1. 133 dəfə oxunub ,   0 şərh   Çap et

Allahın qulunu sevməsi

قُلْ إِنْ كُنْتُمْ تُحِبُّونَ اللّٰهَ فَاتَّبِعُون۪ي يُحْبِبْكُمُ اللّٰهُ وَيَغْفِرْ لَكُمْ ذُنُوبَكُمْ، وَاللّٰهُ غَفُورٌ رَح۪يمٌ

De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!” {“Ali İmran” surəsi, 3/31}

يَا اَيُّهَا الَّذ۪ينَ آمَنُوا مَنْ يَرْتَدَّ مِنْكُمْ عَنْ د۪ينِهِ فَسَوْفَ يَأْتِي اللّٰهُ بِقَوْمٍ يُحِبُّهُمْ وَيُحِبُّونَهُ أَذِلَّةٍ عَلَى الْمُؤْمِن۪ينَ أَعِزَّةٍ عَلَى

 الْكَافِر۪ينَ يُجَاهِدُونَ ف۪ي سَب۪يلِ اللّٰهِ وَلَا يَخَافُونَ لَوْمَةَ لَائِمٍ ذٰلِكَ فَضْلُ اللّٰهِ يُؤْتِيهِ مَنْ يَشَاءُ وَاللّٰهُ وَاسِعٌ عَل۪يمٌ

Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə, (bilsin ki) Allah (onun yerinə) elə bir tayfa gətirər ki, (Allah) onları, onlar da (Allahı) sevərlər. On­lar möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olar, Allah yo­lunda vuruşar və heç kəsin tənəsindən qorxmazlar. Bu, Allahın lüt­füdür, onu istədiyinə verər. Allahın lütfü genişdir, (O, hər şeyi) biləndir!  {“Maidə” surəsi, 5/54}

 عَنْ أَب۪ي هُرَيْرَةَ قَالَ: قَالَ رَسُولُ اللّٰهِ: «إِنَّ اللّٰهَ تَعَالٰى قَالَ: مَنْ عَادَى ل۪ي وَلِيًّا، فَقَدْ آذَنْتُهُ  بِالْحَرْبِ، وَمَا تَقَرَّبَ إِلَيَّ عَبْد۪ي بِشَيْءٍ أَحَبَّ إِلَيَّ مِمَّا افْتَرَضْتُ عَلَيْهِ، وَمَا يَزَالُ عَبْد۪ي

يَتَقَرَّبُ إِلَيَّ بِالنَّوَافِلِ حَتّٰى أُحِبَّهُ، فَإذَا أَحْبَبْتُهُ، كُنْتُ سَمْعَهُ الَّذ۪ي يَسْمَعُ بِهِ، وَبَصَرَهُ الَّذ۪ي يُبْصِرُ بِهِ، وَيَدَهُ الَّتي۪ يَبْطِشُ بِهَا، وَرِجْلَهُ الَّتي۪ يَمْش۪ي بِهَا وَإِنْ سَأَلَنيِ أَعْطَيْتُهُ، وَلَئِنِ اسْتَعَاذَن۪ي  لَأُع۪يذَنَّهُ»

Əbu Hureyrə (r.a.) nəql edir:

“Allah Rəsulu (s.ə.s.) bir qüdsi hədisdə Uca Allahın belə buyurduğunu bildirmişdir: “Kim mənim vəli (xalis, xas) quluma düşmənçilik edərsə, Mən də ona qarşı müharibə elan edərəm. Qulum fərz buyurduğum şeylərdən daha sevimli heç bir şeylə Mənə yaxınlaşa bilməz. Qulum (fərzlərə əlavə olaraq etdiyi) nafilə ibadətlərlə Mənə  yaxınlaşar, nəhayət, Mən də onu sevərəm. Onu sevəndə də onun eşidən qulağı, görən gözü, tutan əli və ye­­riyən ayağı olaram. (Xülasə, o, birbaşa Allahın məxsusi iradəsi çər­­çivəsində eşidər, görər, tutar və yeriyər.) Belə bir qulun Məndən istədiyini şübhəsiz verərəm. Mənə sığınarsa, onu qoruyub himayə edərəm”. [Buxari, Riqaq 38]

 عَنْ أَب۪ي هُرَيْرَةَ عَنِ النَّبِيِّ  قَالَ: «إِنَّ اللَّهَ تَعَالٰى إِذَا أَحَبَّ عَبْدًا دَعَا جِبْر۪يلَ فَقَالَ إِنّ۪ي أُحِبُّ  فُلَانًا فَأَحْبِبْهُ فَيُحِبُّهُ جِبْر۪يلُ ثُمَّ يُنَاد۪ي فِي السَّمَاءِ فَيَقُولُ إِنَّ اللَّهَ يُحِبُّ فُلَانًا فَأَحِبُّوهُ فَيُحِبُّهُ أَهْلُ السَّمَاءِ ثُمَّ يُوضَعُ لَهُ الْقَبُولُ فِي الْأَرْضِ وَإِذَا أَبْغَضَ عَبْدًا دَعَا جِبْر۪يلَ فَيَقُولُ إِنّ۪ي أُبْغِضُ  فُلَانًا فَأَبْغِضْهُ فَيُبْغِضُهُ جِبْر۪يلُ ثُمَّ يُنَاد۪ي ف۪ي أَهْلِ السَّمَاءِ إِنَّ اللَّهَ يُبْغِضُ فُلَانًا فَأَبْغِضُوهُ ثُمَّ تُوضَعُ لَهُ الْبَغْضَاءُ فِي الْأَرْضِ»

Əbu Hureyrə (r.a.) Peyğəmbərimizin (s.ə.s.) belə buyurduğunu nəql edir: “Allah bir qulu sevdikdə Cəbraili (ə.s.) çağırıb: “Mən filankəsi sevirəm, sən də sev,” – deyə səslənir. Cəbrail da əmrə tabe olaraq onu sevir. Sonra səma əhlinə: “Allah-Təala filankəsi sevir, siz də sevin,” – deyir. Səma əhli də ona məhəbbət bəsləyir. Beləliklə, yer üzündə  həmin adama qarşı xoş münasibət yaranır. (Yer əhlinin qəlbində həmin adama qarşı sevgi hasil olur.) Bunun əksinə, Haqq-Təala bir qulu sevmədikdə Cəbraili (ə.s.) çağırıb: “Mən filankəsi sevmirəm, sən də sevmə,”– deyə əmr edir. Cəbrail da bu əmrə tabe olub həmin adamı sevmir. Sonra da: “Haqq-Təala filankəsi sevmir, bundan sonra siz də sevməyin!”– deyə səma əhlinə səslənir.Bu nidadan sonra dünyada insanlar  da onu sevmir”. [Buxari, Ədəb 41, Tövhid 33; Müslim, Birr 157]




Şərh yaz