2. 362 dəfə oxunub ,   0 şərh   Çap et

Dahi şairimiz Nizami Gəncəvinin Sirlər Xəzinəsi adlı məşhur poemasından Peyğəmbərimiz üçün yazmış olduğu nat-şərif (Peyğəmbərimizi tərif edən şeir)

Ey Mədinə yaşmaqlı, Məkkə niqablı gözəl,

 

Günəş nə vaxta kimi küsufda qalacaq, gəl?

 Əgər aysan, nurundan bir şölə yetir pay,

Əgər gülsən, bağından üstümüzə ətir yay.

Səni gözləyənlərin səbri tükəndi, heyhat,

Səni deyib gəliblər, onların dadına çat.

Gündüzün və gecənin atını min, gözləmə,

Sürüb Ərəbistandan gəl birbaşa Əcəmə.

Elə təzələndir ki, sən bu köhnə dünyanı,

Tutsun səsin, nəfəsin qoy hər iki cahanı.

Sultanlıq et, əmirlər səni sultan biliblər,

Özün oxu xütbəni, sükut etsin xətiblər.

Torpağın vilayətə gül ətrini payladı,

Heyhat, fitnə küləyi  o ətiri dağladı.

Biz cansız bədənlərik, gəl bizlərə can ol sən,

Biz hamımız qarışqayıq, bizə Süleyman ol sən.

Sən darğasan, deməli, başsız deyildir karvan,

Mərkəzdəsən, bəs neçin bayraq qalxır kənardan?!

 Baxırsam, bir tərəfdən vururlar zərbə dinə,

O biri tərəfdənsə  pusurlar bizi onlar yenə.

Durma, meydan səfinə sən, ya Əlini göndər,

Ya şeytan qapısına özün göndər bir  Ömər.

Gecə gəl yəmanini ayının üstünə sal,

Bu qəlp iş görənləri tez atından yerə sal.

Bu neçə yol azmışı yola gətirmək üçün,

Görünsün qoy himmətin,görünsün təşəbbüsün.

Gör neçə il keçdi hələki biz həsrətindəyik,

Dünyanın axırıdır,dözülməz vəziyyətdəyik!

Qalx, qalx, səslə bir anda əmrinlə İsrafili,

Qoy üfürüb söndürsün bu yalançı qəndili.

Sirdaş ol pərdələri açılmayan dərgaha,

Biz qəflət yuxusundayıq, sən oyandır bizləri!

Əl uzadıb hamının əlindən tut hər zaman,

Xilas eylə bizləri dünyanın bəlasından.

 Qayğı gözüylə bu yaşlı dünyaya baxsan,

Hər müşkülü aşacaq, zülmü yandıracaqsan.

 İstəyin bir həqiqət deməkdir başdan-başa.

Bir kəs hesab çəkərmi dünyada səndən?Haşa!

Bir mərhəmət yoluyla baxsan  varlığa sən,

Hər bir zəruri müşkülə kifayət eylər sən.

Sən bir dairə cız əl barmağınla yenə,

Nə varsa bağışlanır bu aləmdə sənə.

Bağışlamaqdan ötrü bir ovuc tozu inan,

Kimsə qarışa bilməz işlərinə heç zaman.

Camalından pərdə atsan, günəş nur saçar,

İki dünya şadlıqdan vəcdə gəlib oyanar

Sənin sorağındadır Nizaminin dimağı,

Qaliyənin ətriylə canlanmış ilham bağı.

Vəfa ətrini göndər, mənə gül nəfəsindən

Bəxş et bu gədaya Süleyman mülkünü sən.

 Nizami Gəncəvi

 




Şərh yaz