الرِّجَالُ قَوَّامُونَ عَلَى النِّسَاءِ بِمَا فَضَّلَ اللّٰهُ بَعْضَهُمْ عَلٰى بَعْضٍ وَبِمَا أَنْفَقُوا مِنْ أَمْوَالِهِمْ فَالصَّالِحَاتُ قَانِتَاتٌ حَافِظَاتٌ لِلْغَيْبِ بِمَا حَفِظَ اللّٰهُ
Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər (onların himayədarıdırlar). Bu, Allahın bəzi insanlara digərlərindən daha çox nemət verməsi və (kişilərin) öz mallarından (qadınlar üçün) sərf etməsinə görədir. Əməlisaleh qadınlar (ərlərinə) itaət edib Allahın himayəsi sayəsində gizli şeyləri (ərlərinin sirlərini, mal-dövlətini, namus və şərəfini) qoruyub saxlayırlar. {“Nisa” surəsi, 4/34}
عَنِ ابْنِ عُمَرَ عَنِ النَّبِيِّ قَالَ: «كُلُّكُمْ رَاعٍ وَكُلُّكُمْ مَسْؤُولٌ عَنْ رَعِيَّتِهِ، وَالْأَم۪يرُ رَاعٍ وَالرَّجُلُ رَاعٍ عَلٰى أَهْلِ بَيْتِهِ وَالْمَرْأَةُ رَاعِيَةٌ عَلٰى بَيْتِ زَوْجِهَا وَوَلَدِهِ، فَكُلُّكُمْ رَاعٍ وَكُلُّكُمْ مَسْؤُولٌ عَنْ رَعِيَّتِهِ»
İbn Ömər (r.a.) Kainatın Fəxri Peyğəmbərimizin (s.ə.s.) belə buyurduğunu rəvayət edir:
“Hamınız çobansınız və öhdənizdə olanlara görə məsuliyyət daşıyırsınız: amir (rəis) məmurların, kişi ailəsinin, qadın da ərinin evinin və uşaqlarının çobanıdır. Bir sözlə, hamınız çobansınız və hamınız rəiyyətinizdən (öhdənizdə olanlardan) məsulsunuz”. [Buxari, Vəsaya 9; Müslim, İmarə 20]
عَنْ أَب۪ي هُرَيْرَةَ عَنِ النَّبِيِّ قَالَ: «لَوْ كُنْتُ آمِرًا أَحَدًا أَنْ يَسْجُدَ لِأَحَدٍ لَأَمَرْتُ الْمَرْأَةَ أَنْ تَسْجُدَ لِزَوْجِهَا»
Əbu Hureyrə (r.a.) Peyğəmbərimizin (s.ə.s.) belə buyurduğunu rəvayət etmişdir:
“Əgər Allahdan qeyrisinə səcdə etmək mümkün olsaydı, qadınlara ərlərinə səcdə etməyi əmr edərdim”. [Tirmizi, Rada 10]
عَنْ مُعَاذِ بْنِ جَبَلٍ عَنِ النَّبِيِّ قَالَ: «لَا تُؤْذ۪ي امْرَأَةٌ زَوْجَهَا فِي الدُّنْيَا إِلَّا قَالَتْ زَوْجَتُهُ مِنَ الْحُورِ الْع۪ينِ: لَا تُؤْذِيهِ قَاتَلَكِ اللّٰهُ فَإِنَّمَا هُوَ عِنْدَكِ دَخ۪يلٌ يُوشِكُ أَنْ يُفَارِقَكِ إِلَيْنَا»
Muaz ibn Cəbəl (r.a.) Peyğəmbərimizin (s.ə.s.) belə buyurduğunu nəql edir:
“Dünyada bir qadın ərini incidəndə həmin kişinin (Cənnətdə-ki) hurilərdən olan xanımı ona səslənir: “Allah canını alsın, onu incitmə. Hələlik o, sənin yanında qonaqdır. Yaxında səndən ayrılıb bizə qovuşacaq”. [Tirmizi, Rada 19]
عَنْ أُسَامَةَ بْنِ زَيْدٍ عَنِ النَّبِيِّ قَالَ: «مَا تَرَكْتُ بَعْد۪ي فِتْنَةً هِيَ أَضَرُّ عَلَى الرِّجَالِ: مِنَ النِّسَاءِ»
Usamə ibn Zeyd (r.a.) İki Cahan Sərvəri Peyğəmbərimizin (s.ə.s.) belə buyurduğunu nəql edir:
“Özümdən sonra kişilərə qadınlardan çətin bir imtahan qoymadım”. [Buxari, Nikah 17; Müslim, Zikr 97]
Ər-arvad arasında ünsiyyətin müxtəlif yönləri var. Bunlardan biri də ailədaxili ünsiyyətdə cütlüyün bir-birinə xitab şəklidir.
Xoşbəxt ailədə qaynana-gəlin münasibətləri necə olmalıdır? Qaynana-gəlin münasibətləri sadəcə ikin şəxslə yox, bütün cəmiyyətlə əlaqəlidir. İki qadın var ki, onlar üçün sevimli və əziz olan sadəcə bir kişi var. Bu iki qadın kimdir? Biri yaş və həyat təcrübəsi nisbətən çox olan qaynana, digəri də gənc yaşdakı gəlin.
Sual: Kişinin icazəsi olmadan qadın onun cibindən pul götürə bilərmi? Cavab: Ailədə kişinin öz hüquqları və vəzifələri olduğu kimi, qadının da öz hüquqları və vəzifələri var. Məsələn, ailənin ehtiyaclarını ödəmək kişinin borcudur. İxtisası, elmi dərəcəsi, cəmiyyət içində mövqeyi nə olursa-olsun, kişi bilməlidir ki, evinin halal dolanışığını təmin etmək onun borcudur, istər yük daşısın, istər yer belləsin, istərsə də meyvə satsın… Bunlar əskiklik deyil, əskiklik öz borcunu yerinə yetirməməkdir.
Həyat yolunu birgə addımlayacağımız, özümüzə münasib ömür-gün yoldaşı tapmaq o qədər də asan deyil. Əynimizə paltar alarkən belə dəfələrlə düşünür, götür-qoy edir, mağaza-mağaza dolaşır və sonra alırıq. Evlilik məsələsində isə daha diqqətli olmalıyıq. Xüsusilə də Allahın rizasını qazanmaq üçün insanlığa xeyirli və faydalı nəsillər yetişdirmək, məhz, doğru həyat yoldaşı seçməkdən başlayır.
Evlilik çoxtərəfli münasibətlər yumağıdır. Bu yumağın, kələfin ucunu tapmaq hər kəsə nəsib olmur. Amma bir həqiqət var ki, kələfin ucu nə qədər tez tapılsa, ailə də səadətə bir o qədər tez qovuşar. Ancaq bu yumağı açmaq üçün öncə Allahın köməyi, sonra isə Hz. Muhammədin (s.ə.s) zəkası, Hz. İsanın (ə.s) dözümü, Hz. Musanın (ə.s) iradəsi, Hz. Nuhun (ə.s) uzaqgörənliyi, Hz. Əyyubun (ə.s) səbri, Hz. Lutun (ə.s) mətanəti gərək.