən düzəldək. Həmin paltarı başına çəkəndə ayaqları, ayaqlarını örtəndə başı açıq qalırdı. Belə ağır günlərdən sonra bizə elə geniş və bol imkanlar lütf edildi ki, “etdiyimiz yaxşı əməllərin mükafatı dünya həyatında verilir” deyə ciddi narahatıq”. Sözünü qurtarıb ağlamağa başladı və yemək yemədən durub getdi”. [Buxari, Cənaiz 27, Məğazi 26]

 عَنْ أَب۪ي أُمَامَةَ صُدَيِّ بْنِ عَجْلَانَ الْبَاهِلِيِّ  عَنِ النَّبِيِّ  قَالَ: «لَيْسَ شَيْءٌ أَحَبَّ إِلَى اللّٰهِ تَعَالٰى مِنْ قَطْرَتَيْنِ وَأَثَرَيْنِ: قَطْرَةِ دُمُوعٍ مِنْ خَشْيَةِ اللّٰهِ وَقَطْرَةُ دَمٍ تُهَرَاقُ ف۪ي سَب۪يلِ اللّٰهِ تَعَالٰى، وَأَمَّا اْلأَثَرَانِ فَأَثَرٌ ف۪ي سَب۪يلِ اللّٰهِ تَعَالٰى وَأَثَرٌ ف۪ي فَر۪يضَةٍ مِنْ فَرَائِضِ اللّٰهِ تَعَالٰى»

Əbu Uməmə Sudeyy ibn Aclan əl-Bəhilinin (r.a.) nəql etdiyinə görə, Allah  Rəsulu (s.ə.s.) belə buyurmuşdur:

“Uca Allahın dərgahında iki damcı və iki iz qədər dəyərli bir şey yoxdur: Allaha iman və izanla, Allah qorxusu ilə tökülən göz yaşları (damcısı) və Allah yolunda (vuruşarkən) tökülən qan damcısı. İki izə gəldikdə isə bunlar Allah yolunda döyüşdə alınan yara izi və fərzlərdən birini yerinə yetirərkən meydana gələn qulluq izidir”. [Tirmizi, Fədailul-cihad 26]



Açar sözləri

Allah qorxusu

Şərh yaz