Zəkatın fərz olmasının şərti: həddi-büluğa çatmaq, əqli cəhətdən sağlam və azad olmaq, nisab miqdarında mala malik olmaq. (Nisab – zəkatın vacib olması üçün dinin qoyduğu bir ölçüdür ki, bu da borclar və zəruri ehtiyacları çıxmaqla, 85 qram qızıla, və ya 595 qram gümüşə, yaxud da bu dəyərdə pul və ticarət malına malik olmaqdır)
Zəkat bir mənada dini vergi olduğundan qeyri-müsəlmanlar mükəlləf deyillər.
Uşağa və ruhi xəstəyə gəldikdə isə Hənəfi məzhəbinə görə:
a. Zəkat oruc və namaz kimi bir ibadətdir. Bunlar ancaq niyyətlə səhih sayılır. Uşağın və ruhi xəstənin niyyəti məqbul deyil.
b. Onların malından zəkat alınsa, get-gedə azalacaq. Halbuki, onların mənafeyini qorumaq lazımdır.
c. “Həddi-büluğa çatanacan uşaqdan, oyananadək yatandan və ağıllanana qədər ruhi xəstədən qələm qaldırılmışdır (mükəlləfiyyət daşımırlar)”[1] hədisi də bu çərçivədə hökm ehtiva edir. Bütün bu dəlillərə istinad edərək uşaq və ruhi xəstələrin malından zəkat almaq olmaz. Onların yalnız əkindən gələn gəlirlərindən və heyvanlarından zəkat alınır.
Maliki, Şafei və Hənbəli məzhəblərinə görə, uşaq və ya dəlilərin valideynləri onların malından zəkat verməlidir. Kölələr də zəkat verməklə mükəlləf deyillər.
[1] Buxari, “Talaq”, 11; Əbu Davud, “Hüdud”, 17
Zəkat, qızıl, valyuta və axarı olan, yəni gəlir gətirən mallardan verilir. Qızıl və valyuta, yəni hər hansı pul növü 80,18 qramdan çox olarsa zəkata tabe olur.
“Zəkat insanın istəyinə buraxılmış bir sədəqə deyil, eqoizminə və xəsisliyinə qalib gələ bilən möminlərin həmrəyliyini reallaşdıran bir növ müəssisələşmiş, məcburi və dəruni bir ədalətdir. Zəkat hər şey kimi mal-mülkün də Allaha aid olduğunu, insanın ondan kefi istədiyi kimi istifadə etmək haqqını daşımadığını, hər kəsin cəmiyyətin bir üzvü olduğunu daima xatırladır”.
Sual: Ramazan bayramından əvvəl verilən fitrə sədəqəsinin hökmü nədir?
İslam, ehtiyac sahibi bir şəxsin başqalarından bir şey istəməsini mütləq mənada qadağan etmir. Lakin, əxlaqi cəhətdən bu davranışı çox da uyğun görmür. Çıxılmaz hallarda, zərurət yarandıqda başqasına müraciət etməyə icazə verir.
İslamın beş əsas şərtindən biri zəkat verməkdir. Zəkat bir ibadətdir. Buna görə də qeyri-müsəlmanlara və dindən çıxanlara (mürtədlərə) zəkat verilmir. Ancaq sədəqə verilir.