34. 042 dəfə oxunub ,   1 şərh   Çap et

Qəbiristanlığa hər gün olmasa da, ən azı ildə bir dəfə baş çəkirik. Ölümün nə vaxt, harada gələcəyini heç kəs bilmir. Ən yaxın qohumumuz və ya dostumuz hər an əbədi aləmə köçə bilər, ölüm qaşla göz arasındadır. Səhər evdən çıxanda heç kimin axşam evə qayıdacağına təminatı yoxdur. Əgər dərindən düşünsək, dostlarımızın çoxu yerin üstündə deyil, yerin altında bizdən dua gözləyir.

Qəbiristanlıqda 11 dəfə “İxlas” və bir dəfə “Fatihə” surələri oxunmalıdır. Hər kəs bu duaları özü oxumağa çalışmalıdır.

Peyğəmbər məzarlarının ziyzrətində oxunan dua

 اَلسَّلاَمُ عَلَيْكُمْ أَهْلَ الدِّيَارِ مِنَ الْمُؤْمِنِينَ وَالْمُسْلِمِينَ وَإِنَّا إِنْ شَاءَ اللَّهُ بِكُمْ لاَحِقُونَ (وَ يَرْحَمُ اللَّهُ الْمُسْتَقْدِمِينَ مِنَّا وَ الْمُسْتَاْخِرِينَ)
أَسْأَلُ اللَّهَ لَنَا وَلَكُمُ الْعَافِيَةَ

 “Salam olsun mömin və müsəlman diyarının xalqına!­ İn­şallah biz də sizin yanınıza gələcəyik. Allah bizdən əvvəl ölənlərlə bizdən sonra ölənlərə rəhmət etsin! Allahdan sizin­ üçün və bizim üçün afiyət (qurtuluş və yaxşı aqibət) di­lə­yi­rəm”.[1]

Mərhumlara dua etmək üçün qəbiristanlığa getmək müt­ləq deyil. Onlar üçün hər yerdə dua oxuya bilərik. Oxuduğumuz Quran və dualar onlara çatacaqdır. Qəbiristanlığa baş çəkmək onlardan çox bizim xeyrimizədir, çünki bizə ölümü xa­tırladır.



[1]. Müslim, Cenaiz. 102-4; Tirmizi. Cenaiz, 59; İbn Mace, Cenaiz, 36

 




1 şərh yazılıb
  1. Müşfiq , 18/02/2014 tarixində, saat 12:02

    salam aleykum, Qəbiristanlıqda 11 dəfə “İxlas” və bir dəfə “Fatihə” surələri oxunmalıdır. Bu barədə qaynaq varmı? varsa sizdən xahişim cavab yazsaz çox məmnun olaram. Hörmətlə.

Şərh yaz