1. 893 dəfə oxunub ,   0 şərh   Çap et

Ağciyər xəstələrinin istifadə etdiyi aerozol bir istifadədə 1/20 ml kimi çox az bir miqdar ağıza püskürdülməkdədir. Spreyin əhəmiyyətli bir qismi ağız və  nəfəs borularının divarına hoparaq yox olmaqdadır. Ondan da geriyə bir miqdarın qalır ki, bu qalan hissənin də tüpürcək vasitəsi ilə mədəyə çatdığı mövzusunda dəqiq məlumat yoxdur. Dəstəmaz alarkən ağızda qalan su ilə müqayisə edildiyin də, bu miqdarın çox az olduğu görülməkdədir. Halbuki oruclu birinin dəstəmaz alarkən ağzına çalxalayıb tüpürdükdən sonra ağızda qalan miqdarın mədəyə çatması halında orucun pozulmayacağı mövzusunda hədis (Darimi, Savm, 21) və İslam alimlərinin icması vardır. Ayrıca, misvaqdan bəzi qırıntıları və kimyəvi maddələrin mədəyə çatması qaçılmaz olduğu halda, Həzrəti Peyğəmbərin oruclu ikən misvaq istifadə etdiyi, səhih hədis qaynaqlarında yer almaqdadır. (Buxari, Savm, 27; Tirmizi, Savm, 29). Digər tərəfdən, “dəqiq bildiyimiz bir şey, şübhə ilə pozulmaz” qaydası görə, mədəyə çatıb çatmadığı mövzusunda şübhə olan bu şeylə oruc pozulmaz.

Beləliklə astmalı xəstələrin, sağlamlığı oruc tutmalarına uyğun olub başqa bir xəstəlikləri də yoxdursa, rahat nəfəs almalarını təmin etmək məqsədi ilə ağıza püskürdülən oksigenli dərman orucu pozmaz. (Türkiyə Din İşləri Ali Heyətinin qərarı)



Açar sözləri

arezol asma

Şərh yaz