2. 905 dəfə oxunub ,   0 şərh   Çap et

Birlik və bərabərliyi təmin edir

Yoxsulların vəziyyətini yada salır

Dilənçiliyin qarşısını alır

Birlik və bərabərliyi təmin edir

Oruc sayəsində (xüsusən, ramazanda) eyni anda oruca başlamaq, axşam iftarı birgə gözləmək, sahura durmaq, təravihi camaatla qılmaq, Qədr gecəsini əhya etmək, bayramı bir yerdə qarşılamaq və s. insanlar arasında qardaşlıq və sevgi bağlarını gücləndirir. Beləcə möminlər özlərini Peyğəmbərimizin (əlyehissalatu vəssalam) nurlu bəyanlarında buyurduğu kimi: “Möminlər bir-birini sevməkdə, bir-birinə mərhəmət və şəfqət etməkdə bir vücuda bənzəyirlər. Bu vücudun bir üzvü narahat olsa,  digər üzvləri də yuxusuz qalaraq, bu narahatlığı bölüşərək onun dərdinə şərik olaraq“(Buxari, Ədəb 27A; Müsilm, Birr 66; Əhməd ibn Hənbəl, Müsnəd, 4/270) bir vücudun əzaları şəklində görürlər. Bu yüksək düşüncə ilə də cəmiyyət birlik və bərabərlik təsis edilmiş olur.

Bir süfrə arxasında bütün ailə üzvlərinin iftar vaxtını gözləməsi, yəni eyni zamanda eyni şeyi gözləmək həmin insanları bir-birinə daha da bağlayır. İftarı birlikdə gözləmə ailə üzvləri arasında sevgini, sayğını artırır, ailənin təməllərini möhkəmləndirir. İslamda bütün ailə üzvlərinin iftar süfrəsində əyləşməsinin bir hikməti, bəlkə də, budur. İftarı birlikdə gözləmək ailə üzvləri ilə yanaşı, tanışlar, dostlar və hətta yad adamlar arasında da sevgi bağlarının güclənməsinə yol açacaq.

Yoxsulların vəziyyətini yada salır

Oruc ömrü boyu ləziz yeməklər yeyən, heç vaxt ac-susuz qalmayan, aclığın çətinliyini çəkməyən, hətta aclığın nə olduğunu bilməyən varlıya onu birbaşa ac və susuz saxlamaqla aclığın-susuzluğun mahiyyətini öyrədir. Beləliklə, varlı kasıbın vəziyyətini anlayacaq, ac-susuz qalmağın nə qədər çətin olduğunu başa düşəcək və möhtac insanların imdadına tələsəcək.

Oruc hər cür maddi imkanı olanları yoxsulların halını anlamağa sövq edir, dolayısilə, onlara qarşı rəftarını dəyişir, vicdani hissləri oyadır, yardıma tələsdirir. Varlıların imdada çatması yoxsullarda kin və həsəd hissini yox edir, iki təbəqə arasında mübarizə və ziddiyyəti dayandırır və ictimai sülhü bərqərar edir. Hətta başqa cür desək, kasıb varlının malının qoruyucusuna çevrilir.

Bu baxımdan oruc bizim də hiss və həyəcanımızı hərəkətə gətirir. Başqa sözlə, varlılar məhz  oruc sayəsində özləri kimi maddi imkanı olmayan insanların halını dərk edirlər və Peyğəmbərimizin bu sözünü yada salırlar: “Özü tox olduğu halda, qonşusu ac qalan insan bizdən deyildir”. (Əhməd ibn Hənbəl, Müsnəd 1/55)

Acın halını ac qalanda, susuzun halını susuz qalanda anlamaq olur. Burada görürük ki, Allah-Təalanın əmrinə itaət edib oruc tutmaq, rejimə alışmaq bizi mükəmməl bir toplumun mükəmməl hissəsinə çevirir.

Dilənçiliyin qarşısını alır                                                          

Orucla nəfsini tərbiyə edən, çətinliklərə qatlanan, aclıq və susuzluğa sinə gərən insan əşya və hadisələr qarşısında sarsılmır, hətta meydan oxuyur. Artıq nə aclıq, nə də susuzluq onu özünə ram edə bilir. Mədəsini düşünmür. Hansı çətinliklə qarşılaşır-qarşılaşsın, günlərlə ac qalsın, susuz qalsın, izzət və qürurunu ayaq altına atıb başqasına əl açmır. Hətta yoqalar Allah rizası üçün olmasa da, yemədən-içmədən altı ay yaşaya bilirlər. Demək ki, möminlər oruc sayəsində Allahın lütf və ehsanını hiss edərək daha çox çətinliyə qatlana bilərlər.

  Məhz orucdan xəbərsiz, ömrü boyu bir dəfə də oruc tutmayan, yəni aclığa-susuzluğa alışmayan insan aclıq və yoxsulluğa düçar olarkən qürur və izzətini ayaq altına ataraq qapı-qapı dilənməyə başlayar.




Bənzər məqalələr

Qəza orucuna niyyət

Qəza, kəffarə və müəyyən vaxta bağlı olmayan nəzir orucları üçün gün batdıqdan etibarən ən gec imsak vaxtına qədər niyyət etmək lazımdır. Nafilə və Ramazan ayında tutulan oruc üçün niyyət bir qədər fərqlidir.

Şəvval yoxsa, qəza orucu?!

Kim Ramazan ayını oruclu keçirər və arxasınca şəvval ayından altı gün oruc tutarsa bütün ili oruc tutmuş kimi olar.

Rabbani olmaq

Quranı Kərimdə keçən rabbaniyyun rabbani sözünün cəmidir və mənşəyi rabbi sözünə əsaslanır. Rabbi, “Rəbbin ardınca gedən” deməkdir; Rabbani dedikdə, Rabbi tanıyan və ona itaət edən şəxs nəzərdə tutulur.

Peyğəmbərimizin etikafı

Etikaf kişilərin əzan və iqamə oxunan, yəni camaatla beş vaxt namaz qılınan məsciddə, qadınların isə evin namaz otağında və ya otağın bir küncündə etikaf niyyəti ilə bir müddət gözləməsi, oturmasıdır.

Etikaf

Həzrət Peyğəmbər (s.ə.s) Mədinəyə gəldikdən sonra vəfatına qədər Ramazan ayının son on günündə etikafa girərdi. Buna görə etikaf Allah Rəsulunun (s.ə.s) önəmli sünnətlərindən biridir.


Şərh yaz